“Ölümcül istilər” olacaq

600@0-2-300x169.jpg

33 ildən sonra olduqca qızmar hava adi hal alacaq

Ölümcül istilər gündəlik həyatın bir hissəsi olacaq. İstiPress-in məlumatına görə, mütəxəssislər 40 dərəcədən keçən istilərin 2050-ci ildən etibarən Avropanın cənubunda normal sayılacağı barədə xəbərdarlıq ediblər.

Şiddətli təbii fəlakətlər ilə qlobal isinmə arasındakı əlaqəni araşdıran “World Weather Attribution” (WWA) “şeytan istiləri” adlandırdıqları qızmar hava dalğasının bir əsr əvvəllə müqayisədə 4 dəfə daha çox müşahidə edildiyini açıqlayıblar.

Hollandiya Kral Meteorologiya İnstitutunun mütəxəssisləri Geert Jan van Oldenborqun sözlərinə görə, 1900-cü illərdəki yayın eynisini artıq çox nadir hallarda müşahidə etmək olur. “Bu yayki istiləri Avropada artıq daha tez-tez görəcəyik. Havanın olduqca qızmar keçmə ehtimalı 1/10-dur”.

Ümumiyyətlə, 1950-ci ildən bu yana havanın orta temperaturu 1-2 dərəcə artıb. Son üç ildə isə yanvar ayında normadan yüksək temperatur rekordu yenilənir. Elm adamları düşünürlər ki, kükürd qazlarının atmosferə atılma sürəti belə davam edərsə, bir neçə ildən sonra olduqca qızmar hava normal hal olacaq.

2003-cü ildə Avropada müşahidə edilən anomal istilər 35 min, Rusiyada isə 2010-cu ildə on minlərlə insanın təlafatına yol açmışdı. “Şeytan istilərinin” olduğu genlərdə ancaq İtaliyada təcili yardıma müraciətlər 15 faiz artıb.

Araz.az

 

Əlaqəli xəbərlər