Moldovadakı səfirimiz Qüdsi Osmanov paytaxt meri İon Çeban ilə görüşüb

WhatsApp Image 2021 06 18 at 11.31.59Dünən ölkəmizin Moldova Respublikasındakı səfiri Qüdsi Osmanovla, paytaxt Kişineu şəhərinin meri İon Çeban Səfirlikdə görüşüb. Səfirlikdən araz.az-a daxil olan məlumata görə, İon Çeban öncə səfirliyin təmir-tikinti işləri yekunlaşmış yeni kompleksi ilə tanış olub. Mer, kompleksin bir hissəsi olan kiçik bağçada Ulu Öndər Heydər Əliyevin büstünün ucaldılmasının, burada Azərbaycan guşəsinin yaradılmasının və ölkəmizin dahi şəxsiyyətlərinə həsr edilən barelyeflərin quraşdırılmasının Kişineu şəhərinin gözəlliyinə töhfə verdiyini xüsusi vurğulayıb.WhatsApp Image 2021 06 18 at 11.31.59 1

O, bu kompleksin Kişineu şəhərinin memarlıq incisinə çevrildiyini və paytaxt sakinlərinin heyranlıqla izlədiyini də bildirib. Daha sonra, paytaxt meri Ulu Öndərin müasir Azərbaycan Respublikasının qurulmasında müstəsna xidmətlərindən bəhs edərək, Səfirliyin qarşısında ucaldılmış Ümummilli Liderin büstü önünə gül dəstəsi qoyub.WhatsApp Image 2021 06 18 at 11.31.58
Görüşdə İon Çeban Azərbaycan-- Moldova münasibətlərinin genişləndirilməsi çərçivəsində, hər iki ölkənin paytaxtları arasında əməkdaşlıq müqaviləsinin imzalanması təşəbbüsünün olduğunu da bildirib. Azərbaycanın paytaxtında bir neçə dəfə olduğunu qeyd edən Kişineu meri, müasir binalarla, eləcə də tarixi tikililərlə zəngin Bakının gözəlliyindən təsirləndiyini, onun siyasi, iqtisadi, mədəni və idman tədbirlərinin mərkəzinə çevrildiyini dilə gətirib. İki paytaxt şəhəri arasında təmasların dərinləşməsi məqsədilə, İon Çeban Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib.
Görüşdə, həmçinin İon Çeban tərəfindən azərbaycanlı həmkarının bu ilin 13 -- 17 oktyabr tarixində Kişineu şəhərində keçiriləcək iqtisadi foruma, Şəhər Gününə və şərab festivalına dəvəti də müzakirə edilib.WhatsApp Image 2021 06 18 at 11.32.00

Mer Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun rəhbərliyi ilə, iş adamlarından ibarət nümayəndə heyətinin bu tədbirlərə dəvət edilməsində maraqlı olduğunu dilə gətirib, rəsmi dəvət məktublarının yaxın vaxtlarda, səfirliyimiz vasitəsi ilə, ünvanlarına çatdırılmasını xahiş edib.WhatsApp Image 2021 06 18 at 11.32.00 1
Bunlardan əlavə, bu görüşdə iyul ayında Moldovadakı Səfirliyimizin qarşısındakı bağçada dahi Azərbaycan şairi Nizami Gəncəvinin barelyefinin təntənəli açılışının keçirilməsi ilə bağlı razılığa gəlinib, qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.WhatsApp Image 2021 06 18 at 11.31.58 1

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər