Dünyada belə ikinci bir yer yoxdur – Bu qəsəbənin binaları almaz daşlarla tikilib

99191842_b896cb24-7691-42f4-b6d3-1300f33a8391.jpg

Almaniyanın Nördlingen qəsəbəsini quran insanlar bir vulkan kraterinə yerləşdiklərini hesab edirdi. Ancaq bura meteorit düşməsi  ilə əmələ gələn almaz yatağı imiş.

“Qəsəbədəki kilsə nərdivanlarını çıxarkən aşınmış pillələrin parıldadığını görürdüm. Çünki kilsə qülləsi Suevit daşından tikilmişdi və bu daşlar balaca almazlarla dolu idi. Yaxşı ki, bunlar çox balacadır.Yoxsa qüllə çoxdan uçub-dağılmışdı”,- kilsənin gözətçisi belə deyir.

Qəsəbənin adına ilk dəfə 9-cu əsrə aid mənbələrdə rast gəlinir. Qəsəbəni quranlar istifadə etdikləri daşların kiçik almazlarla dolu olduğunu bilməyiblər. Bu qədər almaz dünyada başqa heç bir yerdə yoxdur. Bunun səbəbi 15 milyon il əvvəl buraya bir meteroit düşməsidir. 1 kilometr radiusunda olan meteorit saniyədə 25 kilometr sürətlə gələrək yerə elə çırpılıb ki, 26 kilometr diametrlik bir çökəklik açmaqla yanaşı, yüksək istilik və təzyiq nəticəsində qayalıqlardakı karbon şarlarını almaza çevirib.

http://cahanpress.com/wp-content/uploads/2017/12/99191845_bc86f2f0-9052-4c65-8291-43078ab09a94.jpg 624w" sizes="(max-width: 300px) 100vw, 300px">“Suevit” adı verilən bu qayalarda almaz olduğu bilinmədiyi üçün binaların tikintisində həmin daşlardan istifadə olunub. Beləcə Nördlingen dünyada almaz daşlarla inşa edilmiş bir qəsəbə kimi tarixə düşüb.

 Sakinlər qəsəbənin salındığı kraterin necə əmələ gəldiyini yaxın zamanlara qədər bilmirdi. 1960-cı illərdə Amerika geoloqlarının buraya gəlişinədək qəsəbənin sönmüş bir vulkan kraterində salındığını bilirdilər.

Geoloqlar kraterin meteorit düşməsi nəticəsində əmələ gəldiyini sübuta yetiriblər.

Qəsəbədəki binalarda təqribən 72 min ton almaz olduğu ehtimal edilir.(BBC)

Əlaqəli xəbərlər