Sosial yardımla bağlı daha bir narazılıq: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən QƏRİBƏ İMTİNA

WhatsApp Image 2022 09 18 at 09.21.37 1Ucar rayonunun Alpout kənd sakini Samir Ağahüseyn oğlu Məmmədov tərəfindən, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin adına ünvanlanan və surəti araz.az-a da göndərilən şikayət xarakterli Müraciət, əsasən, sərlövhədə xüsusi olaraq vurğulanan qəribəlik barəsindədir. Şikayət müəllifi nazirə müraciətinin əvvəlində xüsusi olaraq qeyd edir ki, bir-neçə ildir ünvanlı sosial yardım alır: "Aldığm sonuncu ünvanlı sosial yardımın bir ili, bu ilin yanvar ayında tamam olub. Yenidən sənədlərimi dəfələrlə elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərsəm də, qəribə imtina gəlir. Sonuncu imtinada, «Başqa şəxsə aid olan telefon nömrəsinin qeyd edilməsi» kimi, qəribəlik göstərilib. Bu imtinanı da, Müraciətimə əlavə edirəm".WhatsApp Image 2022 09 20 at 19.56.35
      Samir Məmmədov sonra bildirir ki, VEMTAS-a göndərdiyi Müraciətdə iki telefon nömrəsi qeyd edib. Nömrənin biri 055 635 05 80, digəri isə, 051 337 61 51-dir. Bu nömrələrin sistemdə ailəsinin adına qeyd olunması ilə bağlı, VEMTAS-ın pəncərəsini də, bu Müraciətinə əlavə edib: "Göründüyü kimi, adıma iki nömrə qeyd olunub. Bu nömrələrdən birinin -- 051 337 61 51-in ailəmin adına olmasının VEMTAS özü təsdiq edir.  VEMTAS-ın həmin pəncərəsinidə müraciətimə əlavə edirəm. Ünvanlı sosial yardım üçün etdiyim eletron Müraciətdə, qeyd edilmiş ikinci 055 635 05 80  nömrəsininin adıma olması ilə bağlı, Bakcell-in verdiyi elektron arayışı da, bu Müraciətimə əlavə edirəm. Həmin arayışdan da görünür ki, bu nömrə, şəxsən mənim öz adımadır".WhatsApp Image 2022 09 20 at 19.56.50
      Müraciətinin sonunda, şikayətçi nazirdən xahiş və tələb edir ki, qanunla ona çatacaq yardımı almaqda ona kömək və aidiyyatı məsul şəxslərə ciddi göstəriş versin: "Cənab nazir! Təqdim etdiyim sübutlardan görünür ki, ailəmin maddi-məişət şəraitinin yoxlanılması zamanı, nazirliyin əməkdaşının verdiyi əsassız məlumatlar nəticəsində, mənə verilmiş bu imtina qanunsuzdur. Bu imtinalardan bezib, axırı, mətbuat vasitəsi ilə, mən, Sizə müraciət etməyə məcbur olub, ünvanlı sosial yardım üçün, etdiyim müraciətlərə verilmiş  imtinaların əsassız və qanunsuz olmaları ilə bağlı subutları Sizə təqdim etmək istəyirəm. Ona görə də, Sizdən xahiş edirəm ki, ya şəxsən özünüz, ya da müavinlərinizdən biri məni qəbul edəsiniz!".

Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər