Prokurorluq Şəmkirdəki bıçaqlanma ilə bağlı məlumat yaydı

bicaq 384586Avqustun 5-də saat 01 radələrində Şəmkir rayonu ərazisində 1995-ci il təvəllüdlü Sənan Quliyevə çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə məlumat daxil olub.

Şəmkir Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1999-cu il təvəllüdlü Mixayil Quliyevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Sənan Quliyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Mixayil Quliyev təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Şəmkir Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkən tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

araz.az

Kriminal aləmə meylli şəxslər polisə atəş açdı - Əməliyyat + FOTOLAR

e9204a31 cebf 3a8d b1e6 709d6a6bc408jpg 1596440094Oğuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyasında və qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən şəxslər tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şirvanlı kənd sakinləri - əvvəllər məhkum olunmuş, kriminal aləmə meyilli olan Novruz Umarlı və bibisi oğlu Ayaz Balakişiyev kəndin meşəlik ərazisində əvvəlcədən əkib-becərdikləri narkotik tərkibli çətənə kollarına qulluq edərkən “iş başında” yaxalanıblar.

Ancaq N.Umarlı törətdiyi cinayət əməlindən yayınmaq üçün qanunsuz olaraq üzərində gəzdirdiyi tapançadan polis əməkdaşlarına atəş açıb. Şöbənin Cinayət Axtarış Bölməsi əməkdaşlarının çevikliyi və peşəkarlığı nəticəsində atəş açan N.Umarlı zərərsizləşdirilərək saxlanılıb.

Oradan qaçmağa çalışan A.Balakişiyev də qısa müddət ərzində Şirvanlı kəndi ərazisində tutulub.

Hadisənin  baş verdiyi əraziyə baxış keçirilən zaman oradan N.Umarlıya məxsus “Makarov”markalı tapança, içərisində 15 patron olan 2 sandıqça, gecəgörmə cihazı, maska, əlcək və qohumların birlikdə əkib-becərdikləri 165 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin yaşadıqları ünvanlara da baxış keçirilib. A.Balakişiyevin evinin həyətyanı sahəsindən sellofan torbada 91 qramdan artıq qurudulmamış marixuana, eləcə də lüləsi və qundağı kəsilmiş “TOZ” markalı tüfəng, N.Umarlının kənd ərazisindəki evindən isə 37 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Oğuz RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

img
araz.az

Bakıda tutulan silahlı şəxsin elə əməlləri üzə çıxdı ki...

hebsjpg 1578216651

 

Bakıda silah gəzdirdiyinə görə saxlanılan şəxsin digər cinayətləri də məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, silah gəzdirdiyinə görə tutulan E.Əliyevin ətrafında Səbail və Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini C.Hüseynovla birgə 2016-cı ilin fevral ayından noyabr ayınadək olan müddətdə Bakı şəhər sakinləri L.Həsənovanı aldaıb 119 500 manat, 2019-cu ilin iyul ayında isə E.Zeynalovu aldadıb 13 500 manat pullarını alması da müəyyən edilib.

Hacı Beyləqanski 19 il azadlıqdan məhrum edildi

1595999427 haciRusiyanın paytaxtı Moskvada cinayət törətməkdə təqsirli bilinən Hacıbaba Talıbxanlının (Hacı Beyləqanski) Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi 1-ci bəndi (iki və ya daha çox insanın öldürülməsinə cəhd) və 2-ci bəndi (qətl), 222-ci maddənin 1-ci bəndi (qanunsuz silah dövriyyəsi) və 322-ci maddənin 1 -ci bəndinə (giriş hüququ üçün etibarlı sənədlər olmadan Rusiya Federasiyasının Dövlət Sərhədini keçmək) əsasən barəsində hökm çıxarılıb.

Asiya.az Virtualaz.org-a istinadən bildirir ki, bunu Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.

Məlumata görə, istintaq və məhkəmə müəyyən edib ki, 2012-ci ilin aprelində təqsirləndirilən şəxs etnik cinayətkar qrupun üzvü olaraq Moskvada rəqib qrupun 1960-cı il təvəllüdlü iştirakçısı və onun 1986-cı il təvəllüdlü tanışının olduğu "Toyota Land Cruiser" avtomobilinə bir neçə atəş açıb. Kişi aldığı yaralardan yerində dünyasını dəyişib.

İstintaq çərçivəsində müəyyən edilib ki, təqsirləndirilən şəxsi həmin cinayəti törətməyə vadar edən onun öz statusunu və kriminal nüfuzunu möhkəmləndirmək istəyi olub.

Araşdırmalar zamanı istintaq şübhəli bilinən şəxsin cinayət əməllərində iştirak etdiyini təsdiq edən təkzibedilməz sübutlar əldə edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Hacı Beyləqanski 19 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 
 
 
 
 

Kiyevdə erməni 4 azərbaycanlı tələbəni güllələdi - YENİLƏNİB - FOTO

868379

 

Ukraynanın paytaxtı Kiyevdə iki azərbaycanlı tələbəyə atəş açılıb.

APA-nın "Strana" portalına istinadən verdiyi məlumata görə, naməlum şəxslər iyulun 25-nə keçən gecə Konovaltsya küçəsində, "Montekki və Kapuletti" restoranının yaxınlığında "Mercedes- Gelenvagen" markalı avtomobildən azərbaycanlı tələbələrə tapançadan atəş açıblar.

Bildirilir ki, atəşin açıldığı 50 RV 100 dövlət nömrə nişanlı avtomobilin və hadisəni törədən şəxslərin tapılması üçün hüquq-mühafizə orqanları hərəkətə keçib.

---------
14:01

Kiyevdə 4 azərbaycanlı tələbə erməni tərəfindən güllələnib.

Milli.Az parla-ya istinadən məlumatına görə, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov bildirib ki, dünən saat 21:30 radələrində Kiyevin mərkəzində dörd azərbaycanlı tələbəyə erməni atəş açıb, onlardan ikisi yaralanıb.

"Bu xəbəri eşidən kimi mən və diasporun idarə heyətinin üzvləri hadisə yerinə gəldik. Tələbələrimiz evə qayıdıb və binanın həyətində erməni nömrələri olan bir maşın gördülər. Azərbaycanlıların yaxından diqqətini görən avtomobil sahibi onunla mübahisəyə başladı. Bundan sonra ona başqa bir erməni də qoşuldu. Onlardan birində tapança var idi. Təcavüzkarlar cinayət yerindən qaçıblar. Səhər beşə qədər hadisə yerində qaldıq. Yaralılar xəstəxanaya aparılıb. Polis təcavüzkarları axtarır".

araz.az

Azərbaycanda “nadzor” başından güllələnərək öldürüldü

meyit.jpgŞəmkirdə güllələnmə olub.

“Qafqazinfo”nun verdiyi məlumata görə, rayonun Bayramlı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədli Kəramət Şükür oğlu yaşadığı evdə alın nahiyəsindən odlu silahla açılan atəş nəticəsində qətlə yetirilib. Onu öldürən şəxsin kimliyi hələ ki, məlum deyil.

Məlumata görə K. Məmmədli Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında nəzarətçi işləyir. Ailəsindən boşanan Məmmədli evdə tək yaşayırmış.

Ardını oxu...

6 -dən səhifə 17

Əlaqəli xəbərlər