Mənim kəndim - “Hamı elə bilmişdi ki, məni sel aparıb” - Fəxri Uğurlu

22835581_1519506608086794_945929924_n1508942878.jpg

Modern.az-da kövrək uşaqlıq xatirələri, ata yurdu həsrətinin ifadəsi ilə zəngin “Mənim kəndim” rubrikasına davam edirik. Bu dəfə çağdaş nəsrimizin ən güclü imzalarından sayılan, eləcə də, məhsuldar jurnalist, publisist fəaliyyəti ilə seçilən yazar Fəxri Uğurlu ata yurdu olan Laçın rayonunun Oğuldərə kəndindən və ora ilə bağlı xatirələrindən danışacaq. 

Qocaman teatr ocağımız çökür

Ölkənin nüfuzlu ziyalıları ölkə başçısına müraciət etdilər

Cəfər Cabbarlı adına İrəvan - Azərbaycan Dövlət Dram Teatrının aktyoru Əjdər Zeynalovun qanunsuz olaraq işdən çıxarılmasına etiraz edən ölkənin tanınmış ziyalıları hərəkətə keçiblər.
araz.az-a daxil olan məlumatda deyilir ki, müraciətə imza atanlar arasında Azərbaycan Dövlət Milli Akademik Dram, Dövlət Musiqili Dram, Bakı Bələdiyyə, "Vətən" və digər teatrların aparıcı aktyorlarının, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat, Tarix, Folklor, Fəlsəfə və Hüquq, Nəsimi adına Dilçilik institutlarının, Bakı Dövlət Universitetinin alim - professorlarının, eləcə də KİV nümayəndələrindən xudaferin.eu, publika.az, döyüşçü.az, 10May97, araz.az saytlarının, "Araz" Media Qrupunun, "Ocaq” qəzetinin, "Brend Dünyası” jurnalının və "Azərbaycan Dövlətçiliyinə Milli Dəstək" İctimai Birliyi rəhbərlərinin, habelə ölkənin digər tanınmış ziyalılarının adları var.

ABŞ-dan gəlmiş professor AAB-nin qonağı olub

20171025_131821.jpg

Amerika Birləşmiş Ştatlarının Kostal Karolina universitetinin professoru Anna Oldfield Azərbaycan Aşıqlar Birliyinin qonağı olub. AAB sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı ilə görüşən qonaq respublikamızda daha öncə də olub, Azərbaycan aşıq sənəti ilə bağlı tədqiqat işləri aparıb. Əsas tədqiqat sahəsi qadın aşıqlarımızla bağlı olan bu xanım Azərbaycan dili ilə yanaşı, rus və qazax dillərini də bilir ki, bu da elmi axtarışlarında ona çox kömək edir.

Aşıq İsfəndiyar Rüstəmovun 80 illik yubileyi qeyd olunub

15089157636377932635_1000x669.jpg

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Prezidentin fərdi təqaüdçüsü, Əməkdar Mədəniyyət İşçisi Aşıq İsfəndiyar Rüstəmovun 80 illik yubileyi keçirilib.

araz.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalqımızın qədim sənət nümunəsi olan aşıq yaradıcılığından danışıb:

Məşhur sovet aktrisası:“Oğlum institutda İlham Əliyevin ən yaxşı tələbəsi olub”

1508615554_seleznyova02.jpg

Məşhur sovet aktrisası Natalya Seleznyova “Vesti Qafqaza” qəzetinə verdiyi müsahibəsində Azərbaycanla bağlı maraqlı açıqlamalar verib.

Aktrisa Azərbaycanı çox sevdiyini deyib və Odlar Yurdunun həyatının bir hissəsi olduğunun vurğulayıb. N.Seleznyova Bakını dünyanın ən gözəl şəhərlərindən biri hesab etdiyini deyib.

22 -dən səhifə 25