“Kriminal dünyası”nın ilk qadın “oğru”su: Yaponçikin sevgilisi, “qanuni oğru”nun anası: Milyonlara sahib oldu və qəfildən…

aza291020178.jpg

Kriminal aləmdə “qanuni oğru”lardan danışanda söhbətin ancaq kişilərdən getidiyini düşünmək səhv olardı. “Oğru dünyası”nda adından söz etdirən qadınlar da olub. Bunlardan birincisi nüfuzu ilə kişilərdən heç də geri qalmayan Kalina Nikifirovadır. 

Ardını oxu...

Moskvada sifarişli qətlin təşkilatçısı olan Azərbaycan vətəndaşı saxlanılıb

-580mo.jpg

Moskva polisi Xabarovskdan olan həmkarları ilə birlikdə sifarişli qətlin təşkilatçılığına vasitəçilikdə şübhəli bilinən Azərbaycan vətəndaşını saxlayıb.

PRESSDAY.az Rusiya mediasına istinadən bildirir ki, hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, oktyabrın ortalarında 36 yaşlı Balakən rayon sakini sifarişli qətlə vasitəçilik edib.

Ardını oxu...

Bakıda lombarda basqın olub

ooojoj.jpg

Bakıda lombarda basqın olub.

araz.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində fəaliyyət göstərən lombarda gələn naməlum şəxs orada işləyən Anar Əliyevi tapança ilə hədələyərək pul və qızıl tələb edib.

İsti izlərlə həyata keçirilən tədbirlər nəticəsində hadisənin Bakı şəhər sakini Kamran Allahverdiyev tərəfindən törədilməsi müəyyən edilib.

Ondan hadisədə istifadə etdiyi oyuncaq tapança götürülüb.

Hacıqabulda evə maskalı basqın

0668f38b30fc5cb100e01b7933ddbd7b.jpg

Hacıqabulda evə basqın olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 19-da şəhər sakini Qızqayıt Vəliyevanın həyətinə qarət məqsədi ilə girib onu və qızı Rəhiməni bıçaqla hədələyən, lakin səs-küy yarandığından istədiklərinə nail ola bilməyib hadisə yerindən qaçmaqda şübhəli bilinən şəhər sakini Şamxal Şirinov tutulub, digər 1 nəfər isə müəyyən edilib.

Məlumata görə, evə basqın edən şəxslər maskalı olublar. Artıq hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

15 -dən səhifə 17

Əlaqəli xəbərlər