Jurnalistlər ayağa qalxdı: 2 yaşlı uşağın gözləri adamın içini ağrıdır

2017-09-26-23-37-00hin.jpg

Hindistanda yoxsul bir ailənin 2 yaşlı uşağı, kasıblıq üzündən müalicə ala bilmir. Jurnalistlər, göz xərçəngi olduğu təxmin edilən uşaq üçün yardım kampaniyasına başlayıb.

Milliyyət xəbər verir ki, Hindistanda 2 yaşlı Jailian Kaipengin gözləri, görənlərin içini ağrıdır. Tədricən kor olan uşağın göz xərçəngi olduğu təxmin edilsə də, işsiz atası kasıblıq üzündən həkimə apara bilmir.

İş tapa bildiyi dövrlərdə gündə yalnız 8 türk lirəsi qazanan ata, "Dünyanın ən gərəksiz atasıyam, oğuluma kömək edə bilmirəm” deyir.

Bölgədəki jurnalistlər, ağrısı dayanmayan kiçik uşaq üçün yardım kampaniyasına başlayıb. Bu təşəbbüslə lazım olan pul toplanıb, uşağın diaqnozu və müalicəsinin tamamlanması gözlənilir. (www.sherg.az)

 

Əlaqəli xəbərlər