Sosial şəbəkələrdə fenomen olan azərbaycanlı ağsaqqala vəzifə verildi (VİDEO)

1518585952-video.jpg


 Bir müddət əvvəl sosial şəbəkələrdə etdiyi çıxışı ilə məşhurlaşan Quba sakini İldırım Məmmədova vəzifə verilib.

Araz.az-ın məlumatına görə, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin (DAMM) sədri, İctimai Nəzarət Koalisiyasının (İNK) sədri Rasim Məmmədov Quba rayon Buduluq kənd sakini İldırım Məmmədovu İNK-nin Quba rayon üzrə sədri təyin edib.

İldırım Məmmədov sosial şəbəkələrdə kənd təsərrüfatının inkişafı bağlı dediyi sözlərlə məşhurlaşmışdı.

İldırım Məmmədovu fenomen edən çıxışını təqdim edir.

BAKU.WS

İnsan yumurtası yaradıldı – TARİXİ KƏŞF

c6.jpg


Şotlandiyada Edinburq Universitetinin tədqiqatçıları qadınlardan alınan yumurta hüceyrəsini ilk dəfə yumurtalığın xaricində yetişdiriblər.

Araşdırmanın nəticələri barədə məlumat “Molecular Human Reproduction” jurnalında verilib.

Qadınlar doğularkən onların yumurtalığında yumurta hüceyrələri olur və bu yumurtalar qadın yetkinlik yaşına çatanda inkişaf edir.

Alimlər həmin yetişməmiş hüceyrələri götürüb, laboratoriya mühitində, oksigen səviyyəsi, hormonlar və protein cəhətdən insan bədənindəkinə bənzər mühit yaratmaq şərti ilə yetişdiriblər.

Onlar həmin mühitdə hüceyrələrin döllənmə mərhələsinə qədər böyüdüyünü müşahidə ediblər. Bir neçə ildir davam edən araşdırma sübut edir ki, insan yumurtası yaratmaq mümkündür.

Alimlər bildirib ki, bu, xərçəngdən müalicə alan qadınların uşaq doğa bilmə qabiliyyətini qorumaq üçün istifadə edilə bilər.

Qeyd edək ki, bu vaxta qədər laboratoriya mühitində yaradılan yumurtaların, sadəcə, 10 faizi döllənə biləcək səviyyəyə çatıb.   /Qafqazinfo/

İnsanla dolu bina uçmasın deyə dirək dayadılar – Dəhşətli fotolar

iuy.jpeg


 Tayvanda ötən gecə baş verən 6,5 ballıq zəlzələnin səhərisi sakinlər qorxulu mənzərə ilə qarşılaşıblar.

Araz.az xəbər verir ki, 4 nəfərin öldüyü 145 nəfərin isə itkin düşdüyü təbii fəlakət bəzi binaların əyilməsinə səbəb olub. İtkin düşən 60 nəfərin həmin binalarda köməksiz qaldığı təxmin edilir.

Xilasetmə dəstələri binanın uçmaması üçün ona polad dirəklər dayayıblar. Təlim görmüş itlər isə insanların axtarışına cəlb edilib. (Qafqazinfo)

Ölkəmizdə ən çox satılan smartfonlar məlum oldu

Clipboard01.jpg


 Azərbaycanda son dönəmlərdə alıcılar daha çox “Samsung” model smartfonlara maraq göstərirlər.

Araz.az xəbər verir ki. bunu oxu.az-a mobil telefonların satışı ilə məşğul olan “World Telecom” mağazalar şəbəkəsindən bildiriblər.

Son model “Samsung” və “Apple” şirkətlərinin məhsullarına gəlincə, şəbəkədən bildiriblər ki, hər iki modellə maraqlanan vətəndaşlarımızın sayı təxminən eynidir.

“NLT Telecom”da qeyd ediblər ki, ölkəmizdə daha çox “Samsung” markalı mobil telefonlara üstünlük verirlər:

“Son model “Apple” və “Samsung” mobil telefonlarını müqayisə etdikdə, alıcılar “iPhone”u, xüsusən “iPhone 8”i üstün tuturlar”.

Bir gecəyə 6,5 milyard dollar qazandı

 

108060.jpg

Amazonun qurucusu və əsas səhmdarə Ceff Bezos bir gecəyə 6,5 milyard dollar qazanıb.

Araz.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, buna səbəb onun şirkətinin səhmlərinin fevralın 1-də axşam sessiyasında 6,2 faiz qalxması olub.

Məlumata görə, onun aktivlərin ümumi məbləği 123 milyard dollar yüksəlib ki, bu da dünyanın ən valı adamlarının siyahısında ikinci yerdəki Bill Qeytsinkindən demək olar 30 milyard dollar çoxdur.

Bu il Bezos üçün son dərəcə uğurlu başlayıb. O, yalnız yanvar ayında 17,4 milyard dollar qazanıb.

Amazonun səhmləri son ayda 19 faiz yüksəlib.

Bezos yanvarda tarixin ən varlı adamı olub. Onun varidatı 105 milyard dollar çoxalıb. 

Bezos Amazonu 1994-cü ildə yaradıb, 2016-cı ildə şirkətin dövriyyəsi 136 milyard dollar təşkil edib.

Amazondan başqa, “The Washington Post”qəzeti və kosmik gəminin hazırlanması ilə məşğul olan Blue Origin şirkəti də ona məxsusdur. PRESSDAY.az

Dünyanın ən uzunboy kişisi və ən balacaboy qadını şəkil çəkdirdi (FOTOLAR)

 

 

Türkiyədən olan dünyanın ən uzunboylu kişisi Sultan Kosen və ən balacaboylu qadını Coti Amji Misir piramidası fonunda şəkil çəkdiriblər.

Araz.azxarici mediaya istinadən bildirir ki, şəkil Qizədəki piramida qarşısında yanvarın 26-da çəkilib.

Kosenin boyu 243 santimetr, Amjininki 62,8 santimetrdir. 

Onların hər ikisi Ginnesin Rekordlar Kitabına düşüb.

Ən uzunboy kişinin və boyca ən kiçik qadının burada şəkillərinin çəkilib yayılmasında məqsəd turistləri Misirə cəlb etməkdir.Pressday

 

 

YADPLANETLİLƏR MÖVCUDDUR, BİZSƏ ONLARI GÖRMÜRÜK?

yadplanetli.jpg

Araz.az-ın məlumatında deyilir ki, bəşəriyyət ilk dəfə 80 il əvvəl radio və televiziya siqnallarını yerin atmosfer qatını tərk edib ulduzlararsı məkanın dərinliyinə irəliyə biləcək gücdə yaymağa başlayıb. Uzaq ulduz sistemində yaşayan bu siqnalları diqqətlə izləsək, o, nəinki onları tuta biləcək, eyni zamanda dərhal həmin siqnalları göndərən tərəfi ağıllı növ kimi identifikasiya edəcək. 1960-cı ildə ilk dəfə Frenk Dreyk (Frank Drake) böyük radio "boşqablardan" istifadə etməklə ulduz sistemlərindən çıxan bu cür siqnalları axtarmağı təklif edib. Bu da SETI təşəbbüsünə -  yadplanetli varlığın axtarışına gətirib çıxarıb. Lakin son 50 il ərzində radio və telesiqnallardan daha effektiv əlaqə vasitəsi işləyib hazırlamışıq. Bu, elektromaqnit spektrdə yadplanetli axtarışının daha əhəmiyyət kəsb etməməsi anlamına gəlir?

Əlbəttə,  bu məsələ çox spekulyativ məsələdir, amma bizə texniki tərəqqimizə nəzər yetirmək və Kainatın başqa yerlərində onun necə baş verdiyini müşahidə etmək imkanı verir. Nəhayət, ünsiyyətin baraban siqnalı və tonqallarla qurulduğu cəmiyyətdən kimsə meşənin dərinliyinə düşsə, onda belə bir qənaətə gələ bilər ki, ətrafda şüurlu həyat mövcud deyil. Ancaq ona telefon versəniz, o, qohumları ilə əlaqə saxlaya biləcək. Nəticələrimiz də tətbiq etdiyimiz metodlarımız kimi qərəzli ola bilər.

Elektrik mexanizmi yalnız XVIII əsrin sonu Ben Franklinin (Benjamin Franklinin) işləri sayəsində başa düşülüb. Elektrik gücü yalnız XIX əsrdə naqilləri və başqa qurğuları qidalandırmağa başlayıb, klassik elektromaqnitizm isə bu əsrin yalnız ikinci yarısında dərk edilməyə başlanıb. İlk elektromaqnit siqnalının ötürülməsi 1895-ci ildə baş tutub, radioyayım isə bizi 1930-cu ildə ulduzlararası məkana çıxarıb.

İşıq sürəti də məhduddur: bizim göndərdiyimiz radiosiqnallar ulduzlararası məkandan cəmi 80 ilə keçirsə, bu, o deməkdir ki, yalnız 80 işıq ili radiusunda olan sivilizasiyalar bu siqnalları tuta bilər və yalnız 40 işıq ili radiusunda olan sivilizasiyalar siqnalları tutub geriyə cavab göndərə bilər. Əgər Fermi paradoksu “hər kəs hardadır” sualı qoyursa, cavab “bizdən 40 işiq ili radiusundan kənar” olacaq. Bəs bu Kainatdakı sivilizasiya barədə nə deyə bilər? Heç nə.

Hərçənd qalaktikamızda yüz milyardlarla ulduz və müşahidə edilən Kainatda təqribən iki trilyon qalaktika mövcuddur, Yerdən 40 işıq ili məsafəsində ulduzların sayı mindən azdır.

Bundan başqa, Yerdən ulduzlararsı mühitə göndərilən elektromaqnit siqnallar artmır, azalır. Tele və radio siqnallar teleradio qüllələrindən daha çox kabel və ya peyk vasitəsilə ötürülür. Daha bir əsr keçəsək və çox güman, bütün XX əsr boyu göndərdiyimiz siqnallar ümumiyyətlə Yerdən çıxmayacaq. Ola bilsin, yadplanetli sivilizasiya belə bir nəticə çıxaracaq ki, həyatın olduğu bu mavi, sulu planet müəyyən inkişaf mərhələsinə çatdıqdan sonra məhv olub və daha siqnal göndərmir.

Başqa sözlə, elektromaqnit siqnalın müəyyən formasına görə nəyin olub, nəyin olmaması ilə bağlı nəticə çıxarmaq tamamilə səhv strategiyadır.

Əgər yaxın məsafədən Yerə baxsaq, onda, şübhəsiz, belə qərara gələrdik ki, bura məskunlaşmağa yararlıdır: gecə vaxtı şəhər işıqları sözsüz aktivliyin əlamətidir. Lakin belə bir işıq çirklənməsi nisbətən yeni hadisədir. Biz daim öyrənirik və ondan yaxa qurtarmaq üçün pul, əmək və vaxt sərf edirik. Güman etməyə heç bir əsas yoxdur ki, XXI əsrin sonu XXII əsrdə Yer milyard il əvvəl olduğu kimi bəzi yerləri parıltı, ildırım və vulkanlarla işıqlandırılan qara bir yer deyil, indiki kimi görünəcək.

Bəs elektromaqnit siqnalları deyil, başqa şey axtarılsa necə? Kainatda olan hər şey işıq sürəti ilə məhdudlaşıb, başqa bir planetdə yaradılan istənilən siqnal isə onu sezməyimiz üçün özünü bir şəkildə göstərməlidir. Bu siqnallar 4 kateqoriyaya bölünür:

  • Sivilizasiyasının mövcudluğunu göstərən istənilən dalğa uzunluğunda istənilən formalı işığı nəzərdə tutan elektromaqnit siqnalları;
  • Sivilizasiyaya aid olduğu halda, kifayət qədər həssas avadanlıqla Kainatın istənilən yerində tutula bilən qravitasiya dalğa siqnalları;
  • Böyük məsafələrdə çox seyrək olsa da, müəyyən şərt daxilində səhvsiz əlamət ola bilən neytrin siqnallar;
  • Nəhayət, Yerə yaxınlaşan robotlaşdırılmış, kompyuterləşdirilmiş, avtonom və ya məskunlaşmış makroskopik kosmik zondlar.

Qəribədir ki, bizim fantastik təxəyyülümüz demək olar sırf dördüncü variantda cəmlənib, halbuki bu variant ən az ehtimal olunandır.

Ulduzlararası məsafənin böyüklüyü, ulduzların malik olduğu, həyatın mümkün olduğu potensial planetlərin sayı və bir planetdən digərinə fiziki kosmik zond göndərmək üçün lazım olan resurslar barədə düşünəndə başqa bir ulduzda belə bir əlaqə metodu tamamilə ağlasığmaz görünür. Göyün müxtəlif regionlarını araşdıran detektor düzəltmək və sivilizasiyanın mövcudluğunu əminliklə göstərəcək siqnallar tapmaq daha asan olardı.

Elektromaqnit spektri baxımından, canlı aləmin fəsillərə reaksiyasını bilirik. Planetimiz qışda və yayda müxtəlif cür “işıq saçır”. Fəsillər dəyişdikcə planetimizin müxtəlif yerlərində rənglər də dəyişir. Kifayət qədər böyük teleskop olsa, sivilizasiyamızın ayrı-ayrı əlamətlərini – şəhərləri, peykləri, təyyarələri və başqa şeyləri görmək olardı. Lakin ola bilsin, tapa biləcəyimiz ən yaxşı şey yalnız sivilizasiyanın yarada biləcəyinə uyğun gələn təbii mühitin dəyişməsi olardı.  

Hələlik belə bir şey etməmişik, amma ola bilsin, bu, axtarmalı olduğumuz planetin böyük miqyaslı modifikasiyasıdır. Unutmayın ki, tapacağımız sivilizasiya bizim kimi texnoloji körpə olmayacaq. Əgər bu sivilizasiya sağ qalıb, bütün fəlakətlərin öhdəsindən gəlibsə, onda bizdən on və ya yüz min il böyük və daha inkişaf etmiş olacaq. Sadəcə 200 il əvvəl necə olduğumuzu yadınıza salın.

Ola bilsin, qravitasiya dalğaları texnologiyası Kainatın ilk siqnallarını tutacaq qədər inkişaf etsə, kosmosdakı fəaliyyətin daha incə təzahürlərini açmağa başlayacağıq. Çox güman, unikal qravitasiya dalğa izinə görə orbitdəki on minlərlə peyk vasitəsilə planeti təyin edə biləcəyik. Hazırda bu sahə çox gənc sahədir, ona görə uzun yol qət etməlidir. Lakin bu siqnallar elektromaqnit siqnalları kimi yox olmurlar və onları gizlətmək mümkün deyil. Ola bilsin, bir əsrdən sonra kosmosun tədqiqində bu, bizim əsas alətimiz olacaq.

Başqa bir variant da var. Kifayət qədər inkişaf etmiş sivilizasiya hansı enerji mənbəyindən istifadə edəcək? Bəlkə, nüvə mənbəyindən. Çox güman bu, sintez enerjisi, onun xüsusi növü olacaq olacaq. Bu növ enerji ulduzların nüvələrindən axmağı, həmçinin yan məhsul kimi çox spesifik neytrin siqnatura buraxmağı ilə fərqlənir. Və bu neytrinolar açıq-aşkar enerjinin təbii deyil, texnogen prosesdə doğulduğunu göstərəcək.

Bu siqnatura barədə proqnoz verə bilsək, onu başa düşüb, onu ölçmək üçün detektor inşa edə bilsək, onda istənilən yerdə nüvə sintezi üzərində işləyən sivilizasiya tapa biləcəyik və onun radiosiqnal ötürüb-ötürməməsindən dolayı narahat olmaq lazım gəlməyəcək. O, enerji istehsal etdiyi müddətcə onu tapa biləcəyik. xpressa.net

30 -dən səhifə 41

Əlaqəli xəbərlər