Moldova mətbuatında Ermənistan yenidən tənqid olunub

 1663753060624Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyinin Mətbuat Xidmətindən araz.az-a daxil olan məlumatda bildirilir ki, bu ölkənin mətbuatında, Ermənistanın son təxribatları nəticəsində, Bakının regiondakı nüfuzunun ikiqat artması ilə bağlı, rumın və rus dillərində analitik məqalə dərc edilib.1663753060607
          Məlumata görə, Moldovanın “Politik” və “Tribuna” xəbər portallarında yayımlanmış bu məqalədə, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi mötəbər bir beynəlxalq qurumun Sammitinə dəvət olunması, birbaşa, ölkəmizin dünya miqyasında nüfuzunun göstəricisi olduğu qeyd edilib. Eyni zamanda, məqalədə Ermənistanın dialoq tərəfdaşı qismində ŞƏT-ə önəm vermədiyi, təcavüzkarın ölkəmizə qarşı sərhəddə son təxribatından dərhal sonra, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin, məhz, Sammit ərəfəsində Ermənistana gəlişinin təşkilata üzv ölkələri tərəfindən birmənalı qarşılanmayacağı vurğulanıb. Bundan əlavə, sentyabrın 19-unda Moldovanın “Noi” xəbər1663753060616 portalında BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində, ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə, Azərbaycan Respublikası xarici İşlər naziri Ceyhun Bayramovla, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilmiş görüşə dair məlumat yer alıb.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər