Bu kəndə köçənlərə 70 min dollar veriləcək - MARAQLI...

154436.jpeg

İsveçrədə əhalisi azalan Albinen kəndinə köçən ailələrə 70 min dollar veriləcək.

Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, ailələr bu pulu ala bilmələri üçün 3 şərti qəbul etməlidirlər. Onlar bu kənddən ev almalı, burada10 il yaşamağı qəbul etməli və ailə üzvlərinin sayı 4 nəfər olmalıdır.

Kənd sakinləri kənardan gələnlərə 70 min dollar verilməsi təklifini qanuniləşdirmək üçün noyabrın 30-da referendum keçirəcəklər.

240 ev olan kəndin əhalisi sürətlə azalır. Kənddəki bəzi məktəblər şagird sayı az olduğundan bağlanıb. Kəndin gələcəyini düşünən bələdiyyə referendum keçirməyə qərar verib. Bu kənddə yaşamağa qərar verən ailənin başçısının yaşı 45-dən aşağı olmalı və burada dəyəri 200 min dollara yaxın ev almalıdır.

Əlaqəli xəbərlər