Tarix dəyişəcək? Ən qədim skeletdən 5 milyon il əvvələ məxsus insan dişi tapıldı

1508669080_dis.jpg

Almaniyada ötən il aparılan, lakin ictimaiyyətə yeni verilən məlumata əsasən, ən qədim insan skeletindən 4-5 milyon il daha qədim insan dişləri tapılıb. Xarici xəbər mənbələri yazır ki, Almaniyada Reyn çayı ərazisində tapılan dişlərin 9,7 milyon il əvvələ aid olduğu təxmin edilir. Maynz Təbii Tarix Muzeyinin tədqiqatçıları "Eppelsheim" qəsəbəsi yaxınlığında tapılan dişlərin cinsiyyəti bilinməyən və çox yaxşı qorunmuş cəsədə aid olduğunu deyir. Dişlərin Efiopiyada tapılmış və ən qədim insan skeleti hesab edilən "Lucy"dən daha qədim olması məsələsi növbəti həftə öz təsdiqini tapa bilər. Araşdırma ilə bağlı nəticələr yaxın günlərdə yayımlanacaq.
Məsələ ilə bağlı danışan Maynz bələdiyyə sədri bildirib ki, məsələni şişirtmək istəmirəm, lakin bu gündən etibarən insan tarixini yenidən yazmalıyıq.

Əlaqəli xəbərlər