Xalq yazıçısından şok açıqlama: “Kitablarım Ermənistanda da satışdadır və yetərincə oxunur” – VİDEO

media 1626012798 1617778813 cingiz abdullayev 3 nwptoy540rgqi9j1zsbl 620x326
 
Xalq yazıçısı Çingiz Abdullayev Baku TV-yə müsahibə verib.
Dünya şöhrətli yazıçı Nigar Həsənlinin xüsusi reportajında bir sıra maraqlı məsələlərə toxunub, sualları cavablandırıb.
O, Vətən müharibəsi dövründə erməni lobbisinin aktiv və güclü olduğu Rusiyada məhşur proqramlarda ölkəmizin haqlı mövqeyini müdafiə etməsini də şərh edib:
“Çox adam ora getməyə qorxurdu, çünki bilirdilər ki, onlara imkan verməyəcəklər və sözlərini kəsəcəklər. Proqramlarda olan çıxışlarımdan sonra məni dəstəkləyənlərin sayı çox oldu. Türklər belə mənim oradakı çıxışımı öz dillərində tərcümə etdilər”.
O, əlavə olaraq qeyd edib ki, kitabları Ermənistanda da satışdadır və yetərincə oxunur.
Sözügedən reportajı təqdim edirik:
 
 
 
araz.az xəbər portalı.