Sabiq icra başçısı apelyasiya şikayəti verdi

cinayet hokm 0258Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı, daha sonra isə Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri vəzifəsində işləmiş Məharət Mustafayev barəsində seçilmiş həbs qətimkan tədbirdən apelyasiya şikayəti verib.

araz.az xəbər verir ki, bu barədə APA-ya onun vəkili məlumat verib.

Vəkil bildirib ki, Binəqədi rayon Məhkəməsinin qərarından şikayət veriblər: "Şikayətə yaxın günlərdə Bakı Apelyasiya Məhkəməsində baxılacaq".

Qeyd edək ki, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı, daha sonra isə Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri vəzifəsində işləmiş Məharət Mustafayevin qanunsuz əməlləri ilə əlaqədar vətəndaşların çoxsaylı müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İstintaq zamanı əldə olunmuş ilkin sübutlar əsasında müəyyən edilib ki, Məharət Mustafayev Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyərkən qabaqcadan əlbir olduğu Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri Əli Rüstəmli və icra hakimiyyətinin digər vəzifəli şəxsləri ilə cinayətkar əlaqəyə girməklə, onların vasitəsilə ayrı-ayrı şəxslərdən müxtəlif vaxtlarda fərdi yaşayış evlərinin layihələndirilməsi və tikinti işlərinin aparılmasına icazə verilməsi, eləcə də digər qanunsuz məqsədlər üçün ümumilikdə 194 min 300 manat məbləğində pul vəsaitini rüşvət qismində ələ keçirməsinə, həmçinin, istehsal fəaliyyətinin davam etdirilməsinə şərait yaradılmasını vəd etməklə, vətəndaşa məxsus 175 min 500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub. 

Bundan başqa, Məharət Mustafayevin Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində işləyərkən torpaq sahəsinə dair müvafiq sənədləşmənin aparılması üçün rəhbəri olduğu şöbənin mühəndisi vasitəsi ilə vətəndaşdan 9 min manat məbləğdə pul vəsaitini rüşvət qismində istəyərək almasına və qeyd edilən hərəkətləri ilə vətəndaşların qanunla qorunan maraqlarına ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib. 

24 avqust 2020-ci il tarixdə Məharət Mustafayev, Əli Rüstəmli, eləcə də həmin cinayətlərin törədilməsində vasitəçi qismində iştirak etmiş Razin Qəhrəmanov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda təkrar rüşvət alma), 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrikçilik), 29, 178.2 (öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluğa cəhd etmə) və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara qeyd edilən maddələrdə nəzərdə tutulan ittiham elan edilib, Məharət Mustafayev və Əli Rüstəmli barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs, Razin Qəhrəmanov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

araz.az

Abşeron sakinləri narkotiklə tutuldular

876109Abşeronda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Milli.Az Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Saray qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar F. Hüseynov və M. Dadaşov saxlanılıblar.

Şəxsi axtarış zamanı F. Hüseynovdan 1 kiloqram 230 qram, M. Dadaşovdan isə 1 kiloqram 210 qram marixuana aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

araz.az

Bakıda narkotik alverçilərinə qarşı növbəti əməliyyat: saxlanılanlar var

polis 28378586Bakıda narkotik alveri ilə məşğul olan şəxslər saxlanılıb.

 Trend bildirir ki, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşları rayon ərazisində əvvəllər məhkum olunmuş, 1964-cü il təvəllüdlü Əbdül Eyvazovu şübhəli şəxs qismində saxlayıb. Üzərinə baxış keçirilərkən ondan 0,910 qram heroin aşkar edilərək götürülüb.

Eyni zamanda Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1986-cı il təvəllüdlü Vasif Davidovu saxlayıb.

Onun üzərindən 7,163 qram marixuana aşkar edilərək götürülüb.

araz.az

“Krıtı Malış Gəncəli” ləqəbli kriminal avtoritet tutuldu - Üzərindən tapança, patronlar götürüldü - FOTO

876097Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə,  Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər Azərbaycan, Rusiya və Gürcüstanda dəfələrlə məhkum olunmuş, kriminal aləmdə "Krıtı Malış Gəncəli" ləqəbi ilə tanınan 42 yaşlı Zaur İsmayılov şəhər ərazisindəki çayxanaların birində saxlanılaraq Kəpəz rayon Polis İdarəsinə gətirilib.

Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, kustar üsulla hazırlanmış, "naqan" tipli revolver tapança, həmin tapançanın barabanından isə 4 ədəd atəşə yararlı 9mm kalibirli "Makarov" tipli tapançanın patronları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

876104

876097 3

876097 4

876097 3

Bakıda saxta əskinas hazırlayan dəstə yaxalandı

valyuta manat 02563Bakıda saxta pul hazırlayan şəxslər aşkarlanıb.

Trend bildirir ki, hadisə avqustun 21-də Yasamal rayonu, B. Məcidov küçəsində yerləşən mağazada baş verib. Həmin mağazadan telefon almaq üçün 5 ədəd 50 manatlıq saxta əskinas, avqustun 23-də Nəsimi rayonu 20 Yanvar küçəsində dönər evindən 1 ədəd 50 manat saxta əskinas verilməsi ilə bağlı polisə məlumat daxil olub.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinas dövriyyə buraxmaqda şübhəli bilinən Yasamal rayon ərazisində kirayə yaşayanlar - 1992-ci il təvəllüdlü Xaləddin Məmmədov və pulları hazırlayan əvvəllər məhkum olunan, 1991-ci il təvəllüdlü Rəşad Hacıyev tutulub.

Onların yaşadığı mənzildən saxta pul hazırlayan çap vasitələri və X, Məmmədovdan 8 ədəd saxta 50 manatlıq əskinaslar götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

araz.az

Bakıda polis əməliyyat keçirdi: narkotik becərən şəxs saxlanıldı

polis ppxBakıda həyətində narkotik becərən şəxs yaxalanıb.

Trend bildirir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşları daxil olan məlumat əsasında rayonun Maştağa qəsəbəsində əməliyyat keçirib.

Əməliyyat zamanı qəsəbə sakiniİmaməli Ağayevin həyətində çəkisi 92,30 qram olan çətənə kolu və 37,188 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

araz.az

Putinin şok tapşırığı: Rövşən və Quli niyə Türkiyədə öldürüldü?

1597925405 91539062 296949237946488 5859073438924144640 nSabiq polis rəisi, ekspert-kriminalist Mahmud Hacıyevin bu gün gecə saatlarında Antalyada qətlə yetirilən Lotu Qulinin ölümü ilə bağlı Axar.az-a müsahibəsi:
- Sizcə, bu qətlin səbəbi nədir?
- "Vorzakon” və ya "qanuni oğru” dediyimiz şəxslərin vahid bir amalı, hədəfi, əqidəsi olmur. Bu şəxslər daha çox klanlar və ya qruplaşmalar halında müəyyən sahələrə nəzarət edirlər. Məhz qeyd etdiyim sahələr uğrunda vaxtaşırı bir-biri ilə konfliktə girirlər. Adətən bu mübahisələr bir klanın və ya qruplaşmanın digərinin ərazisinə girməsi, keçirilən "sxodka”larda yaranan konfliktlər, eyni zamanda klan üzvlərindən birinin qətli səbəblərindən yarana bilir. Yəni bu şəxslər və nəzarət etdikləri qruplar arasında vahid birlik və ya sabitlik olmur. Qeyd etdiyim mübahisələrin kulminasiya nöqtəsi isə Lotu Quli kimi klan başçılarının ölümü ilə nəticələnir.
Lotu Qulinin qətlinə gəldikdə isə onu deyə bilərəm ki, ümumiyyətlə, kriminal aləmdə digər qanuni oğrulara nəzərən ona qarşı münasibət heç də yaxşı olmayıb. Elə o özü də bir çox qanuni oğru ilə düşmənçilik edirdi. Lotu Quliyə qarşı bu cür aqressiyanın, düşmənçiliyin olmasının əsas səbəbi onun özü ilə bağlı idi. Bildiyiniz kimi, qanuni oğruların yazılmamış qanunları var. Bu qanunlara bütün qanuni oğrular riayət etməlidir. Lotu Quli bir çox hallarda bu qanunların bir çoxu ilə razılaşmır, hətta riayət etmirdi. Buna görə də bu gün, ya sabah onun qətlə yetiriləcəyi gözlənilirdi.
- Lotu Qulinin mərhum qanuni oğru Rövşən Lənkəranskinin qətlinin (18 avqust 2016-cı) ildönümündən bir gün sonra öldürülməsi bu hadisənin Rövşənin qisası olması haqda fikir yaradıb. Qulinin ölümü ilə bağlı diqqət çəkən bir digər məqam da həmin tarixdə, daha doğrusu, avqustun 18-də daha bir azərbaycanlı kriminal avtoritetin - "Qoca Yasamalski” ləqəbli Əlibala Həmidovun öldürülməsidir. Sizcə, bu şəxslərin qətlləri arasında bir bağlantı varmı?
- Düşünmürəm ki, bu şəxslərin qətlləri arasında hansısa bir bağlantı var. Tarixlərə gəldikdə isə bu, sadəcə, təsadüf də ola bilər. Bilirsiniz, belə məqamlar hər zaman olub, olacaq da. Tarixdə bir çox hökmdarların ölümü də eyni tarixdə olub və ya gündəlik həyatımızda baxırsan ki, bir ailənin 3 üzvü müxtəlif illərdə, lakin eyni ayda rəhmətə gedir. Yəni bu kimi hadisələrin eyni tarixlərə təsadüf etməsinin arxasında xüsusi bir səbəb dayanmaya da bilər.
Lakin diqqət yetirsəniz, görərsiniz ki, həm Rövşən Lənkəranski, həm də Lotu Quli məhz Türkiyədə qətlə yetirilib. Bunun isə xüsusi bir səbəbi var. Bildiyiniz kimi, postsovet məkanında qanuni oğruların ən çox yığıldığı, xüsusi tədbirlər keçirdiyi, hətta fəaliyyət göstərdiyi əsas ölkə Rusiya idi. Ukrayna, Belarus kimi böyük ölkələrin qanuni oğruları da bu ölkəyə üz tuturdular. Lakin Vladimir Putin faktiki olaraq qanuni oğrulara qarşı bir müharibə açdı.
Putin özü də xüsusi xidmət orqanlarından çıxmış təcrübəli və peşakar zabitdir. Həm bu aləmi, həm də qanunlarını yaxşı bilirdi. Digər tərəfdən, qanuni oğruların Rusiyada çoxalması həm ölkə iqtisadiyyatını, həm də dövlət idarəetməsini ciddi mənada zəiflətmişdi. Yəni qanuni oğrular, sadəcə öz aralarında münaqişə etmir, bir çox tanınmış dövlət adamlarını dəstəkləyərək vəzifəyə gəlməsini təmin edirdi. Bu isə faktiki olaraq qanuni oğruların özlərini dövlət qarşısında toxunulmaz hala gətirirdi.
Putin məhz buna görə ölkədə olan bütün qanuni oğrulara müharibə açdı, hətta onu da deyim ki, qanuni oğruların yazılmamış qanularından birini dəyişdirmələrinə nail oldu. O, polislərə qanuni oğrulara yaxınlaşanda onlardan qanuni oğru olub-olmadığını soruşmasını tapşırdı. Əgər şəxs qanuni oğru olduğunu desə, həbs edilirdi, demədisə, bu zaman onun qanuni oğru adı digərləri tərəfindən tanınmırdı. Çünki qanuni oğrular bu adı dana bilməzlər. Məhz bundan sonra qanuni oğrular həm öz yazılmamış qanunlarında bu məsələni əsas gətirərək dəyişiklik etdi, həm də daha fərqli ölkəyə - Türkiyəyə getməyə başladılar. Rövşən Lənkəranski və Lotu Qulinin Türkiyədə öldürülməsinin səbəbi də budur.
Miq.Az

4 -dən səhifə 17

Əlaqəli xəbərlər