"Vodafon"dan inqilab: Ayda 4G yaradılır

1519755833_luna.jpg


 Dünyanın ən böyük mobil operatorlarından olan “Vodafon” 2019-cu ildə Ayda 4G xidməti yaratmağı planlaşdırır.

Bu barədə RİA məlumat yayıb. Bildirilib ki, bunun üçün lazım olan texnoloji avadanlıqlar “PTScientists” kompaniyasına məxsus “Falkon 9” raketi ilə Aya göndəriləcək.

Sözügedən raket vasitəsilə telefon dirəkləri Ayın səthinə çatdırılacaq və yüksək keyfiyyətli videogörüntülərin ötürülməsinə xidmət edəcək.

Bundan əlavə, şəbəkə “Audi” şirkətinə məxsus iki Ay peyki ilə ALİNA kosmik gəmisi arasındakı əlaqəni və onların hərəkətini təmin edəcək. 

Sirli paltar sabunu: Onu şəkər tozuna qatın, inanmadığınız bir şey alınacaq

photo_9693.jpg


1. Əgər uzun və sıx saçlara sahib olmaq və yaxud kəpəkdən xilas olmaq istəyirsənsə, o zaman "paltar sabunu"ndan təsirli vasitə tapmaq qeyri-mümkündür. Əvvəlcə şampundan istifadə et, daha sonra isə saçlarına sabun vur. Sabunu saçlarınızdan yuyun və son olaraq, suya 1-2 çay qaşığı üzüm sirkəsi qatılmış su ilə yaxalayın. Bu üsul həm də yağlı saçları olan insanlar üçün faydalıdır.

2. Depilyasiyadan sonra dərinizdə səpkilərin əmələ gəlməməsi üçün dərhal həmin yerə "paltar sabunu" sürtün.

3. Heç olmasa həftədə 2 dəfə bu sabunla yuyunun. Bu, dərinizin cavan qalmasına yardım edəcək. Yuyunduqdan sonra üzünüzə uşaq kremi vurun. Belə yuyunmaların effekti əvəzolunmazdır.

4. Duş qəbul etməyi sevənlər üçün məsləhət. Buxarda yumşalmış cildinizi bu sabundan hazırlanmış suya kisəni batıraraq sürtsəniz, cildinizdəki məsamələrə dolmuş çirklər tamamilə təmizlənər.

5. Soyuqdəymənin ilk əlamətlərini hiss edərkən, bu sabunu çox az həddə əridib, suya qatın. Pambıqdan düzəldilmiş tampona batırıb, burun dəliklərinə yerləşdirin.

6. Bu vasitə həm də göbələk xəstəliklərinin qarşısını tamamilə alır. Zədələnmiş yeri sabuna batırılmış diş fırçası ilə yaxşı-yaxşı təmizləyin, daha sonra həmin yeri yodlayın.

7. Diş fırçanızı bu sabunla yuyun və bir qat sabun üzərində qalmaq şərtilə gecədən səhərədək saxlayın. O, bütün mikrobları məhv edəcək.

8. Şişın yatması üçün, eləcə də göyərmiş yerlərinizi bu sabundan hazırlanmış məhlul vasitəsilə sürtün. Bu prosesi gündə 2 dəfə etmək məsləhətdir.

9. İrinlənmiş yerə yatmazdan əvvəl 1:1 nisbətində rəndələnmiş soğan, paltar sabunu və şəkər tozunu qarışdırıb maz şəklinə salırsınız və sürtüb, bintləyirsiniz.

10.Dabanın çatlamış yerinə 2 litr qaynar suya 1 çay qaşığı soda və 1 xörək qaşığı sürtülmüş paltar sabununu qarışdırıb "vanna" edirsiniz.

11. Günəşdən yanan cildinizə "paltar sabunu" sürtün və qurumağını gözləyin. Bu dərinin yandığı yeri bərpa edəcək və uçuqlamasına imkan verməyəcək.

Göründüyü kimi, "paltar sabunu" kimi tanıdığınız bu vasitə min dərdə çarə ola bilir.

İDDİA: Bu illərdə doğulan insanlar ÖLMƏYƏCƏK – Şansları var…

ruh.jpg


Məşhur ingilis futuristi Lan Person 1970-ci ildən sonra doğulan əksər adamın ölməyəcəyini və sonsuza qədər yaşaya biləcəyini iddia edib.

Pearson deyir ki, insanoğlu ölümsüzlüyə qovuşacaq. O, “The Sun” qəzetinə açıqlamasında belə deyib. Bildirib ki, 2050-ci ildə genetik mühəndisliyi və robot sahəsindəki inkişaf sayəsində insanların sahib olduğu bədənə ehtiyac qalmayacaq. İnsan bədənini yeniləmək və gəncləşdirmək üçün genetik mühəndislikdən istifadə olunacaq. Futuristin qənaətincə, vücud ölsə də, insan başqa bir bədəndə yaşaya biləcək.
“Bu düşüncə hər zaman olub. Amma artıq utopiya deyil. Texnologiyanın sürətli inkişafı belə deməyə əsas verir. 2050-ci ildə başda varlılar və məşhurlar olmaqla bir çox insan ölümsüzlüyü dadacaq. Orta sinif insanlar isə təxminən 15 il gecikməklə bunu görəcəklər.”- deyə, o qeyd edib.
Lan Person onu da əlavə edib ki, 50 yaşdan az olanların ölümsüzlüyü dadmaq şansı var. 40 yaşın altındakı hər kəs isə sonsuz yaşamağa şübhəsiz nail olacaqlar.     /Metbuat.az/

Rus TV-lərində dünyanı mat qoyan azərbaycanlı – İnsanı “sms”lə də hipnoz edir – VİDEO

rus kanal.jpg


 Son günlər bütün Rusiya ondan danışır. Ölkənin birinci kanalında hər həftə efirə gedən “Ulduzlar hipnoz altında” (Звезды под гипнозом ) verilişinə gələn bütün məşhurları öz təsirinə salıb, onlara hər istədiyini etdirir. Verilişin digər aparıcı Maksim Qalkinsə onun bacarığı qarşısında heyrətini gizlətmir. Hətta bir həftə öncə Rusiyanın ən reytinqli “Veçerniy Urqant” (Вечерний Ургант) şousunun qonağı olub, insanları öz sehrinə salmağı bacardı. Həmsöhbətim əslən azərbaycanlı ekstrasens, hipnoloq-mentalist İsa Bağırovdur.

İsa aparıcısı olduğu şounun qaydalarına görə, nadir hallarda müsahibə verir. Lakin sağ olsun ki, sözümüzü yerə salmayıb, bizim üçün istisnaya razılaşdı.

Картинки по запросу ИСА БАГИРОВ ЗВЕЗДЫ ПОД ГИПНОЗОМ

– İsa, etiraf edirəm, sizin şouya baxıb, şoka düşdüm. İnsanları təsir altına salıb, hər istədiyini etdirmək bu qədərmi asandır?

– Öncə, gəlin, sizə hipnoz haqda məlumat verim. Çoxları düşünür ki, hipnoz yuxudur. Lakin belə deyil. Bu yuxu ilə gerçəklik arasında olan bir məqamdır. Həmin məqamda insan beynindəki etiraz, tənqid kimi hisslər neytral olur. Odur ki, qarşınızdakı hər istədiyinizi edə bilir. Məsələn, mən sizə bu məqamda desəm ki, sənin adın yoxdur, buna inanacaqsınız. Yaxud, çox kədərli bir filmə baxdığınıza inandırsam, şübhəsiz, oturub hıçqırıqla ağlayacaqsınız. Hipnoloq bir neçə saniyə ərzində insanı hipnoz halına çatdırmağı bacarmalıdır.

– Maraqlısı odur ki, ölkənin ən məşhur ulduzları sizin şouda iştirak etməyə can atırlar. Sonra isə öz qeyri-iradi hərəkətlərinə baxıb, əylənirlər. Bəs tamaşaçılar bu möcüzəni necə qəbul edir?

– Bilirsiniz, keçmiş Sovet ölkələrində, o cümlədən Rusiya və Azərbaycanda hipnotika elmi ciddi qəbul edilmir və daim tənqidə məruz qalır. Çünki bu ölkələr hələ ki, Avropa qədər inkişaf etməyib. Məsələn, Fransada hipnoloq həkim, müəllim kimi adi peşə sayılır. Bizdə isə vəziyyət bir az qəlizdir. Rusiyada da mənə qarşı bir neçə tamaşaçı ordusu yaranıb. Bəziləri etdiklərimə çox ciddi yanaşır, digərləri dələduzluqda ittiham edir. Lakin bu reaksiyalara tam normal yanaşıram.

– İsa, deyirlər, hipnoz terapiyadır və bir çox xəstəlikləri müalicə etmək gücünə malikdir.

– Bir sıra xəstəliklərin kökündə psixoloji sarsıntı dayanır və bu sirr deyil. Bu baxımdan təbii ki, hipnoz altında insanların psixoloji gərginliklərini, fobiyalarını aradan götürmək mümkündür. Onları narahat edən, yaşamağa mane olan blokları qırmaq üçün hipnoz əvəzsiz terapiyadır. Şəxsən mən insanları cəmi bir seansda bütün emosional və psixoloji gərginlikdən xilas edirəm. Məsələn, bəzilərinin təyyarədə uçmağa, digərlərinin adi həşəratlara qarşı fobiyası olur. Bütün bu qorxular hipnoz halında aradan qaldırılır.

– Bəs hipnoz halında unudulmuş keçmiş xatirələri xatırlamaq mümkündür? Yaxud, gizli istedadımızı üzə çıxarda bilərik?

– Hipnozda mümkün olmayan heç nə yoxdur. Bəzən 60-70 yaşlı insan körpəliyini xatırlaya bilər. Bəzən də qarşımızdakını iki il əvvələ qaytara bilərik. Hətta hipnozdan sonra rəssamlıq, yaxud hansısa alətdə ifa etmək bacarığı özünü biruzə verə bilər. Bu dəfələrlə rastlaşdığım bir şeydir.

Похожее изображение

– İsa, bioqrafiyanızı oxuyanda bir az təəccübləndim, birinci peşəniz beynəlxalq hüquqdur. Bəs bu sahələr arasında nə kimi bənzərlik var?

– Ümumiyyətlə, bəşəriyyətin özülünü nə təşkil edir? İnsanların qarşılıqlı münasibəti. İstənilən sahədə əsas faktor qarşındakı insanla ünsiyyət, onu özünə ram edib, andırmaq bacarığıdır. Bu baxımdan nəinki hüquq və psixologiya, bütün sahələr bir-biri ilə sıx əlaqədədir. Həmçinin bildiyiniz kimi mentalistəm. Mentologiya insanların fikirlərini oxumaq bacarığıdır. Bu özəlliklərə sahib olan insan istənilən sahədə uğur qazana bilər.

– Madam ki, mentalizm sahəsinə toxundunuz, gəlin bu haqda da danışaq.

– Mentalizmin tarixi qədim Yunanıstana və Romaya gedib çıxır. Tarix boy sehirbazlar, falçılar, peyğəmbərlər insanları öz qeyri-adı bacarıqları ilə heyrətləndiriblər. Lakin bu sahə XIX əsrdən etibarən incəsənətin bir növü kimi daha geniş yayılmağa başladı. Çünki bu dövrdə insan mənəviyyatı daha geniş araşdırılmağa başlandı. Mentalizm qarşınızdakı insanla şifahi ünsiyyət qurmadan onun fikrindən keçənləri oxumaq bacarığıdır. Çox vaxt insanlara nə düşündüklərini dəqiqliyi ilə deyəndə şoka düşürlər. Çünki metalistlər, belə deyək, başqa dünyanın insanlarıdır. Onlar adi insanlar üçün qaranlıq olan məqamları aydın görürlər.

– Maraqlıdır mən mentalist ola bilərəm?

– Bütün insanların şüuru eyni quruluşa malikdir. Bəzilərinin bu sahəyə doğuşdan bacarıqları olur. Öz üzərinizdə kifayət qədər çalışıb, gərəkli metodikanı mənimsəyə bilsəniz, təbii ki, mümkündür. Axı insan istəsə, hər şeyin öhdəsindən gələ bilər.

– İsa, nəzərə alsaq ki, sizinlə heç vaxt görüşməmişik, məni hipnoz edə bilərsiniz?

– Ümumiyyətlə, hipnoza qarşılıq verməyən insan yoxdur. Hər kəsi müxəlif üsullarla bu məqama çatdırmaq mümkündür. Sadəcə ola bisin ki, 10 üsulun yalnız ikisi sizin şüurunuza daha tez təsir etsin. Bir də var, çox tez ram olan insanlar. Onları nəinki telefon danışığı ilə sadə bir ismarışla da hipnoz etmək mümkündür.

– Yaxşı ki, bu mövzuya da toxunduq. Hər gün dünya sakinləri fərdi, yaxud kütləvi şəkildə müxtəlif hipnotik təsirə məruz qalırlar. Bəs siz bir mütəxəssis olaraq, bu duruma düşə bilərsinizmi?

– Həyatımızın demək olar ki, əksər anlarında hipnotik təsirə məruz qalırıq. İstər küçədə bizdən pul istəyən qaraçılar olsun, istər çox məşhur brendlərin reklamları, istərsə də marketoloqların şüurumuza təsir edən mühazirələri. Bundan qaçmaq mümkün deyil. Özü də bu yenilik deyil, qədim dövrlərdən mövcuddur. Sadəcə insan peşəkar olanda, beynindəki bəzi fazaları bloklamağı bacarır ki, qarşısındakına ram olmasın.

– Bakıda doğulub, böyümüsünüz. Həmçinin Rusiyanın məşhur ekstrasensi Qalina Bağırovanın oğlusunuz. Ananızı özünüzə ustad sayırsınız?

– 1983-cü ildə Bakıda anadan olmuşam. Öncə də qeyd etdiyimiz kimi, birinci təhsilim beynəlxaq hüquq sahəsi üzrədir. İkinci ali təhsilimi isə Bakı Slvayan Universitetində psixologiya üzrə almışam. 2000-ci ildən Rusiyada yaşayıram, əsasən İsraildə çalışıram. İnsanları qorxularından, psixoloji sarsıntıdan qurtarmaq üçün hipnoz terapiyaları keçirirəm. Bu günədək bir çox televiziya şoularının iştirakçısı olmuşam. Anam Qalina Bağırova TNT kanalında yayımlanan “Ekstrasesnlərin döyüşü”( Битва экстрасенсов) mistik layihəsinin səkkizinci mövsümünün qalibidir. Onun anasının da qeyri-adi bacarığı olub. Lakin mən Qalina xanıma sadəcə anam kimi yanaşıram.

– Barmağınızdakı kəllə sümüyü təsvir edilmiş üzüyün bilmədiyimiz müəmmalı yönləri varmı?

– Kəllə sümüyü əbədiyyətin, ölməzliyin rəmzidir. Başqa möcüzə axtarmayın.

– Heç bəyəndiyiniz xanımları özünüzə aşiq etmək üçün fantastik bacarığınızı işə salmısınız?

– Heç vaxt.

– Sonda mənə maraqlı nə deyə bilərsiniz?

– Bilirsiniz, hipnoz o qədər dərin anlayışdır ki, bu proses zamanı beynimizdə gedən biokimyəvi reaksiyaların açmasını elm izah edə bilmir. Lakin əsas nəticədir. Nəticəyə baxanda isə görürük ki, insan hipnoz altında ən ağılagəlməz hərəkətləri icra edir. Hətta ən dəhşətli fobiya olan insanlardan, cəmiyyətdən qaçıb, özünə qapanma xarakteristikası verdiyimiz psixoloji pozğunluq hipnozla müalicə olunur. Nə qədər fantastik görünsə də, hipnoz bütöv elmdir.

– İsa, tezliklə sizi Bakıda gözləyirəm. Əmin olun, hipnoz edəcəyiniz ilk insan mən olmaq istəyəcəm.

– Yaxın gələcəkdə Bakıda görüşmək ümidi ilə. Sağ olun.    /publika.az/

İNANILMAZ HƏYAT: 39 ARVADI, 94 UŞAĞI İLƏ 4 MƏRTƏBƏLİ BİNADA YAŞAYIR - FOTOLAR

2018-02-17-01-19-57kkaww.jpg


 Evdə hər gün 30 toyuq , 100 kilo düyü bişirilir, 60 kilo kartof soyulur

 

 
 
Hindistanın Mizoram əyalətindəki Baktavnq kəndində yaşayan Ziona Chananın tam 39 arvadı, 94 uşağı, 14 gəlini və 33 nəvəsi var. Sherg.az türk mediasına istinadən xəbər verir ki, Ziona, 181 nəfərlik böyük ailəsi ilə 4 mərtəbəli və 100 otaqlı binada eyni dam altında yaşayır.
 
 
 
Ailəsinin bütün kişi üzvlərinin dülgərliklə məşğul olduğunu söyləyən ata, "Bir dəfə belə hökumətdən maddi yardım almadıq” deyərək öyünür. Bir gün bütün dünyanı Hz. İsa ilə birlikdə idarə edəcəklərinə inanan və təxminən 4 min üzvü olan "Chana” adlı ailə məzhəbinin də lideri olan Ziona, "Babam tərəfindən qurulan öz məzhəbimizin varisiyəm. İnancımıza görə, istədiyimiz qədər qadınla evlənə bilərik. Atamın da 7 həyat yoldaşı vardı” deyir.
 
 
 
 İlk evliliyini 17 yaşında edən Ziona, bir dəfə bir il içində 10 dəfə evlənib. Ən son evliliyini keçən il edən Zionanın evində xüsusi bir otağı var. Gecəni sırayla arvadları ilə keçirir. O gecə Ziona ilə eyni yatağı paylaşmayan digər arvadlar isə yataqxana kimi otaqda bir yerdə yatır. Evdə, adi bir qazanda 30 toyuq , 100 kilo düyü bişirilir, 60 kilo kartof soyulur. Ev işlərinə liderliyi, Chananın ilk və ən yaşlı arvadı 69 yaşlı Zathiangi edir.
Evin ətrafında dülgər atelyeləri ilə yanaşı axırlar, hin, çəltik tarlası, tərəvəz bağçaları var. Sherg.az

Rus qızına görə oğlunu evdən qovan Xalq yazıçısı – MARAQLI ADAM

2f18e9ff041cc8d2bea91be050b2b0a0.jpg


 “Maraqlı adamlar” layihəsindən Xalq yazıçısı İsmayıl Şıxlı ilə bağlı bəzi əhvalat və faktları təqdim  edir.

Hüseyn Arifdən ən maraqlı lətifələri o qələmə alıb. Lakin bu lətifələrin hər biri üçün Hüseyn Arifdən icazə alıb. O lətifələr ki, şair tirajlanmasını istəməyib İsmayıl Şıxlı onları nəinki qələmə alıb, heç danışmayıb da! Hətta ən yaxın adamlarına belə. Hətta dəfələrlə ona üz vuranlara belə.

***

Evdə xasiyyəti sərt olub. Lakin bütün ailə üzvləri ürəyindən keçənləri çox rahat şəkildə ona anladırmış.

***

Image result for ismayıl Şıxlı

Xalq şairi Qabil təzə “Moskviç” alır. Yaxşı sürə bilmədiyi üçün heç kim minmirmiş onun maşınına. Bir gün hansısa tədbirə gedəndə İsmayıl Şıxlı Qabilin maşınına oturur, Qabil çox sevinir. Bu vaxt İsa Muğanna onların yanından keçirmiş, İsmayıl Şıxlı başını pəncərədən çıxarıb deyir:

- İsa, evdən soruşsalar, deyərsən, Qabilin maşınına mindi. Gəlməsəm, narahat olmasınlar.

***

Xalq yazıçısı İsa Muğanna həyat yoldaşı Füruzə xanımla xalauşağı olub. Ancaq onların ailə qurmasında İsmayıl Şıxlının rolu olub. İsmayıl Şıxlı əsgərlikdən gələndə Füruzə 10-cu sinifdə oxuyurdu və İsmayıl müəllim ona dərs deyirdi. Hər ikisini yaxından tanıyan İsmayıl müəllim onların bir yerdə xoşbəxt olacağını bilirdi.

***

Image result for ismayıl Şıxlı

İsmayıl Şıxlı zahirən çox yaraşıqlı kişi idi və toylarda inanılmaz gözəlliklə rəqs edirdi. Daha çox “Ruhani” havasına oynayardı.

***

Çoxu elə bilir ki, İsmayıl Şıxlının övladları, xüsusən Elçin Şıxlı orta məktəbi rus dilində oxuyub. Hətta buna görə İsmayıl müəllimə irad bildirənlər də olub. Ancaq belə deyil. Elçinin sadəcə dayəsi Tyotya Matilda rus olub. Volqaboyu qaçqınlarından imiş. Elçin valideynləri ilə azərbaycanca, Tyotya Matilda ilə rusca danışırmış.

***  

Elçin Şıxlı yaradıcılıq evlərinin birində tanış olduğu rus qızı ilə evlənmək istəyirmiş. İsmayıl Şıxlı onun qərarında qəti olduğunu görüb sakit səslə deyir: “Özün bilərsən, həyat sənindi, amma əgər o qızla evlənsən, bir daha mən olan evə ayaq qoymayacaqsan!”

Bundan sonra Elçin Şıxlı fikrindən daşınır.

Related image

***

Qəribədir ki, “Urus Əhməd” İsmayıl Şıxlının “Dəli Kür” romanının sevimli obrazı idi. Cahandar ağanın qızı da ona vurulmuşdu. Amma həyatda...

***

Həyat yoldaşını düz 7 il ona verməyiblər. Baxmayaraq ki, qohumdurlar. Nəsilləri arasına qan davası düşübmüş. Sonralar barışıblar.

***

İsmayıl Şıxlı Bakıya gələndə ilk düşdüyü ev gələcək qayınatasının evi olub. Qohum kimi gəlib. O bina sonralar Yazıçılar İttifaqına verilib və İsmayıl müəllim Azərbaycan Yazıçılar İttifaqının sədri olanda həmin kabinetdə oturub. İndi həmin otaq AYB sədri Anarın iş otağıdır.

***

Image result for ismayıl Şıxlı

İsmayıl Şıxlının Azərbaycan Yazıçılar İttifaqından getməsini istəyən bir qrup qələm adamına yazıçı ağayana bir jest edir: Ərizəsini evdən göndərir və bir daha Yazıçılar İttifaqına getmir. Deyir, vəzifəyə görə yaxın adamlarımın belə əcaib sifətə düşməsini görmək istəmirəm. İntriqalar səhhətinə də pis təsir edirmiş. Həm də bu, onun ilk istefası deyildi. İlk dəfə ittifaqın 3-cü katibliyindən, daha sonra “Azərbaycan” jurnalının baş redaktorluğundan öz ərizəsi ilə getmişdi.

***

Səməd Vurğun öz yerində, Süleyman Rüstəmi də şair kimi çox sevib. Onun ölüm xəbəri gələndə Neftçalada imiş. Adamlardan aralanıb və eyvana çıxaraq ağlayıb.

***

Böyük Vətən Müharibəsi İsmayıl Şıxlının həyatına pozulmaz izlər qoyub. Onun bu barədə çoxlu yazıları, eyni zamanda xatirələri var. Qələbə günün müjdəsini xatırlayan yazıçı yazır: “Katerin radiosundan Levitanın səsini eşitdim: ”Düşmən danışıqsız olaraq təslim edilmişdir. May ayının 9-u Qələbə günü hesab olunur”. Qaçıb yoldaşlarıma dedim, inanmadılar. Dan yeri qızarırdı. Ətrafa sükut çökmüşdü.”

Related image

***

Bir tələbəsi ona dəlicəsinə vurulmuşdu. Həyat yoldaşı da bilirdi.

***

Şəkər xəstəliyindən gözləri tutulub, sonuncu əsəri olan “Ölən dünyam”ı diktə edib. Həyat yoldaşı yazıb. Sonra bir dəfə də üzünə oxutdurub qulaq asıb və deyib: “Hə, indi rahat ölə bilərəm.”

***

Vəsiyyət etməyib, amma övladlarına ilk və son sözü bu olub: “Adam olun, kişi kimi yaşayın!”

Kulis.az

Sosial şəbəkələrdə fenomen olan azərbaycanlı ağsaqqala vəzifə verildi (VİDEO)

1518585952-video.jpg


 Bir müddət əvvəl sosial şəbəkələrdə etdiyi çıxışı ilə məşhurlaşan Quba sakini İldırım Məmmədova vəzifə verilib.

Araz.az-ın məlumatına görə, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin (DAMM) sədri, İctimai Nəzarət Koalisiyasının (İNK) sədri Rasim Məmmədov Quba rayon Buduluq kənd sakini İldırım Məmmədovu İNK-nin Quba rayon üzrə sədri təyin edib.

İldırım Məmmədov sosial şəbəkələrdə kənd təsərrüfatının inkişafı bağlı dediyi sözlərlə məşhurlaşmışdı.

İldırım Məmmədovu fenomen edən çıxışını təqdim edir.

BAKU.WS

29 -dən səhifə 41

Əlaqəli xəbərlər