Tanınmış jurnalist vəfat edib -- Mətbuat Şurasından kədər dolu NEKROLOQ

WhatsApp Image 2021 05 16 at 16.21.02

Azərbaycan Mətbuat Şurasının təqdim etdiyi bu NEKROLOQ-da, jurnalistikamızın, ümumiyyətlə ədəbi-bədii mühitin tanınmış simalarından olan publisist, nasir, əməkdar jurnalist Svetlana Hacı qızı Nəcəfovanın vəfat etdiyi bildirilib. Mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verən Mətbuat Şurası bu NEKROLOQ-da xüsusi olaraq onu vurğulayıb ki, Svetlana Nəcəfova imzası Azərbaycan jurnalistikasında, ictimai fikrində etalondur. Xanım qələm sahibi peşəyə hədsiz məhəbbətin və sadaqətin göstəricisi, bir nümunədir. Belə bir söz sənəti fədaisinin, əməksevər həmkarımızın yoxluğu ölkə mətbuatı üçün böyük itkidir.
Mərhumun doğma və yaxınları ilə üzüntülərini bölüşən Mətbuat Şurası, həm də Svetlana Nəcəfovanı ictimaiyyətə təqdim edərək, bildirib ki, o, 1938-ci il anadan olub. 1955 -- 1960-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Ali məktəbi bitirdikdən sonra, əmək fəaliyyətinə o zamankı “Pioner” jurnalında başlayıb. Burada 15 il ərzində texniki redaktor və şöbə müdiri olub. 1973 -- 1977-ci illərdə "Azərbaycan qadını" jurnalı redaksiyasında şöbə redaktoru, 1977 -- 1992-ci illərdə isə, Baş redaktorun müavini vəzifələrində çalışıb. 1996 -- 2003-cü illərdə "Respublika" qəzeti redaksiyasında şöbə müdiri olan tanınmış jurnalist, 2003 -- 2008-ci illərdə televiziya sahəsində çalışmaqla da zəngin peşə yolu keçib.
NEKROLOQ-da o da bildirilib ki, Svetlana Nəcəfova ədəbi yaradıcılığa ötən əsrin 60-cı illərindən başlayıb. Çoxsaylı oçerk və hekayələr, dərin məzmunlu publisistik məqalələr, kitablar müəllifi olan həmkarımızın əməyi ali səviyyədə də yüksək qiymətləndirilib. O, “Əməkdə fərqlənmə görə” medalına, fəxri fərmanlara, müxtəlif mükafatlara və “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.WhatsApp Image 2021 05 16 at 17.33.33

"Araz" Media Qrupunun araz.az xəbər portalının kollektivi də, Mətbuat Şurasının və mərhumun doğma-yaxınlarının kədərinə qoşularaq, bu üzüntülərini birgə bölüşdüyünü, onlara dərin hüzünlə baş sağlığı verdiyini bildirir, mərhum həmkarımıza Böyük Allahdan rəhmət diləyir!

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər