Baxımsızlıqdan məhv olan qədim karvansara -- ÜZÜNTÜLÜ FOTOLAR

WhatsApp Image 2021 05 17 at 19.12.24Torpaq, həm də üzərində tarix yaşatdığı üçün Vətəndir! O tarixi bilmək azdır, tarixə şahidlik edib, abidəyə çevrilən faktları qorumaq da lazımdır. Təəssüf, min təəssüf ki, biz bu qaydanı gözləmirik!
Gözümüzün qarşısında məhv olan daha bir tariximiz -- Səngəçal -- Cəngi -- Şamaxı karvan yolunun üstündə, iri yaşayış məntəqələrindən kifayət qədər uzaq da yerləşən qədim karvansara var.WhatsApp Image 2021 05 17 at 19.12.44 1
Bu tikili Qaradağ rayonunda, daha dəqiq desək, Sanqaçal və Əzimkənd yaxınlığında, Minəcik deyilən ərazidə yerləşdiyi üçün, daha çox, “Minəcik” karvansarayı adlanan tarixi abidədir. Karvansaray qədim Şamaxı -- Cəngi yolunun üstündə, Qızıldaş qəsəbəsindən 30 km aralıda yerləşir.WhatsApp Image 2021 05 17 at 19.12.44 Karvansaray XV əsrdə inşa olunub. Binanın tikilmə tarixini girişin üstündə olan daş kitabədən təxmin etmək olar. Bir neçə il əvvələ qədər qırılmış, lakin tam aradan çıxmamış hissələrdə Şirvanşah Xəlilullah adını oxumaq mümkün olub.WhatsApp Image 2021 05 17 at 19.12.54 1 Amma, təəssüf ki, bu gün həmin kitabə dağılaraq, məhv olub. Kitabənin paleoqrafiyası və titullarına əsasən, onun Şirvanşahlar dövlətinin 35-ci hökmdarı I Xəlilullahın (1417-1465) vaxtına aid olduğu ehtimal edilir.WhatsApp Image 2021 05 17 at 19.12.45 Beləliklə, Minəcik karvansarasının Səngəçaldakı karvansara ilə eyni dövrdə, yəni, XV əsrin ortalarında tikildiyini söyləmək olar.
XIX əsrdən bu karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq, karvansara istifadəsiz qalıb.WhatsApp Image 2021 05 17 at 19.12.46 1 Sonralar köçəri qaraçılar vaxtaşırı burada məskən saldıqları üçün, yerli əhali karvansaranı Qaraçı karvansarası adlandırıblar. Lakin mənbələrdə abidə ən yaxın olan kəndin adı ilə, Minəcik karvansarası adlanır.WhatsApp Image 2021 05 17 at 19.12.46
Karvansaray Şirvan-Abşeron memarlıq məktəbinə aiddir. Quruluşca Səngəçaldakı karvansaraya bənzəyir, lakin ondan bir qədər kiçik və sadədir. Tikili iki mərtəbəli dördbucaqlı formada inşa edilib. Qalın divarlar künclərdə yarımbürclərlə möhkəmləndirilib.WhatsApp Image 2021 05 17 at 19.12.47 1 Karvansaranın baş fasadında tağlı girişi olan portal qurulub. Bina qala tipli quruluşa malikdir və müdafiə sığınacağı kimi də fəaliyyət göstərib.
Deyilənə görə, karvansara 20 il bundan əvvələ qədər istifadəyə yararlı vəziyyətdə imiş. Hətta burada hansısa qurumun bölmə idarəsi də yerləşirmiş.WhatsApp Image 2021 05 17 at 19.12.47 Sonradan idarə binadan köçürülüb və bina tamamilə baxımsız vəziyyətə düşüb. Daha, heç kimi, burada 5 əsrlik tarixə malik olan binanın yerləşdiyi maraqlandırmayıb. Karvansaray Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli Qərarı ilə, "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilib.WhatsApp Image 2021 05 17 at 19.12.48 1 Yəni Minəcik karvansarası dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix mədəniyyət abidələri siyahısındadır. Buna baxmayaraq, çox zövqlü və xüsusi arxitekturası olan abidə diqqətsizlik üzündən tarixdən silinmək üzrədir.WhatsApp Image 2021 05 17 at 19.12.48
Hazırda baxımsız qalan, 5 əsrdən çox yaşı olan tarixi abidə yaxınlıqda yerləşən daş karxanalarının tullantıları və ağır tonajlı yük maşınlarının intensiv hərəkəti üzündən tamamən məhv olmaq üzrədir. WhatsApp Image 2021 05 17 at 19.12.53Mədəniyyət abidəsi kimi, inventar nömrəsi "106" olan bu tikili o qədər maraqlı və dəhşətli hadisələrə şahidlik edib ki; Tökülən qanlar, kəsilən başlar, basılan karvanlar, oğurlanan sarvanlar, sonralar Sovet hakimiyyətindən qaçaq düşənlərin burada gecələmələri və s., və i. Amma, yəqin ki, bu abidənin şahidlik etdiyi ən dəhşətli hadisə, bu gün ona göstərilən laqeyd münasibətdir!WhatsApp Image 2021 05 17 at 19.11.26

Samir ƏSƏDLİ,
Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi Aparatının rəhbəri.

Əlaqəli xəbərlər