Türkiyəli “Halk” düzgün park edilməmiş avtomobilin yerini dəyişdi – VİDEO

Clipboard03.jpg

Talk ləqəbli türkiyəli pəhləvan Hakan Akar düzgün park edilməmiş avtomobili itələyərək yerini dəyişib.

Oxu.Az-ın Daily Mail nəşrinə istinadən məlumatına görə, bir ay əvvəl Hakanın xalası avtomobilini qonşu məhəllədə saxlayıb. Onun acığına qonşulardan biri öz avtomobili ilə nəqliyyat vasitəsinin qarşısını kəsib. Qadın bacısı oğlundan kömək istəyib. Qonşularla razılığa gələ bilməyən Hakan özü avtomobili itələyərək geri çəkib.

“Mən həmin oğlana dedim: “Ya sən özün avtomobili çəkirsən, ya da bunu mən edəcəm”, - Hakan hadisə barəsində danışarkən deyib. O, polis çağıracağı ilə hədələdi, lakin mən haqlı olduğumu bilirdim.

Nəticədə Hakan qonşunun Opel Corsa avtomobilini əlləri ilə tələyərək yerini dəyişib.

Opelin sahibi Akarı avtomobili zədələməkdə günahlandıraraq onu məhkəməyə verib.

 

Əlaqəli xəbərlər