Ekranlarda yeni serial - “Barama”

IMG-20170808-WA0078.jpg

Serial az müddətdə böyük reytinq qazanıb

Serial barədə bizi aktyor, eyni zamanda serialın quruluşçu rejisoru Vüsal Hacıqədir məlumatlandırdı:
““Barama” serialı kriminal drama janrında çəkilmiş serialdır. Hadisələr iki ailənin biri-birinə olan ədavətindən bəhs edir. Aralarında köklü düşmən münasibətləri olmasına baxmayaraq bu ailələrdə böyüyən iki gənc – Ruzigar və Günəş biri-birlərini sevirlər.

IMG-20170808-WA0076.jpgSerialın direktoru Ramin Asimoğlu, ideya müəllifi Akşin Fatehdir. Ssenari müəllifləri Tural Baxış, Reyhan İsayeva, həmçinin , Akşin Fatehdir. Akşin bəy serialda digər funksiyaları da yerinə yetirir. O, eyni zamanda serialın prodüsseridir və serialda aktyor kimi də yer almışdır. Digər prodüsserlər Vüqar Axundov, Samir Vəliyevdir. Rejissor Asif Rəhimov , rejissor assistentləri Rasəf Mehdiyev, Anastasiya Kononova, Anar Kərimli, montaj rejissoru Vuqar Əliyevdir. Quruluşçu operator öz işinin peşəkarı olan Şahmar Səfəroğludur. Onu da qeyd edim ki, Şahmar Səfəroğlu çox istedadlı, şəxsən mənim üçün 1 nömrəli operatordur. Bəstəkarlar isə Rəşad Həmidov, Cavid Cavadoğludur.
Mən serialda aldığım roldan başqa, quruluşçu rejissor funksiyasını da yerinə yetirirəm. Və, çox sevinirəm ki, ətrafımda peşəkarlardan ibarət bir komanda var. Serialda peşəkar aktyor heyəti - xalq artistləri Nurəddin Mehdixanlı, Həmidə Ömərova, istedadlı aktyor İlqar Cahangir, aktyorlar Tural Baxış, Namiq Ağayev, Rasəf Mehdiyev, Vüqar Axundov, Asya Atakişiyeva, Yaroslav Trifonov, Vüsalə Ağayeva, Vasif Əzimov və digərləri çəkilmişlər.
Serial maraqlı hadisələrlə zəngindir, gözlənilmədən baş verən olaylar serialı bir nəfəsə izləmək həvəsi yaradır. Hər bir auditoriya üçün nəzərdə tutulmuşdur, 35 bölümdən ibarət olacaq. ATV kanalında, cümə günləri saat 19:15 – də yayımlanır. Çəkilişlər hələ də davam edir. Ağır, çətin , mürəkkəb çəkilişlərə baxmayaraq aktyorlar ruh yüksəkliyi ilə çalışırlar. Baxmayaraq ki, yeni mövsüm təzə başlayıb, serial izləyici sayına görə böyük reytinq qazanıb. Çox danışmaq istəmirəm. Mən bütün komandamızın qarşısında baş əyirəm”.

IMG-20170808-WA0069.jpg

Nüşabə Əhmədova,

Araz.az

Əlaqəli xəbərlər