“Qorqud Ata aşıqlar karvanı” layihəsinə Türkiyədə yekun vurulub

1511792166184253178_1000x669.jpg

Türkiyənin Osmaniyə şəhərində Avrasiya Mədəniyyət və Sənət Dərnəyinin təşkilatçılığı, Osmaniyə Qəzetçilər Cəmiyyəti (OGC), Azərbaycan Aşıqlar Birliyi (AAB), KKTC Genç TV və Türk Dünyası Qəzetçilər Federasiyasının ortaq layihəsi olan “Türk Dünyası Qorqud Ata aşıqlar karvanı” festivalı yekunlaşıb.
Azərbaycan Aşıqlar Birliyinin mətbuat xidmətində AZƏRTAC-a bildirilib ki, Osmaniyə Bələdiyyəsinin himayəsi və Türkiyənin Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan festivalın son konserti Ahmet Şekip Ersoy mədəniyyət mərkəzində təşkil edilib.

Ədəbiyyatımızın ədalət və həqiqət ölçüsü

1510687107_1.jpg

Onun tərifinə tuş gəlmək, ədəbi aləmdə yerinə düşmək idi 

Vəfatından illər keçsə də, onu unutmuram. Tez-tez yad etdiyim, kitablarını dönə-dönə oxuduğum, söhbətlərini, ali məktəbdə təhsil aldığım illərdə dinlədiyim mühazirələrini xatırladığım, ədəbi düşüncələrimə işıq salan, mənim sevimli müəllimim, filologiya elmləri doktoru, professor Qulu Xəlilovu deyirəm. Həmişə də payızda onun barəsində  mütləq nəsə yazıram. Çünki unudulmaz ədəbiyyatşünas alimin doğum və anım günləri məhz noyabr ayına təsadüf edir.

Ustad aşıq Bəylər Qədirovun 100 illik yubileyi keçirildi

Copy of 1510952130_15109351951620914185_1000x669.jpgAşıq Bəylər QədirovAzərbaycan aşıq sənətinin elə bir simasıdır ki, onu hər zaman xatırlamaq, yadigar səs yazılarını dinləmək insana müsbət təsir edir. Bəzən sənətkarları yubiley və xatirə günlərində yada salırıq. Əslində, belə olmamalıdır. Əsl sənətkar hər zaman xatırlanmalı, hər zaman anılmalıdır. XX əsr Azərbaycan aşıq sənətinin, Şirvan-Muğan aşıq mühitinin görkəmli nümayəndələrindən biri olan ustad aşıq mərhum Bəylər Qədirov sazsevərlərin yaddaşında həmşə yaşayır. Ustad aşığın xatirəsi dövlət tərəfindən əziz tutulur, ruhu sayğı ilə anılır.

21 -dən səhifə 25