Meksikada yenə UNO-lar görünüb: bu dəfə daha iri və üçbucaq şəkilli - VİDEO

UNO-1.jpg

Bölgəni yenə fəlakətmi gözləyir?
Ufoloqlar yenə narahat proqnozlar verir. Onlar yenə eyni qənaətdədirlər ki, Yer kürəsinin harasında fəlakət baş verəcəksə, UNO-lar həmin ərazilərdə dolaşırlar.
Son zamanlar Amerika kontingentində baş verən kataklizmalar UNO-ları maqnit kimi özünə cəlb edir.
Meksikada zəlzələsindən qabaq həmin ərazilərdə çox saylı UNO-lar görünüb.


Bu günlərdə yenə eyni mənzərə diqqət çəkib. Bu dəfə daha böyük və üçbucaq şəkilli UNO-lar Meksikanın üzərində dolanıblar.Ufoloqlar onların bu aramsız marağını təsadüf saymır.
Elə seysmoloqlar da qorxunc təbiət hadisəsinin yenidən daha ağır formada təkrarlana biləcəyindən ehtiyatlanırlar. Məsələn, vulkanik qazların yer səthini dağıdacaq həddə çatması bu faktlardan biri kimi diqqətə çəkilir.
UNO-ların bu məkana “can atması”nın bəlkə də gerçəkdən birbaşa qorxunc təbiət hadisəsi ilə bağlılığı var. Elə Amerkadakı digər kataklizmaların da.
İnternet istifadəçilərinin əksəriyyəti də bu qənaətə şərik çıxırlar. Çünki onların çəkdiyi videomateriallardakı “uçan boşqablar” sanki bilərəkdən səmaya atılıblar ki, insanları təşvişə salsınlar.
Konspiroloqlar iddia edir ki, həmin kontingentdə əhali sayını azaltmağı qarşısına məqsəd qoyanlar belə hadisələri bilərəkdən törədirlər.
Bunu niyə, hansı səbəbdən edirlər, heç kim bilmir.
Amma bəlkə də bunlar sadəcə “feyk”dir. Yaxud da televiziyaçıların rportajın reytinqini artıqmaq üçün yüksək səviyyədə hazırladıqları montajın nəticəsidir. Bu da istisna deyil.
Amma gerçəkdən yadplanetlilərdirsə?

Hurriyyet.org

Əlaqəli xəbərlər