Peşə Bayramınız Mübarək, Dəyərli Həmkarlar! -- BAYRAM TƏBRİKİMİZ

WhatsApp Image 2021 07 22 at 00.09.35

Azərbaycanda ilk mətbu orqanın -- əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul, hər il ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur. Doğma Vətəndə ilk dövrü mətbu orqanın əsasının qoyulduğu bu tarix biz jurnalistlərin hər birimiz üçün əlamətdardır. Çünki "Əkinçi"nin 1875-ci ilin iyul ayının 22-dən, 1877-ci ilin sentyabrınadək çap olunmasına baxmayaraq, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında və inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürən "Əkinçi", az müddət ərzində həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Konkret desək, "Əkinçi"ylə doğan mətbu ənənələr indiyədək Azərbaycanda mətbuatın inkişafına ciddi təkanlar verib. Ötən illər ərzində bütün media nümayəndələri jurnalistikamızın banisi Həsən bəy Zərdabinin əsasını qoyduğu təməl ideyalara daim sadiq qalaraq, onun yolunu ləyaqətlə davam etdiriblər. Bir sözlə, 146 illik tarixi ərzində çətin və şərəfli yol keçən, ağır sınaqlarla üzləşərək, bu günə gəlib çatan milli mətbuatımız, daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. Elə, buna görə də, ölkəmizdə bu əlamətdar tarixin qeyd olunması artıq bir ənənəyə çevrilib. Hem də ona görə ki, dəyərli jurnalist həmkarlarımızın daim yüksək qiymətləndirilən və təqdir edilən ölkəmizin sosial-iqtisadi cəhətdən qüdrətlənməsi yolundakı, davamlı inkişafin təmin edilməsi sahəsindəki xidmətləri əvəzsiz olub. Bunlar isə, mətbuatın bütün nümayəndələri üçün, daim fərəhləndirici olub. Bu fərəhi bizə bəxş edən jurnalist həmkarlarımızı bu əziz bayramları -- Milli Mətbuat Günü münasibətilə səmimi qəlbdən təbrik edir, ölkəmizin hər sahədə qüdrətlənməsi yolunda, bundan sonra da, uğurlu fəaliyyət göstərmələrini arzulayır, onların hər birinə
"Qələminiz daha iti, yaradıcılığınız daha uğurlu olsun!" istəyimizi çatdırırıq!

Dərin hörmət və səmimi duyğularla,
"Araz" Qəzetlər Qrupunun və araz.az xəbər portalının əməkdaşları.

Əlaqəli xəbərlər