Marsda buz təbəqələri aşkarlandı

planet-mars1.jpg

NASA "Mars Reconnaissance Orbiter" kosmik gəmisindən istifadə edərək Mars üzərində buz təbəqələri aşkar edib.
 
Araz.az-ın xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Qurumu buz təbəqələrinin Marsa yerləşəcək insanlar üçün vacib su qaynağı ola biləcəyini açıqlayıb. Araşdırma rəhbəri Kolin Dandas "Bir müddətdir Marsın səthində buz olduğunu bilirdik, lakin bunun insan üçün həyat imkanı təmin edib-etməyəcəyi mübahisəli mövzu idi" açıqlamasını verib.
 
Tədqiqat üzvləri bildirir ki, buz təbəqələri eroziya nəticəsində yaranıb və 8 ayrı yerdə ola bilər. Aşkar olunan fakt yaxın dövrlərdə Marsda qar təbəqəsinin yerləşdiyini göstərir. Buz təbəqələri gələcəkdəki tədqiqatlar üçün də faydalı olacaq.
 
**********

Ayda inanılmaz kəşf: Yadplanetli şəhəri tapıldı – VİDEO

Məşhur Streetcap1 Yutub kanalının yaradıcısı, tanınmış ufoloq-konspiroloq Corc Qrehem Yerin təbii peykindən çəkilmiş fotolarda yeni anomaliyanı üzə çıxarıb.

Bu dəfə o, Ayda yadplanetlilərin şəhərciyini tapdığını elan edib. Bu qeyri-adi şəkilləri Çinin planetlərarası “Çanye-3” stansiyası çəkib.

Mütəxəssis şəkillərə müdaxilə etmədiyini bildirib:

“Şəkillərə, diqqətimi çəkmiş fraqmenti böyütməkdən başqa hər hansı müdaxilə etməmişəm. Şəkillərin parlaqlığı, kontrastı və rəngi ilkin formasında olduğu kimi qalıb. Gördüyünüz kimi, Ay üfüqündə gümbəzli evlərə bənzəyən rəngbərəng obyektlər yerləşir. Maraqlıdır ki, sağdakı üç obyekt arasındakı məsafə tamamilə eynidir. Təbiətdə belə dəqiqliklə təsadüfən qaşılaşmaq mümkündür. Bununla belə əgər mən şəkilləri parlaqlaşdırıb onları neqativə çevirsəm, yaxud qammanı böyütsəm, demək olar ki, heç nə dəyişməyəcək. Obyektlər Ayın səthinə yapışdılmış kimi görünəcək. Mən bəlkə hər şeyimi verərdim ki, indi o obyektlərin içini görə bilim”.

Ayda şəhərciyin tapılması fikri FTB-nin sabiq əməkdaşı Con Lerin Ayın yadplanetlilər tərəfindən süni şəkildə yaradılmış baza olması və orada 250 milyon gəlmənin yaşaması fikri ilə ziddiyyət təşkil etmir. 

*******

Başqa planetlərdən Yerə gələn bu varlıqlara aid məlumatlar niyə gizlədilir? - MARAQLI

Paralel aləmdə yaşadıqları deyilən, başqa planet varlıqları –ananukilər barəsində qısa bilgiləndirici faktı təqdim edir:

Yadplanetlilərin Yer kürəsinə gəlib-getmələri Yerdəki sivilizasiyanın başlanğıc tarixindən də əvvəllərə gedib çıxır. İndiki bəşəriyyətdən əvvəlki sivilizasiyaların nişanələrinin qalması bunu sübut edir. Misirdə, Meksikada, Çində, Hindistanda və başqa qədim tarixi məkanlarda daha qədim sivilizasiyaların nişanələri var. Misirdəki Ehramlar kainatdan gəlmiş anunakilər (fəzadan gəlmiş yadplanetlilərin) tərəfindən inşa edildiyi barədə məlumatlar var. Bu ehramlar Yer kürəsinin çox yerində var və vaxtı ilə onlar enerji mübadiləsi üçün nəzərdə tutulub (antenalar). Anunakilərin min illər öncə Mesopatomiyada yüz min illərlə yaşaması, qızıl mədənlərində qızılı emal edib öz planetlərinin atmosferinə səpmələri, gen mühəndislərinin yaratdığı möcüzələr sübut edir ki, əvvəllər Yerdə inkişaf etmiş sivilizasiyalar olub. 

Yadplanetlilərin indi də Yer kürəsinin müxtəlif nöqtələrinə gəlib-getməsi, dağların, okeanların, dənizlərin altında məskunlaşması haqqında olan məlumatlar var. Bəzi mənbələrdə hətta anunakilərin min illər öncə Yer kürəsini suya qərq edib getmələri barədə məlumatlar yer alıb. Nuhun gəmisi əfsanəsin da buradan yarandığı deyilir, ancaq Yer kürəsində olan ufoloji sirlərin böyük əksəriyyəti hələ bu sahə ilə məşğul olan alimlər və elmi tədqiqat institutları, ufoloqlar tərəfindən tam açılmayıb və açılan sirlər varsa da onlar açıqlanmayıb. Bir məsələni də qeyd etmək istərdik ki, bəşəriyyətin təfəkkürü hələ bu məsələlərə hazır deyil və texnogen inkişafın, radikal dini təsirlərin də kosmik təfəkkürün formalaşmasına mənfi təsiri az deyil. Ancaq göyə baxmaq, onun sirləri haqqında düşünmək, araşdırmaq məncə, insanın kainatda tək olmadığı qənaətinə gəlmək pis deyil. 

Əlaqəli xəbərlər