Vüqar Səfərlinin məhkəmə işində sensasion ifadələr

vuqar 660x330

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun həbsdəki icraçı direktoru Vüqar Səfərli və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

araz.az Musavat.com-a istinadən xəbər verir ki, Belə ki, iş üzrə üzə çıxan məlumatlar onu deməyə əsas verir ki, Fondun fəaliyyəti ilə bağlı daha bir cinayət işi üçün materiallar hazırdır. Məhkəmə qarşısında 2009-cu ildə Fond yaranandan ona rəhbərlik etmiş Vüqar Səfərli ilə yanaşı, daha 10 nəfər dayanıb. Onların arasında Bibiheybət qəsəbəsində jurnalistlər üçün binanı inşa etmiş Portos MMC-nin direktoru Nadir Məmmədov, həmin binaların keçmiş komendantı Bünyamin İsmayılov, Fondun mühasibi olmuş Təhminə Yaqubova, “Altun” restoranının direktor müavini Təmkin Xəlilov, bu restoranın inzibatçısı Şahin İbrahimov, “Xəmsə” restoranının icarədarı Bəxtiyar Fətullayev və Valeh Orucov da var.
Vüqar Səfərli ilə bu tikinti maxinasiyasında iştirak edən “Verso-M” tikinti şirkətinin sahibi, milyonçu, tikinti maqnatı Mehrac Babayev və digərləri kimlərinsə əli ilə cəzadan kənar saxlanılır. Hamı bilir ki, jurnalistlərin binasını qeyri-rəsmi olaraq Mehrac Babayev tikib. Vüqar Səfərli Mehrac Babayevi Fonda işçi kimi “oformit” eləyib, ona hər ay yüksək maaş da yazılıb. Amma bu gün cinayət işi üzrə təqsirləndirilən şəxslər sırasında Mehrac Babayevin adına rast gəlinmir.

Yeri gəlmişkən qeyd edək ki, təqsirləndirilən şəxslərdən Vüqar Səfərli və Nadir Məmmədov həbsdədir, digər şəxslər barəsində ibtidai istintaq dövründə həbs qətimkan tədbiri seçilməyib. İttihama görə, Vüqar Səfərli digər təqsirləndirilən şəxslərlə əlbir olub,18 milyon 500 min manat dövlət vəsaitini mənimsəməkdə, bundan əlavə, cinayət yoluyla əldə olunmuş 5 milyon 700 min manat pulu leqallaşdırmaqda ittiham olunur. İddia olunur ki, Fondun həyata keçirdiyi bir sıra layihələrin icrası üçün tender yolu ilə şirkətlər seçilməli olduğu halda, qanunvericiliyin bu tələbinə əməl edilməyib. Tenderlər formal xarakter daşıyıb, jurnalistlər üçün binaların inşası zamanı tikinti normalarına əməl edilməyib, sənədlərdə işin həcmi, qiymətlər şişirdilib. Restoranların icarədarları və inzibatçılarının cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbinə gəlincə, Fondunun bir çox bayramlarda tədbirləri, mükafatlandırma mərasimləri bu restoranlarda keçirilib. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırmalarda ortaya çıxıb ki, həmin tədbirlərdə sənədləşmə zamanı qonaqların sayı gerçəkdə olduğundan çox göstərilib, menyunun qiyməti şişirdilib. Azpolitika.info yazıb ki, Vüqar Səfərli istintaqa qısa ifadə verib. O, irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilməyib.

“Press Klub”un araşdırması zamanı isə məlum olub ki, cinayət işinin materiallarında prezidentin keçmiş köməkçisi, uzun illər Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik etmiş Əli Həsənovun əleyhinə də xeyli ifadə var. 2014-2020-ci illərdə Fondun aparıcı məsləhətçisi vəzifəsində işləmiş Samir Mustafayev prokurorluqda dindirilərkən bildirib ki, bütün maliyyə işləri Vüqar Səfərli və Təhminə Yaqubova arasında aparılırdı, buna nəzarəti isə Əli Həsənov həyata keçirirdi. Samir Mustafayev həm də Fondda Tender Komissiyasının üzvlərindən biri olub. Amma ifadəsində söyləyib ki, tender keçirilmirdi, layihələrin hansı şirkətə həvalə olunacağını Əli Həsənov müəyyənləşdirirdi. Ondan sonra formal olaraq sənədlər hazırlanır, özü də daxil olmaqla Tender Komissiyasının üzvlərinə həmin şirkətin seçilməsi barədə imza atdırılırdı. Media nümayəndələri üçün Bibiheybətdə inşa olunan ilk 2 binanın tikintisində podratçı Portos MMC olub, direktoru da hazırda Vüqar Səfərli ilə birlikdə həbsdədir. Samir Mustafayev ifadəsində deyib ki, bu MMC Əli Həsənova yaxın şirkətdir və məhz onun göstərişi ilə jurnalist binalarının tikintisi “Portos”a tapşırılıb. Samir Mustafayevin dediyinə görə, təkcə bina tikintisi kimi bir neçə milyonluq layihələr yox, hətta jurnalistlərin xarici səfərləri, ziyafətlərin keçirilməsi, inventarların hansı müəssisədən alınması kimi məsələlərdə də Əli Həsənov qərar verirdi:

“Tenderin qalibini qeyri-rəsmi Əli Həsənov müəyyənləşdirir, yekun sənəd hazırlanıb, Tender Komissiyasının üzvlərinə imza atdırılırdı”.

O, restoranlarda ziyafətlərin keçirilməsi barədə də ətraflı ifadə verib. Samir Mustafayev bildirib ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ənənəvi olaraq hər il 3 dəfə – Novruz bayramı, Milli Mətbuat Günü və Yeni il münasibətilə restoranlarda ziyafət təşkil edir, orada mükafatlandırma mərasimləri olurdu. Onun sözlərinə görə, bu ziyafətlərdə qonaqların sayı heç vaxt 250-ni keçməsə də, hər dəfə 400-450 nəfərlik vəsait ayrılırdı:

“Son 2 ildə sənədlərdə tədbirlər üçün hər il 800 ləvazimat çantası alındığı rəsmiləşdirilmişdi. Lakin həmin ləvazimatlar faktiki alınmamışdı”.

Tender Komissiyasında baş mühasib Təhminə Yaqubova, Fondun hüquqşünası Elşad Tağıyev, Ramin Kərimli və Mirsəid Ağayev də təmsil olunub. Vüqar Səfərli və daha 10 nəfərin işi üzrə məhkəmənin hazırlıq iclasında keçmiş Fond rəhbərinin vəkili məsələ qaldırıb ki, onun özü ilə yanaşı, oğlunun bankdakı hesabının da üzərinə həbs qoyulub, heç bir əməliyyat həyata keçirə bilmir. Cinayət işinin materiallarından məlum olur ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin vəsatəti əsasında Binəqədi rayon Məhkəməsinin qərarı ilə təkcə “Rabitəbank”da Səfərli ailəsinin 850 min manat pulunun üzərinə həbs qoyulub. Vüqar Səfərlinin hesabında 300 min, oğlu Seymur Səfərlinin isə 550 min manat vəsait olub. Bundan başqa, Vüqar Səfərlinin “Mersedes Benz ML 350″, ”Volkswagen Tuareg” və “Toyota Land Cruiser” markalı 3 avtomobilinin, Bakıda və bölgələrdə yerləşən ev, torpaq sahələrinin, mağazasının da üzərinə həbs qoyulub. Bu əmlaklar arasında onun həyat yoldaşı və ya oğlunun adına olanlar da var. Əgər məhkəmə sonda Vüqar Səfərlinin təqsirli olması nəticəsinə gələrsə və müəyyənləşdirilmiş ziyan o vaxta qədər ödənilməsə, üzərində həbs olan əmlaklar məhkəmənin qərarı ilə müsadirə edilə bilər.

Vüqar Səfərlinin yaxınları istintaq dövründə 200 min manat ödəyib. Digər təqsirləndirilən şəxslərdən də dəymiş zərəri ödəyənlər var. Məsələn, təqsirləndirilən Ədalət Vəliyev 1 milyon manat ödəyib. İş üzrə zərərçəkmiş qismində Medianın İnkişafı Agentliyi tanınıb.

Mümkündür ki, bu məhkəmənin gedişi və nəticəsindən asılı olaraq KİVDF şəbəkəsinə aid daha bir cinayət işi araşdırılaraq məhkəməyə göndərilsin. Həmin cinayət işində daha böyük yeyinti hallarından bəhs olunacağı da istisna deyil. Həmin iş üzrə fiqurantlardan biri Mehrac Babayev ola bilər. 

 

araz.az xəbər portalı.

"Lotu Quli"nin qəbirüstü abidəsi hazırlanıb - FOTOLAR

qü0q8u4yü78fyua29437638 1629433910 1629433159 ogru alemii 238957837 841124759927238 5532671093627424514 n

"Lotu Quli" ləqəbi ilə tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun qəbirüstü abidəsi hazırlanıb.

araz.az Asiya.az-a istinadən  xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

N.Səlifovun məzar daşı onun ildönümü ərəfəsində yekunlaşıb.

Qeyd edək ki, Nadir Səlifov Türkiyənin İstanbul şəhərində yerləşən Böyük Çəkməcə rayonundakı qəbiristanlıqda torpağa tapşırılıb. Ötən il avqustun 20-da Türkiyənin Antalya şəhərində yaxın adamı, “Xan Əhmədlinski” ləqəbli Xaqan Zeynalov tərəfindən başından güllələnərək öldürülüb.


"Lotu Quli"nin qəbirüstü abidəsi hazırlanıb - FOTOLAR

 

araz.az xəbər portalı.

Vüqar Səfərlinin məhkəməsində Əli Həsənov şahid qismində dindiriləcək?

eliiiii 637x330

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

araz.az pravda.az-a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən birinin vəkili Cavanşir Süleymanov vəsatət verərək Azərbaycan Respublikasının Prezidentinin İctimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun, onun oğlu Şamxal Həsənovun və baldızı Gülər Vəliyevanın məhkəməyə çağırılmasını və şahid qismində dindirilməsini istəyib.

Məhkəmə vəsatəti qeydə alaraq baxılmamış kimi saxlayıb.

Daha sonra prokuror ittiham aktını elan edib.

İttihama görə, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli fondun baş mühasibi Təhminə Yaqubova və digər şəxslərlə cinayətkar əmələ girərək, qulluq vəzifələrindən istifadə edərək dövlət tərəfindən ayrılmış vəsaitlərinin müəyyən hissəsini şəxsi vəsaitləri üçün istifadə ediblər.

İttihamda bildirilib ki, fond tərəfindən Yasamal rayonu ərazisində yerləşən inzibati binanın 3-cü mərtəbəsini icarəyə götürmək üçün maya dəyərindən artıq pul köçürülüb.

Həmin məbləğ hər ay üçün 12 min 800 manat təşkil edib.

Bundan başqa, tikintiyə texniki nəzarət şirkətinin rəhbəri və digər işçiləri ilə xidməti vəzifə səlahiyyətlərini aşaraq Azərbaycan jurnalistlərinin məişət şəraitlərinin yaxşılaşdırılması üçün Bakı şəhəri, Səbail rayonu ərazisində yaşayış binalarının tikilməsi üçün dövlət tərəfindən müxtəlif vaxtlarda ayrılan vəsaitlərdən bir hissəsi lüzumsuz məqsədlərlə istifadə olunub.

Belə ki, binaların tikilməsi üçün təqdim olunan layihələr aşağı qiymətə olduğu halda qəsdən şişirdilib. Ümumilikdə isə aparılan işlər daha ucuz və keyfiyyətsiz həyata keçirilib.

Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə “Portos” MMC-nin bank hesablarına köçürüb. Rəsmi sənədlərə isə bilə-bilə yalan məlumatlar daxil edilib.

Bundan başqa, Vüqar Səfərlinin göstərişi ilə “Futbol+Qol” qəzetinin buraxılışları üçün həyat yoldaşı Günel Səfərlinin hesabına 229 min manat vəsait köçürülüb.

İttihamda qeyd olunub ki, fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanma və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.

Məhkəmədə təqsirləndirilən şəxslər elan olunmuş ittihamlarla özlərini təqsirli bilməyiblər.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham verilib.

Proses sentyabrın 3-də davam etdiriləcək.

Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

 

araz.az xəbər portalı.

“Rabitəbank” ASC-nin əməkdaşı həbs edildi

rabitebank12 660x330

“Rabitəbank” ASC-nin Lənkəran rayon filialında külli miqdarda pul vəsaitinin mənimsənilməsi faktı üzrə rayon prokurorluğunda cinayət işi üzrə istintaq tamamlanmışdır.

Lənkəran rayon prokurorluğunudan verilən məlumata görə, istintaqla müəyyən edilmişdir ki, “Rabitəbank” ASC-nin Lənkəran rayon filialının xəzinədarı Cəfər Sadıqzadə qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgənin ümumilikdə 595 min manat məbləğində “Rabitəbank” ASC-yə məxsus xüsusilə külli miqdarda nağd pul vəsaitini mənimsəyərək talamış və tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edib.

Cəfər Sadıqzadə Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

araz.az xəbər portalı.

Deputat Musa Qasımlının qohumları vətəndaşı ölümcül döyüblər – TƏFƏRRÜAT

musa

Biləsuvarın Muğanlı kəndində bir qrup şəxs kənd sakini Elçin Rüstəmovu ölümcül döyüb.


Bu barədə Elçin Rüstəmovun yaxınları “medonline.az“a məlumat veriblər.
6 nəfərlik qrup Elçin Rüstəmovla yanaşı, atası Allahverdi Rüstəmova da xəsarət yetiriblər. Hadisədən sonra Elçin Rüstəmov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ağır kəllə-beyin travması diaqnozu qoyulub. Bundan sonra o, Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndərilib.
Yaxınları deyiblər ki, Elçinin vəziyyəti olduqca ağırdır: “Nitqi tutulub, yaddaşı yerində deyil, heç kəsi tanımır”.
Onların sözlərinə görə, hadisəni törədən şəxslər deputat Musa Qasımlının əmisi uşaqlarıdır. Həmin şəxslər isə Biləsuvarın Muğankənd kəndində yaşayan Abdulla Cəfərov, Xəyal Cəfərov (el arasında Xəlil deyə çağrılır), İbrahim və Əlövsət Hətəmov qardaşları, həmçinin Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin zabiti, kapitan Ayaz Cəfərov, Aqil Cəfərovdur.
Hadisə avqustun 9-u axşam saat 21-00 radələrində baş verib və indiyə qədər Elçin Rüstəmov hələ də reanimasiya şöbəsindədir.
Zərəçəkmişlər hadisə barədə Daxili İşlər Nazirliyinin “102” Xidmətinə də məlumat veriblər.


Elçin Rüstəmov

“Allahverdi müəllim, övladları Xalid və Elçinlə birgə pay torpağını suvarmaq üçün əkin sahəsinə gəlib. Bu zaman yuxarıda adları qeyd olunan şəxslər də orda peyda olurlar. Abdulla Cəfərov deyir ki, biz suvarmanı bitirməmiş imkan verməyəcəyik ki, siz torpağınızı suvarasınız. Allahverdi Rüstəmov oğlu Xalidlə birgə söz-söhbət olmasın deyə evlərinə getmək istəyərkən Abdulla mübahisəni davam etdirir. Bu zaman Aqil Elçinin boyun nahiyəsinə möhkəm zərbə endirir. Bir neçə dəfə cərrahi əməliyyata məruz qalmış Allahverdi müəllim və oğlu Xalid Elçinə kömək etməyə çalışırlar. Amma qarşı tərəf Elçini maşından düşürüb su kanalına atırlar. Burada bizi ən çox təəccübləndirən Müdafiə Nazirliyinin hərbi qulluqçusu Ayaz Cəfərovun qeyri-qanuni hərəkətləridir. Xalid müəllim Ayazı görəndə elə bilir ki, qarşıdurmanın qarşısı alınacaq. Əksinə Ayaz deyir ki, avtomobilin işıqlarını söndürün, sonra zərbə vurun və özü də Xalidgilə zor tətbiq edir”, – Elçin Rüstəmovun yaxınları belə deyir.
Onlar deyiblər ki, indiyə qədər Abdulla, Xəyal, Aqil və Ayaz Cəfərovlar (hamısı əmioğludur), həmçinin Əlövsət və İbrahim Hətəmovlarla heç bir vaxt ədavətləri olmayıb: “Onların nəyə görə bu cür amansız davrandıqlarından da məlumatsızıq. Biləsuvar Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi açılıb. Elçin Rüstəmov Bakıda müalicə olunur. Tibbi ekspertizanın nəticələri də məlumdur. Həkimlərin dediyinə görə, E. Rüstəmov qapalı kəllə-beyin travması, baş-beynin əzilməsi diaqnozu qoyulub. Maddi imkanları daha çox olan Qəmbər Cəfərov, onun oğlu Aqil, digər yaxın qohumları özlərini Muğankəndin “qoçuları” adlandırırlar. Əminik ki, aidiyyəti dövlət orqanlarının rəhbərləri bu özbaşınalığın qarşısını vaxtında alacaqlar”.
Məsələ ilə bağlı deputat Musa Qasımlı ilə əlaqə saxlamaq mümkün olmayıb.
Biləsuvar Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər və hadisə ilə bağlı cinayət işinin açıldığı bildirilib.

 

 

araz.az xəbər portalı.

Öldürdü, sonra meyiti və evi yandırdı – VİDEO

c 15 660x330

Abşeron rayonu Qobu qəsəbəsində bir neçə gün əvvəl baş verən ağır cinayətin üstü açılıb.

DİN-dən verilən məlumata görə, həmin qəsəbə ərazisində yaşayan Ülfət Höccətovun yaşadığı evdə yanmış meyitinin aşkar olunması ilə bağlı Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə göndərilib.

Araşdırma zamanı təxminən 100 kv.m sahəsi olan, 1 mərtəbəli, 4 otaqlı evin yandığı, həyətin darvazasının açıq olduğu aşkar olunub. Həmçinin evin yaxınlığında qan izlərinin aşkar olunması polis əməkdaşlarında hadisənin qəsdən törədildiyinə dair əsaslı şübhələr yaradıb.

Ü.Höccətovun yanmış meyitinin müayinəsi zamanı onun sinə və kürək nahiyələrində kəsici-deşici xəsarətlər olması aşkar edildiyindən onun hadisədən əvvəl qətlə yetirildiyi müəyyən edilib.

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əmədaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini Cahangir Ramazanov saxlanılaraq prokurorluğa təqdim edilib.

İlkin araşdırmalar zamanı onun qətl hadisəsini Ü.Höccətovla şəxsi münasibətlər zəmində aralarında yaranan münaqişə zamanı törətdiyi məlum olub. Cahangir Ramazanov hadisəni əvvəlcədən planlaşdırdığını və qətli törədəndən sonra hadisə yerindən yayınan zaman üst geyimini dəyişdiyini bildirib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda  Cinayət Məcəlləsinin müvafiq  maddəsi ilə cinayət işi başlanılıb. Qətl hadisəsində başqa iştirakçıların olub-olmamasının müəyyən edilməsi istiqamətində  zəruri əməliyyat-axtarış tədbirləri  davam etdirilir.

 

araz.az xəbər portalı.

Arif Alışanovla bağlı sensasion iddialar: Efirdən kənar kriminal...

arif

İyunun 16-da Sumqayıt Apellyasiya Məhkəməsində AzTV QSC-nin keçmiş sədri Arif Alışanova sui-qəsddə və ona qarşı dələduzluqda ittiham olunan Şamaxı sakini Şücayət Əkbərovun məhkəməsi keçirilib.

araz.az Publika.az-a istinadən xəbər verir ki, bu cinayət işi 2018-ci ildən etibarən medianın gündəmində olan ən qalmaqallı məhkəmə çəkişmələrindən biridir. 2018-ci il iyun ayının 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Şücayət Əkbərov 18 il, Qoçəli Cəbiyev 17 il, Zöhrab Şirinov 16 il və Aqşin Hüseynov 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

A.Hüseynov cəzasını başa vurduğu üçün məhkəmə zalından azadlığa buraxılıb. Sumqayıt Apelyasiya Məhkəməsinin qərarıyla Şücayət Əkbərovun cəzası 18 ildən 16 ilə, Zöhrab Şirinovun cəzası isə 16 ildən 14 il 6 aya endirilib. Qoçəli Cəbiyev həbsxanada vəfat edib, Zöhrab Şirinov isə xərçəng xəstəliyinə tutulub.

Yaxınlarının bildirdiyinə görə, iki dəfə açıq ürək əməliyyatı keçirmiş, şəkər xəstəliyindən əziyyət çəkən Şücayət Əkbərovun səhhəti isə ağırdır. O, həbsxana şəraitində müalicə olunur. Xatırladaq ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29,120 (qəsdən adam öldürməyə cəhd), 178 (dələduzluq), 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.

Bu il aprelin 9-da Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından verilən şikayətə Ali Məhkəmədə baxılıb. Məhkəmə birinci instansiyanın qərarını ləğv edərək işi yenidən apellyasiya mərhələsinə qaytarıb. Qərara görə, məhkəmə istintaqı aparılmalı, zərərçəkənlər -Arif Alışanov və qızı Nigar Alışanova məhkəmdə təqsirləndirilənlərlə üzləşdirilməlidir.

Mayın 4-dən Sumqayıt Apellyasiya Məhkəməsində bu iş üzrə yenidən məhkəmə prosesi başlayıb.

Şücayət Əkbərovanın qızı Cəmilə Tağıyeva “AzPolitika.info”-ya bildirib ki, Ali Məhkəmənin tələbi olsa da əvvəlki iki prosesə Arif Alışanov və qızı qatılmayıb. Onun vəkilləri şifahi şəkildə bildiriliblər ki, Alışanov xəstə olduğu üçün prosesdə iştirak etmir, amma bununla bağlı məhkəməyə sənəd təqdim edilməyib. Amma məhkəmə onların dediklərini nəzərə alıb.

C. Tağıyevə dünən keçirilmiş proses haqqında bildirib ki, A. Alışanov və qızı prosesə 1 saatdan artıq gec qatılıb: “O, məhkəmə salonuna məhkumların gətirildiyi dəhlizdən daxil oldu. Halbuki bütün iştirakçılar zala ümumi giriş qapısından keçməlidirlər. Sanki Arif müəllimə və qızına xüsusi şərait yaradılmışdı”.

C. Tağıyevanın sözlərinə görə, prosesdə atasının vəkilləri Arif Alışanova işin mahiyyəti ilə bağlı çoxsaylı suallar ünvanlasalar da hakimlər onları protokoldan çıxarıb: “Bu suallardan biri yüksək dövlət vəzifəsi daşımış Alışanovun davasını apardığı milyonlarla manatı haradan və necə əldə etməsi ilə bağlı idi. Amma hakim bu sualı çıxartdığına görə cavabsız qaldı. Bununla hakimlər zərərçəkənlərə açıq-aşkar tərəfkeşlik etdi”.

Ş. Əkbərovun qızı deyir ki, Arif Alışanovun iddiası ilə atası həm də Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) maddəsi ilə ittiham edilib: “Bu ittiham tamamilə absurddur. Alışanov prosesdə iddia etdi ki, güya atam onu 40 dəfə aldadıb, bir torpaq sahəsini ona göstərib, amma başqasını satıb. Nəticədə AzTV-nin keçmiş sədrinə 5 milyon manata yaxın zərər dəyib. Söhbət Alışanov tərəfindən müxtəlif vaxtlarda Şamaxıda alınmış 61 torpaq sahəsindən gedir. Həmin torpaq sahələrinin hamsının müayinə aktları, onlarda uyğun olaraq Dövlət Reyestr Xidmətindən “Çıxarış” var. Burada dələduzluq necə ola bilər? Dövlət məmurları sözügedən torpaq sahələrini bir-bir müayinə edib, əgər burada aldatma, dələduzluq, özgə əmlakını ələ keçirmə hadisəsi varsa, o zaman Reyestr Xidmətinin əməkdaşları niyə istintaqa çağrılıb sorğu-sual edilməyib?”

Cəmilə Tağıyevə bildirir ki, atasının müdafiəçiləri 61 torpaq sahəsinin müayinə aktlarını və “Çıxarış”-larını məhkəməyə təqdim etmək istəslər də hakimlər onu qəbul etmək istəməyiblər: “Bu faktın özü təsdiq edir ki, məhkəməyə kənardan ciddi təyziqlər var. Alışanov yenə əlaqələrini işə salıb məhkəməyə təzyiq etdirməklə istəyinə nail olmağa çalışır”.

Onun sözlərinə görə, atası həbs edildikdən sonra Ş. Əkbərova və anasına, o cümlədən həyat yoldaşı ilə özünə məxsus bütün əmlaklar zorakılıqla əllərindən alınaraq Arif Alışanovun qzının, həyat yoldaşının və sürücüsünün adlarına keçirilib: “Anamın bütün əmlakı əlindən alındı, heç bir şikayətinə baxılmadı, Ali Məhkəmənin Plenumu iıə baxmadan onların xeyrinə qərar çıxarıdı”.

C. Tağıyeva deyir ki, həyat yoldaşı ilə 2014-cü ildə ailə qurub, birgə nikah dövründə çalışaraq əldə etdikləri vəsait hesabına “Toyota Prado” markalı avtomobil alıblar: “Təsəvvür edin, həmin maşın da müsadirə edilib, istintaq, belə güman edib ki, güya bizim halal avtomobilimiz də Arif Alışanovun pulu ilə alınıb. Bu ağılasığmaz, absurd qəaradır və bizim bütün hüqüqlarımızın Alışanovun sifarişi ilə qəsb olunmasıdır”.

C. Tağıyeva sonda ölkə Prezidenti İlham Əliyevə müraciət edərək, illərdir davam edən qanunsuzluqların kluminasiya həddinə çatdığını bildirir və kömək istəyir: “Hörmətli, cənab Prezident! Bu cinayət işi Ali Məhkəmə tərəfindən geri qaytarıldıqdan sonra bizdə ümidlər yaranmışdı ki, Apellyasiya Məhkəməsində obyektiv araşdırlma aparılaraq, ədalətli qərar çıxarılacaq. Amma təəssüf ki, ümidlərimiz özünü doğrultmur. Biz açıq-aydın görürük ki, Arif Alışanov yüksək hakimiyyət dairələrindəki əlaqələrində istifadə edərək məhkəməyə təzyiq etdirir. Sizdən çox xahiş edirik, ədalət naminə bizi Alışanovun bu zülmündən qurtarın. Biz artıq bu qanunsuzluqlara, özbaşınalıqlara dözə bilmirik. Ümidimiz sizədir!…”.

 

araz.az xəbər portalı.

2 -dən səhifə 17

Əlaqəli xəbərlər