Azərbaycan dövlət başçısının Laçın səfəri MOLDOVA MƏTBUATINDA

IMG 20220923 011810 156Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sentyabrın 21-də Laçın rayonuna səfəri və səfər zamanı çıxışı ilə bağlı, Moldovanın media vasitələrində rumın və rus dillərində geniş məlumatlar yayımlanıb.

Bu barədə, Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyinin Mətbuat Xidmətindən araz.az-a daxil olan məlumatda bildirilir ki, bu ölkənin tanınmış “Noi”, “Realitatea”, “Tribuna”, “Rupor” və “Dosar” portallarının dərc etdikləri xəbərlərdə, 44 günlük Vətən Müharibəsindəki möhtəşəm qələbəmizdən sonra, Ermənistanla Sülh Müqaviləsi imzalamaq üçün, ölkəmiz tərəfindən təklif olunan 5 əsas prinsip xüsusi vurğulanıb. Xüsusi olaraq o da vurğulanıb ki, düşmən ölkə tərəfindən, təklif olunan bu şərtlərə, hələ də, tam əməl olunmayıb. Habelə 2020-ci ilin noyabr ayının 10-da imzaladığı Kapitulyasiya Aktına əsasən, Ermənistanın işğalçı silahlı qüvvələrini Qarabağdan tam çıxarması vacib olduğu təqdirdə, hələ də, onun tərəfindən bu əsas şərtə tam əməl edilməyib. IMG 20220923 011634 348
         Eyni zamanda, Moldova mətbuatında  verilən məlumatlarda o da vurğulanıb ki, Azərbaycan hərbçilərinin Ermənistan ərazisinə girməsinə dair erməni ittihamı da tamamilə əsassızdır. Həmin yazılarda buna əsas sübut kimi, Prezident İlham Əliyevin Laçındakı nitqinə aşağıdakı istinad göstərilir: “Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən, XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir ki, kim hansı torpaqda yerləşibdir. Ona görə, delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz”.
         Bütün bunlardan əlavə, Azərbaycan tərəfinin heç vaxt müharibə istəməməsi məqsədi də, habelə buna görə, halal torpaqlarının işğal altında qaldığı 30 ilə yaxın müddət ərzində, həmişə danışıqlar aparmağa üstünlük verməsi, müharibədən sonra isə, Ermənistanla Sülh Müqaviləsi imzalamağa hazır olması istəyi də, əsas kimi, Moldova mətbuatında gedən həmin yazılarda xüsusi yer alıb.
         Moldovanın kütləvi informasiya vasitələrində dərc olunan bu mövzulu  yazılarla daha ətraflı tanış olmaq istəyində olan dəyərli oxucularımızın diqqətinə, həmin yazıların aşağıdakı linklərini də çatdırırıq:

 
1. https://noi.md/ru/raznoe/aliev-armeniya-ne-vypolnyaet-usloviya-dlya-podpisaniya-mirnogo-dogovora
2. https://realitatea.md/acesta-este-pamantul-nostru-presedintele-azer-ilham-aliyev-despre-luptele-cu-armenia/
3. https://rupor.md/eto-nasha-zemlya-prezident-azerbajdzhana-vyskazalsya-o-boevyh-stolknoveniyah-s-armeniej/
4. https://tribuna.md/ru/2022/09/22/ilham-aliyev-am-propus-cinci-principii-pentru-semnarea-unui-tratat-de-pace-cu-armenia/
5. https://tribuna.md/2022/09/22/ilham-aliyev-am-propus-cinci-principii-pentru-semnarea-unui-tratat-de-pace-cu-armenia/
6. https://dosarmedia.md/in-cuvinte-au-acceptat-dar-in-practica-nu-vedem-acest-lucrui-llham-aliyev-spune-ca-armenia-impiedica-punerea-in-functiune-a-coridorului-zangezur/

IMG 20220923 011602 592

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər