Əflatun Amaşov yazır: "Ev verilən jurnalistlər arasında dövlətə və cəmiyyətə xeyir baxımından Etibar Əliyevdən daha üstün simalar var"

2019 05 17 20 55 56eflatun amasov manset

Əflatun AMAŞOV,

Mətbuat Şurasının sədri

                                                                      ***

Diqqət edirəm, Milli Məclisin deputatı, Azərbaycan cəmiyyətinin təhsil eksperti kimi tanıdığı Etibar Əliyevin jurnalistlər üçün tikilmiş üçüncü binanın şəhid ailələrinə verilməsinə dair fikri ətrafında kifayət qədər ciddi müzakirələr gedir.

Yəni mən daha çox onun söylədiyinin doğurduğu səs-küyün müzakirə tərəfini görmək istədiyimdən, digər halları, o cümlədən bilavasitə deputata ünvanlanmış nalayiq ifadələri, təhqirləri bir kənara qoyuram. Hərçənd belə hallar da nəzərimdən yayınmır və deyə bilmərəm ki, vəziyyətin bu şəkil alması kimin günahıdır - Etibar Əliyevin, yoxsa onu hədəf seçənlərin? Hər bir halda ortada xoşagəlməz mənzərə var. O mənzərə ki, yaranmaya da bilərdi...

Əvvəla nəzərə alaq ki, jurnalistlər üçün binaların inşası Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə həyata keçirilmiş aksiyadır. Yəni konkret təyinat var. Bu, dövlətimizin mediaya yönəlmiş sosial tədbiridir. Eyni sosial tədbir müxtəlif peşə sahiblərinə də ünvanlanır. Dövlətin şəhid ailələri, müharibə veteranları ilə bağlı fəaliyyəti həyata keçirilməyə başlananda jurnalistlər üçün binanın inşası yalnız xəyal idi.

Bir az keçmişə qayıdım. Gənc həmkarım Elşad Eyvazlı başda olmaqla bir qrup jurnalist mənzil-tikinti kooperativi ideyası ilə çıxış edirdi. Onlar istəyirdilər ki, jurnalistlər güzəştli şərtlərlə mənzil sahibi olsunlar. Həmin vaxt Mətbuat Şurasında mövcud istiqamətdə müzakirələr getdi. O da yadımdadır ki, dövlət qurumları ilə danışdıq, bina tikintisi üçün müxtəlif məkanlara baxdıq. Hətta təklif edilən bir yerdə qaçqınların məskunlaşdıqlarını gördük. Onların oradan uzaqlaşdırılması və sair məsələlərin problem yarada biləcəyini düşünərək ərazidən imtina etdik ki, jurnalistlərə görə qaçqınları evlərindən çıxarırlar kimi polemikalar baş qaldırmasın. Nəzərə alaq ki, həmin vaxt məcburi köçkünlər üçün indiki kimi evlər və mənzillər inşa edilmirdi.

Tədricən ölkəmizin iqtisadi potensialı artdı və bunun nəticəsində nəinki qaçqın və məcburi köçkünlərin, eləcə də şəhid ailələri və müharibə veteranlarının sosial təminatı, o cümlədən rahat mənzillərlə təminatı işində böyük dinamizm müşahidə edildi. Bəli, dövlətimizin imkanlarının genişlənməsi ilə media da onun sosial tədbirlərinin hədəfinə çevrildi. Çünki Azərbaycan dövləti üçün jurnalistika prioritet sahədir və bu istiqamətdə çalışanların sosial sıxıntılarını maksimum dərəcədə azaltmaq lazım idi.

Yaxşı yadımdadır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev 2010-cu ildə Milli Mətbuat Günü ərəfəsində Azərbaycan Mətbuat Şurasının yeni binasının açılışında iştirak etdi, Şuranın İdarə Heyətinin üzvləri ilə görüşdü. Dövlət başçımız həmişə olduğu kimi, jurnalistlərin çətinlikləri ilə də maraqlandı. Ona bir çox həmkarımızın evsiz olduğunu, kirayədə yaşadığını bildirəndə məsələyə olduqca həssas yanaşdı və elə həmin gün jurnalistlərə mənzil tikintisini nəzərdə tutan sərəncam imzaladı. Yenə də deyim, o vaxtadək biz bir neçə güzəştli variant üzərində düşünürdük. Amma Prezident belə demək mümkünsə, inqilabi addım atdı. Sözüm ondadır ki, jurnalistlər üçün bina tikintisi birbaşa dövlət başçısının ideyası idi.

Bəli, mənzillərin bölgüsündəki xoşagəlməz hallar da ciddi müzakirə predmetinə çevrilməkdədir. Müzakirə olunmalıdır ki, gələcəkdə neqativ hallar təkrarlanmasın. Amma gəlin görək, jurnalistlərin mənzillə təminatından nə qədər həmkarımız faydalandı. Onların içərisində elələri var idi ki, illərdir ömrünü kirayədə keçirmişdi, illərdir sığındığı darısqal mənzildə ümüdsüzlüyə qapılmışdı. Mənzil şəraitindən övladını evləndirə bilməyənlər yetərincəydi. Etibar Əliyev deyir ki, hazırda 9 mərtəbəli binanın 9-cu mərtəbəsindəki 2 otaqlı mənzildə yaşayır. Bir növ, mənzil şəraitindən gileylənir də demək mümkündür. Buna bir sözüm yoxdur, Allah köməyi olsun, Allah ona də ürəyi istəyən mənzil şəraiti nəsib etsin. Amma illərini peşəsinə sərf etmiş bir jurnalist dövlətin dəstəyi nəticəsində E.Əliyevdən daha rahat mənzil şəraitinə sahib olacaqsa, bunun nəyi pis ola bilər?

Hərənin öz işində faydalı olması prinsipi əsas götürülürsə, fikrimcə, jurnalistlər üçün inşa edilmiş həm birinci, həm ikinci binadan mənzil sahibinə çevrilənlər sırasında dövlətə və cəmiyyətə xeyir baxımından E.Əliyevdən daha üstün simalar var. Hörmətli deputatımız isə elə fon yaradır ki, sanki o binalardan mənzil sahibi olanların, orada yaşayanların heç biri layiqli deyil və buna görə də üçüncü bina jurnalistlərə verilməməlidir. Bu yanaşma yumşaq desəm, düzgün deyil.

Sonda bir məqamı da qeyd edim. Jurnalistika dövlətimiz üçün strateji sahədir. Bunu biz 44 günlük Vətən Müharibəsi dönəmində də yaxından gördük. Əlbəttə, mediamızın problemləri var və onların aradan qaldırılması istiqamətində yetərincə işlər görülür, görüləcək də. Bu işlərə dəstək baxımından hörmətli Etibar Əliyev geniş imkanlara malikdir. Milli Məclisin deputatıdır. Buna görə də ona parlamentin tribunasından medianın inkişafına yönələn ciddi, fundamental səciyyə daşıyan təkliflər səsləndirərək gündəmə gəlməyi arzulayıram. Elə bilirəm, bu, təkcə mənim deyil, hazırda E.Əliyevi tənqid edənlərin də istəyidir. Ümüd edirəm ki, arzumuz gözümüzdə qalmaz.

 

 

araz.az xəbər portalı.

Jurnalistlərin binasıyla bağlı qalmaqal yaradan bir Müraciət əleyhinə, bir qrup media və QHT təmsilçisi tərəfindən PREZİDENTƏ MÜRACİƏT

5fde6b5ce23b4 001

"Cənab Prezident! Sizə ünvanlanan həmin Müraciətin kənardan idarə olunan qərəzli və çirkli bir kampaniyanın tərkib hissəsi olduğu, arxasında isə, media təmsilçilərini əleyhinizə qaldırmaq məqsədinin dayandığı şübhə doğurmur"

Ölkə jurnalistləri üçün inşa edilmiş 3-cü binayla bağlı son günlər qalmaqalların yaranmasının əsas səbəbi barədə, daha bir qrup KİV və QHT nümayəndəsi tərəfindən, ölkə Prezidenti İlham Əliyev cənablarına Müraciət ünvanlanıb. "Araz" Qəzetlər Qrupunun və araz az xəbər portalının jurnalist əməkdaşlarının da dəstəklədiyi həmin Müraciətdə deyilir:

"Hörmətli cənab Prezident!

Azərbaycan dövləti 44 günlük Vətən Müharibəsində tarixin ən böyük Zəfərinə imza ataraq, işğal altında olan torpaqlarımızı azad etməklə, dünyanın qalib ölkələri siyahısında öz layiqli yerini tutub. Azərbaycan Avropa və Asiya dövlətləri arasında yeganə ölkədir ki, son 40 ildə öz ərazi bütövlüyünü hərbi yolla bərpa edib. Torpaqlarımızın azadlığı uğrunda minlərlə Azərbaycan övladı canını fəda edərək, şəhidlik zirvəsinə ucalıb, minlərlə əsgərimiz yaralanıb, sağlamlığını itirib. Bu qələbədən sonra, Azərbaycan üçün yeni bir mərhələ başlayıb. Azad olunmuş Qarabağ torpaqlarında genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb, ölkə həmin rayonlardan olan sakinlərin doğma torpaqlarına Böyük Qayıdışını səbirsizliklə gözləyir.
Cənab Prezident!
Bu gün bir qrup media və QHT nümayəndəsi Sizə müraciət edərək, Azərbaycan Prezidentinin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" 22 iyul 2013-cü il tarixli Sərəncamı ilə inşa edilmiş üçüncü binadakı mənzillərin Şəhid və Qazi ailələrinə verilməsini təklif edib.
Hər şeydən əvvəl qeyd etmək istəyirik ki, bu Müraciətin kənardan idarə olunan qərəzli və çirkli kampaniyanın tərkib hissəsi olduğu, arxasında isə, media təmsilçilərini dövlət başçısının əleyhinə qaldırmaq məqsədinin dayandığı şübhə doğurmur. Xatırlatmaq istərdik ki, ölkədə indiyə qədər 10 mindən çox şəhid və qazi ailəsi mənzillə təmin olunub və bu siyasət sabit ardıcıllıqla davam etdirilir.
Jurnalistlər üçün inşa olunan 3-cü binadakı mənzillərin Şəhid və Qazi ailələrinə verilməsi ilə bağlı olan həmin Müraciətin müəllifləri, eyni zamanda, jurnalistlərlə Şəhid və Qazi ailələrini üz-üzə qoymağa çalışırlar. Əgər həmin Müraciəti imzalayan və özlərinin bir neçə mənzili olan şəxslər bu mövqelərində səmimi olsaydılar, heç olmasa, torpaqlarımızın azadlığı uğrunda döyüşlərə könüllü yollanan jurnalistlərə mənzil verilməsini təklif edərdilər.

Möhtərəm Prezident!

Biz haqqında danışılan Müraciətə qəti etirazımızı bildirir və bunu Azərbaycan Respublikasını Şəhid və Qazi ailələrini himayə etməyən, onlara qayğı göstərməyən dövlət olaraq göstərmək cəhdi kimi qiymətləndiririk. Eyni zamanda, bu təhlükəli planın ilk növbədə Azərbaycan Prezidentinin əleyhinə yönəldiyini diqqətə çatdıraraq, bu saxta kampaniyanın dayandırılmsını tələb edirik. İnanırıq ki, çoxsaylı jurnalistlərin mövqeyini əks etdirən bizim Müraciətimizə həssaslıqla yanaşacaq və bu çərçivədə başladılan spekulyativ cəhdlərin qarşısını qətiyyətlə alaraq, sözügedən binadakı mənzillərin illərlə xoş xəbər gözləyən jurnalistlərə hədiyyə olunmasını təmin edəcəksiniz".
Qeyd edək ki, bu Müraciəti ölkənin 100 nəfərdən çox media təmsilçisi imzalayıb. Onu da bildirmək istəyirik ki, "Araz" Media Qrupunun və araz.az xəbər portalının jurnalist əməkdaşları da, bu Müraciətin dəstəkçiləridir. Sonda isə, onu xatırlatmaq istəyirik ki, ölkə jurnalistləri üçün tikilən 3-cü binanın özülü 2017-ci ildə qoyulub. Bina 17 mərtəbəli, 255 mənzillidir.WhatsApp Image 2021 07 25 at 02.15.06

araz.az xəbər portalı.

 

“Ermənistan sülh müqaviləsi bağlamasa Azərbaycandan sərt cavab alacaq” - Politoloq

1627137359 azrbaycan rusiya muqavil medium

Azərbaycan siyasətçiləri əvvəlcədən proqnozlaşdırmışdı ki, erməni tərəfi mütləq təxribatlar törədəcək. Yəni həm Qarabağda, həm də dövlət sərhədində belə təxribatlar proqnozlaşdırılırdı. Azərbaycana qarşı təxribatlar xüsusilə Paşinyan Moskvadan qayıtdıqdan sonra başlayıb”.

Bu fikirləri Reyting.az-a politoloq Cümşüd Nuriyev son günlər atəşkəsin pozulmasının səbəblərindən danışarkən deyib.

Politoloq xatırladıb ki, Paşinyandan iki həftə sonra Azərbaycan prezidenti Moskvada olub:

“Azərbaycan lideri Moskva görüşündən razı gəlib. Ancaq bu səfərdən iki gün sonra Azərbaycan əsgərinin şəhid olması məncə, ermənilərin gücü deyil. Onlar belə bir qələti özbaşına etməzlər. Moskvanın səmimiliyinə inanmıram. Amma onu da düşünürəm ki, Rusiya Azərbaycanla bağlı maraqlarını Ermənistana qurban verməz. Fikrimcə, bu, indiki şəraitdə Rusiya üçün təhlükəli gediş olardı”.


C. Nuriyev

C. Nuriyev hesab edir ki, bütün hallarda təxribatı törədən tərəf məlumdur: “Nikol Paşinyan bu addımı daxili gediş kimi də, eyni zamanda Qarağdan tam xilas olmaq məqsədilə də edə bilər. Çünki Ermənistanın sərhədini qorumaq üçün ordusu yoxdur. Rusiya da maraqlı deyil ki, Ermənistanın bütün sərhədini rus əsgəri qorusun. Elə bir ölkə yoxdur ki, onun sərhədlərini başqa bir dövlətin əsgəri qorusun. Vatikanın polisini İsveçrədən gətirsələr də, onlar Vatikanda sərhəd qorumaq missiyasını yerinə yetirmirlər. İndiki halda bu, Rusiyaya sərf etmir, Ermənistanda belə bir addımı atmamalıdır”.

Politoloq bildirib ki, baş verənlərdə Ermənistan daxilində gedən proseslər, erməni müxalifətinin davranışları, eyni zamanda İrəvana Fransa və ABŞ-ın ciddi təsirləri var: “Bütün bunlar göstərir ki, Ermənistan bir növ sülh müqaviləsini bağlamaq üçün bu addımları atır. Bilirlər ki, Azərbaycan tərəfi çox güclüdür və sərt cavab verəcək. Bu təxribatlar ola bilsin ki, Paşinyanın dolaysı ilə “Məndən Qarabağı istəyirsiniz, mən heç sərhədləri qoruya bilmirəm. İmkan verin, heç olmasa, dövlətin təhlükəsizliyini təmin edim”,- deməsinə bənzəyir. Bütün hallarda Ermənistanın bu təxribatı həm siyasi, həm də hərbi cəhətdən ağılsız davranışdır. Ancaq erməni xislətinə uyğundur. Paşinyan erməniləri yaxşı tanıdığından ola bilsin, bununla onları haqq yoluna dəvət edir. İnanmıram ki, Rusiya böyük maraqlarını ermənilərin kiçik istəyinə qurban versin”.

 

araz.az xəbər portalı.

Jurnalistlər üçün tikilən binanın şəhid və qazi ailələrinə verilməsi təklif olunur - Müraciət

1627131993 60fc0ac7a919160fc0ac7a9192162713056760fc0ac7a918f60fc0ac7a9190Bir qrup media və QHT nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

araz.az 
müraciəti təqdim edir:

Möhtərəm Cənab Prezident!

Məlum olduğu kimi, Azərbaycan tarixində yeni bir mərhələ başlanıb. Artıq ölkəmiz bütün dünyada qalib Azərbaycan kimi tanınır. Dövlətimizin yenilməz gücü, xalqımızın həmrəyliyi, Sizin ətrafınızda birləşərək dəmir yumruğa çevrilməsi dillərə dastandır.

Əlbəttə, Azərbaycanın fəth etdiyi bu zirvənin ucalığı, Zəfərin böyüklüyü zaman keçdikcə, Vətən müharibəsi tarixə çevrildikcə daha da aydın görünəcək.

Bu qələbəyə cəmiyyətmiz Sizin rəhbərliyiniz altında sıx birləşərək nail oldu. Artıq İkinci Qarabağ müharibəsi arxada qalıb. Sizin də qeyd etdiyiniz kimi, qarşımızda daha böyük missiya dayanır. İndi azad olunmuş Qarabağı cənnətə çevirmək, qaçqın və məcburi köçkünləri öz yurd-yuvalarına qaytarmaq, şəhid ailələri və qazilərimizin qayğısına qalmaq, bir sözlə, yaralarımızı sarıyaraq sağalmaq və irəli getmək kimi böyük bir prosesin içindəyik.

Biz artıq müharibədən az bir vaxt keçməsinə baxmayaraq, olduqca böyük işlərin görülməsinə şahidlik edirik. Elə Siz son müsahibənizdə ilin sonunadək 3 min şəhid ailəsi və qazinin mənzillərlə təmin ediləcəyini, artıq 1300 mənzilin onlara verildiyini bildirdiniz.

Biz də bu böyük missiyanın həyata keçirilməsində öz həmrəyliyimizi nümayiş etdirmək, olduqca böyük və şərəfli işin icrasında töhfəmizi vermək, dövlətimizin və Sizin yanınızda oluğumuzu bir daha bildirmək istəyirik.

Məlum olduğu kimi, son illər Azərbaycan dövləti jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün məqsədyönlü addımlar atıb. Bunlardan biri də media nümayəndələri üçün yaşayış binalarının tikilməsi, onların dövlət hesabına mənzillərlə təmin edilməsidir.

Ötən dövrdə 500-ə yaxın jurnalist belə mənzillərlə təmin olunub. Jurnalistlər üçün nəzərdə tutulan üçüncü bina da artıq istifadəyə hazırdır. Biz təklif edirik ki, öz canından keçərək, əsl qəhrəmanlıq nümunəsi göstərərək bu Vətənin bütövlüyünü bizə bəxş edən şəhid və qazilərimizə ehtiramın ifadəsi olaraq, sözügedən üçüncü binadakı mənzillər şəhid ailələrinə, torpaqlarımızın azad edilməsində böyük şücaət göstərmiş xüsusi təyinatlılarımıza, Vətən müharibəsi qəhrəmanlarına təqdim olunsun.

Bu, gözəl həmrəylik nümunəsi olmaqla yanaşı, həm də qələbədən sonrakı proseslərə bizim töhfəmiz olar.

Belə bir şərəfli işin həyata keçirilməsi üçün təşəbbüsümüzü nəzərə almağınızı Sizdən xahiş edirik.

1. Mirşahin Ağayev – REAL TV-nin rəhbəri

2. Qulu Məhərrəmli – BDU-nun professoru

3. Cahangir Məmmədli – BDU-nun professoru

4. Emin Musəvi – ASAN Radionun rəhbəri

5. Vüsalə Abışova - “Azəri-Press” informasiya agentliyinin rəhbəri

6. Arif Əliyev – Yeni Nəsil Jurnalistlər Birliyinin sədri

7. Umud Mirzəyev – Avrasiya Fondunun rəhbəri

8. Yeganə Hacıyeva – bloger

9. Ədalət Verdiyev – bloger

10. Əflatun Amaşov – Mətbuat Şurasının sədri

11. Elbrus Ərud – Qafqazinfo.az saytının rəhbəri

12. Şakir Eminbəyli - “Rossiya-24” telekanalının Azərbaycandakı nümayəndəsi

13. Rüstəm Əliyev – ANTENN Radionun rəhbəri

14. Həmid Həmidov - “Global Media Group”un media direktoru

15. Vüsal Məmmədov – Azvision.az saytının rəhbəri

16. Hikmət Babaoğlu – “Yeni Azərbaycan” qəzetinin baş redaktoru

17. Şakir Ağayev - “Novoye vremya” qəzetinin baş redaktoru

18. Elçin Mirzəbəyli – “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru

19. Elçin Alıoğlu - “Milli.az” saytının baş redaktoru

20. Aslan Aslanov – AZƏRTAC-ın İdarə Heyətinin sədri

21. Azər Xəlilov – ATV-nin rəhbəri

22. Bəxtiyar Sadıqov – “Azərbaycan” qəzetinin baş redaktoru

23. Vüqar Xəlilov – CBC TV-nin rəhbəri

24. Radik İsmayılov – ARB24 TV-nin rəhbəri

25. Vüqar Rəhimzadə - “İki sahil” qəzetinin baş redaktoru

26. Bəhruz Quliyev – “Səs” qəzetinin baş redaktoru

27. Hümmət Musayev – “Respublika” qəzetinin baş redaktoru

28. Fatma Səttarova - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri

29. Mirhəsən Həsənov – Çernobıl Əlilləri İttifaqının sədri

30. Mehdi Mehdiyev - Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri

31. Füzuli Rzaquliyev - “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri

32. Məhəmməd Vəliyev - Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri

33. Məmmədhüseyn Sarıyev - Ehtiyatda Olan Zabitlər Konfederasiyası İctimai Birliyinin sədri

34. Xədicə Babayeva - “Müharibədən Zərər Çəkən Nəqliyyat İşçiləri” İctimai Birliyinin sədri

35. Maral Zamanova - “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyinin sədri

36. Məmmədhəsən Həsənov - “Mina Qurbanlarının Sosial İqtisadi Problemlərinin Həllinə Kömək” İB-nın sədri

37. Alman Abbasov - “Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri

38. Sərraf Orucov - "Beynəlmiləlçi Əlil Döyuşçülər" İctimai Birliyinin sədri.

 

 

araz.az xəbər portalı.

Vəfat etmiş 3 jurnalist Ali Media Mükafatı ilə təltif olunublar

2016 10 21 17 49 41metbuat surasi bina loqo yennn

Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatının 2021-ci üçün laureatlarının adları açıqlanıb.

araz.az xəbər verir ki, Şuranın Ali Media Mükafatı ilə Kəlbəcərdə şəhid olmuş media təmsilçiləri - Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və COVID-19 xəstəliyindən dünyasını dəyişmiş hərbi jurnalist Rəşad Süleymanov təltif ediliblər.

Məlum olduğu kimi, Mətbuat Şurası hər il ömrünü-gününü peşəsinə həsr etmiş jurnalistləri Ali Media Mükafatı ilə mükafatlandırır. 2011-ci ildən başlayaraq xoş ənənəyə çevrilmiş mükafatın laureatlarının adları 22 iyul Milli Mətbuat Günündə açıqlanır və 3 dərəcə üzrə təqdim olunur. 2021-ci ildə Şura qərara alıb ki, təltif yalnız bir dərəcə üzrə aparılsın.

M.İbrahimov və S.Abışov istər 44 günlük Vətən Müharibəsi dönəmində, istərsə də müharibədən sonrakı dövrdə Azərbaycan ictimaiyyətini dolğun və operativ məlumatlarla təmin ediblər. R.Süleymanov isə müqəddəs savaşımızın davam etdiyi müddətdə hərbi jurnalist və ekspert kimi cəmiyyətin informasiyalarla təminatı, həm də ictimai rəyin düzgün formalaşdırılması istiqamətində böyük əzmlə çalışıb. Mətbuat Şurası məhz bu xidmətləri nəzərə alıb.

Allah mərhum həmkarlarımıza rəhmət eləsin!

 

araz.az xəbər portalı.

1 -dən səhifə 142

Əlaqəli xəbərlər