“WhatsApp”da daha bir yeni funksiya yaradılır

whatsapp e1622743825845

“WhatsApp” messencerinin “Android” mobil telefon smartfonları istehsalçıları istifadəçilərin yalnız bir dəfə görə biləcəyi multimedia sənədlərini göndərməyə imkan verən yeni funksiyanı işə salacaq.

araz.az xəbər verir ki, multimedia sənədləri yalnız bir görüntüdən sonra yox olacaq.

Yeni funksiya “Android”in beta-versiyası proqramında yaradılıb. Messencer istifadəçiləri xəbərləri “Bir dəfə baxmaq” rejimində göndərə biləcəklər. Xəbər və ya mesajlar birinci baxışdan dərhal sonra yox olacaq. Mütəxəssislər dəqiqləşdiriblər ki, bu funksiya daha sonra iOS istifadəçiləri üçün əlçatan olacaq.

Yeni seçim mesajı göndərənin həmsöhbətinin xəbərə baxdığını görməsinə imkan verəcək – bu barədə xüsusi bildiriş gələcək. Bununla birlikdə, funksiyanın bir çatışmazlığı da var: xəbəri alan onu göndərənin bu barədə bilmədən şəklin və ya videonun ekran görüntüsünü çəkə bilər.  

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər