TOVUZUN İCRA BAŞÇISI «PAŞA HOLDİNQ»İN ADINDAN İSTİFADƏ EDİB, SAHİBKARLARIN ƏMLAKINI ƏLƏ KEÇİRİR -- FOTO - VİDEO FAKTLAR

meeemm

Möhtərəm Prezident hansı şəxsi şəhər və rayonlara icra başçısı vəzifəsinə təyin edirsə: “Gedin yerlərdə problemlərin həlli ilə məşğul olun, sakinlərin qayğıları ilə maraqlanın, bir sözlə, hər kəsə qarşı diqqətcil olun!” -- deyə, lazımi tapşırıqlarını verir. Əslində, bu yöndən verilən tapşırıqlar, ümummilli maraqlarımızın həlli naminə verilən tapşırıqlar kimi qəbul olunur. O halda sual oluna bilər ki, görəsən, olkə rəhbərinin verdiyi belə tapşırıqlar rəhbər vəzifə sahibi olan həmin şəxslər tərəfindən səmimi qəbul olunur?! Verilən belə tapşırıqların necə icra olunması, deryaz.az saytının əməkdaşları olaraq, bizim də maraq dairəmizə daxil olduğundan, bu yöndə müəyyən araşdırmalar aparmağa qərar verdik. Bu məqsədlə, ölkənin bir neçə şəhər və rayonunda, o cümlədən Tovuz rayonunda da olduq. Məhz Tovuzda apardığımız araşdırmalar da, bizi, bilmədiyimiz bir çox mətləblərdən agah etdi. Araşdırmalarımızın, yerli sakinlərlə etdiyimiz söhbətlərin, şahidi olduqlarımızın son nəticəsindən bizə bir daha bəlli oldu ki, bu rayonda da, ölkə rəhbərinin verdiyi tapşırıqlara məhəl qoyulmur. Məsələn, bunun təsdiqi kimi, ilk öncə, Tovuz rayonunun ərazisinin əməlli-başlı inhisara alındığını desək, heç də yanılmarıq. Çünki bu rayonda gəlir gətirən sahələrə rəhbərlik edən şəxslər icra başçısı Məmməd Məmmədovun ya ən yaxını, ya da qohum-əqrəbalarıdır. Bundan əlavə, bu günə kimi, Tovuz Rayon İcra Hakimiyyəti Aparatında mühüm vəzifələrə ən yaxınını yerləşdirməyə nail olan başçı, belə bir addımını, heç də elə-belə atmayıb. Məsələn, vaxtında "uzaqgörənlik" edən bu rəhbər şəxs gözəl bilir ki, büdcədən ayrılan pulları kənar şəxslər vasitəsilə mənimsəmək olduqca çətin və qorxulu olur. Amma, qohum-əqrəba və ona bağlı olan şəxslərin vasitəsilə belə mənimsəmələri həyata keçirmək olduqca asan başa gəlir və belə işlərin söz-söhbəti ətrafa o qədər də geniş yayılmır. 
Bəli, Tovuzda həyata keçirilən bu cür idarəçilik üsulu təkcə dövlət qurumlarında deyil, qeyri-dövlət qurumlarında da, çoxdandır ki, özünü göstərməkdə davam edir. Belə ki, rayon ərazisində fəaliyyət göstərən özəl şirkətlərdə də, məhz, söz sahibləri Məmməd Məmmədova yaxınlığı ilə seçilən şəxslərdir. Bu danılmaz faktdır ki, o, bu gün də, qohum-əqrəbalarını “yağlı vəzifələr”ə yerləşdirməklə məşğuldur.
     Bu da bir həqiqətdir ki, əgər rayon ərazisində icra başçısının iş fəaliyyəti ilə bağlı ədalətli sorğu keçirilərsə, o halda, tam əksəriyyət rayon rəhbərliyinin fəaliyyətinə "kafi"dən də aşağı qiymət verər. Üstəlik, onlar Tovuzu məmmədovların inhisara aldığı bir rayon hesab etməkdən də çəkinməzlər. Belə bir yanaşmanın bir səbəbi var, o da yuxarıda qeyd etdiyimiz kimi, aparıcı vəzifələrin tam əksəriyyətinin rəhbərliyə yaxın şəxslər tərəfindən ələ keçirilməsidir. Amma, bu gün rayonun sadə sakinləri minbir əzab-əziyyət çəkirlər, olmazın müsibətlərlə üz-üzə qalırlar, aclıqdan, səfalətdən, haqsızlıqdan, işsizlikdən, süründürməçilikdən... zinhara gələnlər isə, dərdlərini deməyə ünvan tapmırlar. Belə bir haqq-hesablardan sonra kim deyə bilər ki, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, bu gün ölkə rəhbərinin vermiş olduğu tapşırıqlara xüsusi diqqət yetirir və idarəçiliyini qanunun tələbləri əsasında həyata keçirir.
      Tovuz rayon İcra Hakimiyyəti başçısının rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan bəzi şəxslərə yaratdığı çoxsaylı problemlər, etdiyi zülmlər... bu gün də, ölkə gündəmini zəbt edən əsas mövzulardandır. Daha təəccüblü hal odur ki, vaxtilə qonşu rayonda icra başçısı vəzifəsini daşıyan Alimpaşa Məmmədovun səs-küylü həbsindən nəticə çıxarmayan Məmməd Məmmədov, hal-hazırda da, tutduğu vəzifəsinin imkanlarından sui-istifadə etməkdən çəkinmir. Bunun sübutu kimi, onun, Rəşid Qədir oğlu Məmmədovun istifadəsində olan torpaq sahələrini ələ keçirmək üçün, qorxub-çəkinmədən hansı qanunsuz üsullardan istifadə etdiyini misal çəkmək olar. Olmazın çıxılmaz duruma düşən bu sahibkar indiyə kimi, bir çox dövlət qurumlarına etdiyi müraciətlərin, ünvanladığı şikayətlərin lazımi nəticə vermədiyini gördüyündən, o, bu gün üz-üzə qaldığı olayı ictimailəşdirmək qərarına gəlib. Bu şəxsin əsas məqsədi baş verənlərdən hər kəsi, o cümlədən ölkə rəhbərini də xəbərdar etməkdir.
   Belə ki, bir neçə gün bundan öncə Dəryaz qəzetinin redaksiyasına Tovuz rayonu, Həzi Aslanov küçəsi, ev-49 ünvanında yaşayan Məmmədov Rəşid Qədir oğlu tərəfindən müraciət daxil olmuşdur. Belə bir müraciətdən sonra redaksiya əməkdaşlarımız Tovuz rayonunda olmuş və 1994-cü ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olan bu şəxsin problemlərini araşdırmağa başlamışdır. Belə ki, aparılan araşdırmalardan və sahibkar Rəşid Məmmədovun əməkdaşımıza verdiyi video-müsahibədən bəlli olur ki, bu şəxsin təsisçisi olduğu “Ceyrançöl Kəndli Fermer Təsərrüfatı”na Gədəbəy rayon XDS-i 29 iyul 1994-cü il tarixli qərarla Ceyrançöl Təsərrüfatlararası Yemçilik Birliyinin ərazisindən 110 ha torpaq sahəsi ayırmış və ona B№ 004092 Dövlət Aktı verilmişdir. Bundan başqa, Rəşid Məmmədovun “Ağamalı” kəndli fermer təsərrüfatına Gədəbəy rayon XDS-i 13 oktyabr 1995-ci il tarixli 72 saylı qərarla Təsərrüfatlararası Heyvandarlıq Sənaye Birliyinin Ceyrançöldə olan ərazisindən 57 ha torpaq sahəsi ayırmış və ona B № 000659 saylı Dövlət aktı da verilmişdir. Gədəbəy rayon İcra Hakimiyyəti başçısının 11 noyabr 2004-cü il tarixli 96 saylı sərəncamına əsasən də, “Ceyrançöl Kəndli Fermer Təsərrüfatı”nın başçısı Rəşid Məmmədova Ceyrançöl Yemçilik Birliyinin Ərazisindən əlavə 30 ha torpaq sahəsi də verilir. Bütün bunlara baxmayaraq, 25 aprel 2014-cü il tarixdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı  Rəşid Məmmədova faktiki istifadəsində olan torpaq sahəsinə, yəni fiziki şəxs olaraq ona Ceyrançöl Qış Otlaq sahəsindən 197 ha torpaq sahəsini icarə müqaviləsi sənədi əsasında icarəyə verir

WhatsApp Image 2021 06 15 at 17.26.33

 Bütün bunlar haqda əməkdaşımıza video-müsahibə verən Rəşid Məmmədov qeyd edir ki, “Əvvəllər Gədəbəy rayonunun “Yemçilik Birliyinin” ərazisi olmuş və əkinə, həmçinin örüş sahəsinə yararlı hesab olunan torpaq sahələrindən istifadə etmək qərarına gəldim və yuxarıda qeyd olunduğu kimi, təsisçisi olduğum təsərrüfatların balansında olan 197 ha torpaq sahəsindən istifadə etməyə başladım. Mənə məlum olmayan səbəbdən, faktiki istifadəmdə olan həmin torpaq sahəsi 25 aprel 2014-cü il tarixdə Tovuz RİH başçısının imzaladığı 66 saylı sərəncam və 09 nömrəli icarə müqaviləsi sənədi əsasında 10 il müddətinə mənə icarəyə verildi. Qeyd edim ki, Tovuzun sabiq icra başçısı Tofiq Zeynalovun 25 aprel 2014-cü il tarixdə imzaladığı sərəncamın 4-cü bəndində qeyd olunub: “Məmmədov Rəşid Qədir oğluna həmin sərəncamla verilmiş torpaq sahəsinə dair imzalanmış icarə müqaviləsinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dövlət Retestr Xidmətinin Tovuz rayon Ərazi İdarəsində qeydiyyatı və dövlət reyestrindən çıxarış alınması təmin olunsun”. Qeyd edim ki, 197 ha torpaq sahəsinin uzun müddətə icarəmdə olması ilə bağlı məndə torpağa mülkiyyət, sahiblik və daim istifadə hüququna dair DÖVLƏT AKTLARI var. Həmin aktlardan görünür ki, mənə icarəyə verilmiş 197 ha torpaq sahəsinin cəmi 86 ha sahəsi əkinə yaralıdır. Lazımi sənədlərdən də görünür ki, fiziki şəxs olaraq icarə müqaviləsi sənədi əsasında istifadəmə verilmiş torpaq sahəsi təsisçisi olduğum və rəhbərlik etdiyim “Ceyrançöl Kəndli Fermer Təsərrüfatı”nın məxsus torpaq sahəsidir. Onu da qeyd edim ki, “Ceyrançöl Kəndli Fermer Təsərrüfatı” 05 may 2000-ci il tarixdə Azərbaycan Respublikası, Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Şəmkir Bölgə şöbəsində qeydiyyata alınıb. Təəssüflər olsun ki, bu gün həm bir icarədar, həm də daim istifadəçi olaraq istifadə etdiyim torpaq sahəsinin  qeydiyyata alınmasına nail ola bilmirəm. Belə bir səbəbdən də, hazırda Regionların İqtisadi İnkişaf Proqramına uyğun olaraq dövlətimizin sahibkarlara verdiyi dəstək və yardımlardan heç cür istifadə edə bilmirəm. WhatsApp Image 2021 06 15 at 17.23.17 686x1024

Əldə etdiyim Dövlət aktlarında göstərilir ki, torpaq daim istifadəmə verilib və torpağın 86 ha sahəsi əkinə, qalan sahəsi isə otlaq üçün yararlıdır. Bundan əlavə, Ədliyyə Nazirliyindən aldığım qeydiyyat sənədində də  göstərilib ki, 197 ha torpaq sahəsi xüsusi mülkiyyətdir. Bəli, bu gün istifadə etdiyimiz torpaq sahələrində əkin əkirik, heyvan saxlayırıq, bir sözlə bir neçə ailə buradan dolanır. Təəccüb doğuran hal odur ki, 25 aprel 2014-cü il tarixdə Tovuz RİH-nin başçısı, məhz müəssisəmin balansında olan və faktiki istifadə etdiyim torpaq sahəsini fiziki şəxs olaraq istifadəmə verilməsi haqqında Sərəncam imzalayır. Bir ildən sonra bildim ki, belə bir sərəncamın imzalanmasından sonra iki yerə, yəni həm hüquqi , həm də fiziki şəxs olaraq vergi ödəməli olacağam. Belə olan halda ilk olaraq şifahi narazılığımı ifadə etdim və bununla bağlı vergi departamentinə müraciət etdim. Departament əməkdaşları bildirdilər ki, fiziki şəxs olaraq sonradan verilmiş sərəncam ləğv olunmalıdır.  Hətta, bununla bağlı RİH –nin başçısına beş ədəd məktub da yazdım. Yazdığım məktublardan dördünə cavab verildi və həmin məktublarda 197 ha torpaq sahəsinin təsisçisi olduğum “Ceyrançöl Kəndli Fermer Təsərrüfatı”na məxsus olduğu qeyd olunmuşdur. Bundan sonra Kənd Təsərrüfatı nazirliyinə də müraciət etdim. Adı çəkilən əməkdaşları bu yöndə atılan addımları qanunsuz addım hesab etdilər və “Səninlə bağlı verilmiş sərəncam qeyri-qanuni sənəddir, ilkin sənədlər düzgün sənəddir” dedilər. Kadastr idarəsi də verilmiş sərəncamı qeyri-qanuni hesab etdi. Bütün bunlardan sonra Tovuz RİH-nin başçısı Məmməd Məmmədovun qəbulunda oldum və  25 aprel 2014-cü il tarixdə Tovuz RİH-nin başçısı tərəfindən verilmiş sərəncamla bağlı narazılığımı ifadə etdim. O halda o, “biz vermişik, sən də məhkəməyə müraciət et və düzəliş etdir” dedi. İcra başçısının belə bir cavabından sonra Gəncə İnzibati Məhkəməsinə müraciət etdim və məhkəmə ilkin sənədlərimi əsas tutub, icra hakimiyyətinin verdiyi sərəncamı ləğv etdi. Təqribən üç aydan sonra xəbərdar oldum ki, RİH mənimlə bağlı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verib. İlk prosesdə icra hakimiyyətindən kimsə iştirak etməsə də, növbəti məhkəmə prosesində hakim RİH-nin rəsmisinə bildirdi ki, “Rəşid Məmmədovla bağlı sonradan verilmiş sərəncam düzgün verilməyib”. Beləliklə, Apelyasiya Məhkəməsi Gəncə İnzibati Məhkəməsinin  qərarını qüvvədə saxladı. Yəni, bu məhkəmə instansiyası Gəncə İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2-1(114)-1757/2020 saylı qərarından apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə cavabdeh Tovuz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş ərizə təmin edilməməsi, həmçinin Gəncə İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2-1(114)-1757/2020 saylı qərarından cavabdeh Tovuz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmaması, verilmiş şikayətin təmin edilməsindən imtina olunması barədə qərar qəbul etdi.
apel2

   Bu cür olayların baş verdiyi vaxtlardan bir qədər sonra icra başçı beş dəfə məni yanına çağırıb “Bu torpağı mənə sat” dedi. Cavabımda bildirdim ki, satıram, o halda təsərrüfatımın içindəki əmlakın dəyərini ödə. Mənim bu cür tələbimin qarşılığında o, heç cür razı olmadı və belə bir səbəbdən də, aramızda narazılıq əmələ gəldi. Bu gün o, hər vəhclə çalışır ki,  mən sənədlərimi qaydaya sala bilməyim. İcra başçısı daşınmaz əmlaka məktub yazır, bu nəyə lazım? Sual oluna bilər ki, mən bu qədər əmlakı icra başçısına bağışlamalıyam?. Qeyd edim ki, Məmməd Məmmədov Tovuzda kənd sakinlərinə məxsus torpaq sahələrini  müxtəlif yollarla ələ keçirib. Bu şəxs Gəncə İnzibati Məhkəməsinin qərarını Apellyasiya Məhkəməsi qüvvədə saxladıqdan sonra, mənə verilmiş Dövlət aktlarının ləğv olunması ilə bağlı müxtəlif dövlət orqanlarına məktublar göndərir. Hətta o, Gədəbəy RİH-nə də belə bir məzmunda məktub göndərir. Daha o, dərk etmir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 mart 2006-cı il tarixli 60 nömrəli qərarı əsasında mübahisələndirilən ərazi Gədəbəy rayonundan alınaraq Tovuz rayonunun ərazisinə daxil edilmişdir.

    Qeyd edim ki, istifadəmdə olan torpaq sahəsinin içindəki tikililərə dair daşınmaz əmlakdan texniki pasport almışam. Hazırda istifadəmdə olan ərazilər vaxtilə yarasız və ilanmələşən yerlər idi ki, illər keçdikcə halal zəhmətimlə bu təsərrüfatı ərsəyə gətirə bildim. Mən vaxtilə bu torpaqları müdafiə edəndə Məmməd Məmmədov qaçıb gizlənmişdi. Bu gün bir təsərrüfat rəhbəri olaraq dövlətin yardımlarından mən də yararlanmaq istəyirəm. Bəli, möhtərəm Prezidentimiz buna lazımi şərait yaradıb, hazırda dövlətimiz tərəfindən əkin sahələrinə görə gübrə, pul verirlər. Buna baxmayaraq, Tovuz RİH-nin başçısının yaratdığı problemlər səbəbindən lazımi dərmanları ala bilmirəm. 1994-cü ildən təsərrüfat yaratsam da, bugünkü subdsiyalardan yararlanmıram. Buna da əsas səbəb, Tovuz RİH-nin Daşınmaz Əmlaka məktub verməməsidir. Yəni, icra hakimiyyətindən yazılmalıdır ki,  “Həqiqətən Rəşid Məmmədovun lazımi sənədləri var və ona görə də sənədləri göndərin”. Bildirim ki, icra başçısı dəfələrlə heç bir əsas olmadan təsərrüfatımı yoxlamağa nümayəndə göndərib, son anda da nəyəsə nail ola bilməyib. Günlərin birində gördüm ki, istifadəmdə olan torpaq sahəsində üç ədəd traktor var və traktorların sürücülərinə “Sizi bura kim göndərib?” deyə sual etdikdə, həmin şəxslər cavabında “Biz bur əkin əkmək üçün gəlmişik və bizi bura “PAŞA HOLDİNQ” şirkəti göndərib” deyə cavab verdilər. Düzdür, həmin traktorlar axşam qalsalar da, səhəri gün heç bir əkin əkmədən çıxıb getdilər. Apardığım araşdırmalardan sonra bəlli oldu ki, sən demə hər üç traktor icra başçısı tərəfindən göndərilib. Düşündürücü haldır ki, icra başçısı Apelyasiya Məhkəməsinin qərarından narazı olduğu üçün, bu gün o, məndən hansısa formada qisas almağa çalışır. Heç cür başa düşmək olmur ki, bu şəxs narazı qaldığı üçün Ali Məhkəməyə müraciət etmir?”

Baş verənləri təhlil edib bu gün belə bir qənaətə gəlmək olar ki, Tovuz RİH-nin başçısı nəinki sadə vətəndaşlara, hətta bəzi sahibkarlara da qənim kəsilib. Dolaşan söz-söhbətlərə görə, vaxtilə “Zəhər Məmməd” ləqəbi ilə tanınan icra başçısı, bu gün “Kartof Məmməd” ləqəbi ilə tanınmaqdadır. Buna da əsas səbəb, adı çəkilən bu şəxsin sadə kənd sakinlərinə məxsus pay torpaqlarını müxtəlif yollarla ələ keçirməsi və həmin sahələrdə kartof əkdirib-becərməsidir. Bəli, bu gün Tovuzun göz oxşayan düzənlik ərazilərindəki kartof sahələrinin çoxu Məmməd Məmmədova məxsusdur. Yəqin ki, bir müddətdən sonra o, “Biznesmen Məmməd” ləqəbi ilə tanınacaq. Odur ki, həm gözləyək, həm də izləyək.

Mövzuya qayıdacağıq.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər