Dünyanı idarə edən masonlar Azərbaycanda da var? (AÇIQLAMA)

image.jpg

Konspiroloji nəzəriyyələrə görə, masonluq ən böyük və məxfi fəaliyyət göstərən, özünün əmlakı, çox milyardlıq büdcəsi olan beynəlxalq təşkilatdır.

Araz.az bildirilir ki, masonlar mason lojaları olaraq adlandırılan təşkilatlarda fəaliyyət göstərirlər. Hər bir mason lojası mərkəzi Baş lojaya tabedir. Hər bir ölkədə bir baş loja mövcuddur. Burada istisna kimi Amerika Birləşmiş Ştatlarının hər bir ştatında ayrıca baş lojaların olduğunu qeyd etmək lazımdır. Bir ölkədə fəaliyyət göstərən mason lojaları bir-biri ilə əlaqələr quraraq münasibətlərini genişləndirir, onların ümumi fəaliyyətləri isə baş loja tərəfindən koordinasiya edilir. Masonluq mərasimlərin və toplantıların gizli həyata keçirilməsi səbəbindən insanlar tərəfindən əsirlər boyu müzakirə edilib və daim maraq obyekti olaraq qalıb.

Bəziləri deyir ki, masonluq bütün insanlara barış və xoşbəxtlik arzulayır və bunun üçün inkişafı vacib sayır. Lakin çoxları da qeyd edir ki, masonluq dünyada siyasi çaxnaşmaların, humanitar fəlakətlərin yaradılması, onun idarə edilməsində çox maraqlıdır. Və bu məqsədlərini həyata keçirmək üçün müxtəlif taktika və strategiyalardan istifadə edirlər.

Masonluğun əleyhdarları bəyan edir ki, masonları dünyanın terror təşkilatları bir mərkəzdən idarə edir.

Tərəfdarları isə qeyd edir ki, masonluq, inkişaf üçün araşdırma və çalışmanın önəmli olduğunu və buna bir insan ömrünün yetməyəcəyini vurğulayır.

Bu kateqoriyadan olanların arqumenti belədir ki, mason olmağa çalışan insanın ömrü yetməsə də, insan olma, bütün insanlara sevgi bəsləmənin qüruru ilə bu idealı ürəyində, beynində səylə bəsləyərək mükəmməl insan olmağa çalışır.

Arxiv sənədlərindən bəllidir ki, müasir masonluq XVIII əsrin əvvəllərində İngiltərə və Avropada təşəkkül tapıb və qısa müddət ərzində dünyanın bir çox ölkələrinə yayılıb. Böyük Britaniya Ensiklopediyasının məlumatına əsasən hazırda Avropada 4 milyondan, Amerikada 5 milyondan çox mason fəaliyyət göstərir.

Həmçinin, bəllidir ki, onlar Fransa, İngiltərə, Avstriya, Amerika və s. dövlətlərin idarə olunmasında fəal iştirak edirlər. Parisin, Romanın, Milanın və s. şəhərlərin merləri mason təşkilatında fəaliyyət göstəriblər. O da bəllidir ki, mason mərkəzi-Ümumdünya İsrail ittifaqı Parisdə yerləşir. Bu mərkəzdən bütün sərəncam və göstərişlər dünyanın hər yerinə yayılmış mason lojalarına göndərilir.

Bəs demək olar ki, dünyanın hər yerinə yayılan masonlar və mason lojaları Azərbaycanda da varmı?

Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, "İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev Azərbaycanda masonların olmadığını bildirib:

Dünyanı idarə edən masonlar Azərbaycanda da var? (AÇIQLAMA)

"Mənə elə gəlir ki, Azərbaycan elə bir səviyyəyə gəlib çıxmayıb ki, Azərbaycanda masonların hansısa təşkilatı formalaşsın. Masonlar ümumiyyətlə Şərq zonasında olmayıblar. Əsasən Qərb, Avropa zonasında olublar. Masonların təşkilatı kiçik təşkilat deyil. Bu təşkilatın strukturu, bu strukturu idarə edən və bu struktrun vəzifələrini yerinə yetirən insanlar var. Ümumdünya mason təşkilatlarının hansısa bir qolu Azərbaycanın nəzarətini aparır. Ola bilməz ki, onlar belə bir böyük zonanı diqqətdən kənar qoysunlar. Bu mənada masonların Azərbaycanda təsiri var. Bunu heç kim dana bilməz. Onlar bütün dünyanı idarə edirsə dünyanın bir hissəsi kimi Azərbaycan da onların təsiri altında olur”.

Rafiq Əliyev sosial şəbəkələrdə tez-tez Azərbaycanda mason lojalarının olduğunu iddia edən yazılara da münasibət bildirib:

"Sosial şəbəkələrdə Azərbaycanda mason qrupları, mason lojaları var. Mən indiyənə qədər Azərbaycanda belə bir lojanın üzvü olacaq şəxsiyyətlər görməmişəm. Ola bilsin əvvəllər olub, amma zənnimcə bu gün elə şəxslər yoxdur”. Bakunews.az

Kişiləri sevindirən bu kəşf təsadüfən yaranıb – SİYAHI

169152748.jpg

Dünyaya hər hansı bir inqilabi yenilik bəxş etmiş adamlar haqqında düşünəndə bizə elə gəlir ki, , sanki onlar gecə-gündüz hər hansı fiziki qanunlar haqqında baş sındırırmışlar. Ancaq bu fikir bütün kəşflər üçün xarakterik deyil. Bilirsinizmi ki, “Koka-kola”nın yaradıcısı müharibədə yaralandığı üçün özünə ağrıkəsici hazırlamaq istəyirmiş, ancaq  təsadüfən bu içki ortaya çıxıb? Bu materialımız da təsadüfən ortaya çıxmış kəşflər haqqındadır.

Araz.az-ın lent.az-a istinadən təsadüfən ortaya çıxmış on kəşfi təqdim edir.

Kartof çipsləri

Çox güman bu kəşf insan qəzəbinin bəşəriyyətin xeyrinə yönəldiyi nadir hallardandır. XIX əsrin ortalarında Nyu-York restoranlarından birində müştəri sifariş verdiyi qızardılmış kartoflar çiy və həddən artıq qalın olduğu üçün geri qaytarır və nəticədə ortaya çips çıxır. Corc Kram adlı şef-aşpaz müştərinin şıltaqlığına görə elə hirslənir ki, acığından onun sifariş verdiyi kartofları bacardıqca nazik doğrayır, ərinmiş yağda qızardır və çoxlu duz səpərək təqdim edir. Və budur! Bütün zamanların ən sevimli və bəlkə də ən zərərli məzəsi doğulur!

“Koka-kola”

Əczaçı Con Pemberton orduda xidmət zamanı yaralanmışdı. Hospitalda olduğu zaman o, şiddətli ağrılardan əziyyət çəkdiyi üçün morfidən istifadə etməyə başlamışdı. Narkotik vasitələrə olan asılılığını azaltmaq üçün Con kokain və şərabla müxtəlif eksperimentlər etməyə başlayır. O, hətta “Pemberton’s French Wine Coca” adlı içkinin patentini də əldə edir. Bir müddət keçəndən sonra Pemberton reseptin yaxşılaşdırılması məqsədi ilə kolleqasına müraciət edir. Təcrübələr zamanı şəriklər təsadüfən patentli içki ilə sirop və qazlı suyu qarışdırırlar. Nəticədə ortaya çıxan içki ağlagəlməz dərəcədə dadlı alınır. Pemberton qərara gəlir ki, əldə edilmiş qarışıq soyuducu içki kimi daha çox satılacaq, nəinki dərman kimi.

Viaqra

Bu əhvalatı hamı bilir. Pfizer kompaniyasının əczaçıları ürək-damar xəstəliklərini sağaldan dərmanlar üzərində çalışırlar. Amma kliniki təcrübələr zamanı məlum olur ki, preparat lazımı effekti vermir, əvəzində qəribə yan təsir yaradır. Hazırlıq işlərini bitirdikdən sonra mavi həblər bazara çıxarılır, bununla da kişilər və partnyorlarına seksual münasibətlərdə yenilik qazanmaq imkanı yaradırlar.

İlk kardiostimulyator

Baffalo universitetinin elektrotexnika kafedrasının professoru adi kardioqraf hazırlamaq niyyətində idi. Ancaq sınaq zamanı səhvən qaranlıq rəfdən başqa nominalın elektron detalını götürür. Professor komponenti lazımı yerə lehimləyəndən sonra sxem qəfildən insan ürəkdöyünməsindən fərqlənməyən impulslar verməyə başlayır. Professor dərhal cihazın ölçü və formasının dəyişilməsi ilə məşğul olmağa başlayır ki, onu insan bədənini yerləşdirmək mümkün olsun.

Mikrodalğalı soba

1945-ci ildə Persi Spenser “maqnetron” adlı yeni vakuum lampası üzərində eksperimentlər aparmağa başlayır. O, bu təcrübələri çalışdığı “Rayteon” şirkəti üçün edirdi. Qəfildən köynəyinin cibində qoyduğu şokolad batonu əriməyə başlayır, stolun üstündəki fincana yığılmış qarğıdalı toxumları isə partlamağa başlayır. Spenser əvvəllər məlum olmayan bu effektin potensialını dərhal dərk edir. İki il sonra “Rayteon” kompaniyası ilk mikrodalğalı sobanı satışa buraxır. Onun çəkisi 315 kq, hündürlüyü 165 sm, qiyməti 5 min dollar idi. İlk model istehlakçılar arasında uğur qazanmasa da müasir mikrodalğalı sobalardan bir o qədər fərqlənməyən ikinci buraxılış geniş yayıldı.

Penisillin

 

Penisillinin yaranması haqqında ənənəvi əhvalat belədir: Londondakı Müqəddəs Mariya Hospitalının laboratoriyasında çalışan Aleksandr Fleminq açıq pəncərəyə qoyulan Petri fincanında yetişmiş stafilokok bakteriyası aşkar edir. Stafilokokun bir hissəsi açıq pəncərədən ora düşmüş göbələk tərəfindən məhv edilmişdi. Bundan sonra alim bakteriyanın hüceyrə örtüyünü məhv edən və onun inkişafının qarşısını alan maddəni müəyyənləşdirir, nəticədə penisillin peyvəndi ortaya çıxır. Hazırda alimlər bu əhvalatın doğruluğuna şübhə edirlər. Onların fikrincə kif göbələyi ora bakteriyadan qabaq düşübmüş, özü də küçədən deyil, aşağı mərtəbədə yerləşən laboratoriyadan. Çünki aşağı mərtəbədəki laboratoriyada kif göbələkləri üzərində təcrübələr aparılırdı.

Şırnaqlı printer

“Canon” kompaniyasının mühəndisi köynəyini ütüləyərkən diyircəkli qələmini cibində unudur. Qələmin içindəki pasta əriyərək köynəyə dağılır və dərhal da quruyur. Mühəndis bu müşahidəsini printerlərdə tətbiq etmək qərarına gəlir. Həmin prinsip indiyə kimi təkcə “Canon” şirkətində deyil müxtəlif istehsalçıların şırnaqlı printerlərində qorunur.

Rentgen rəsmləri

8 noyabr 1895-ci ildə fizika üzrə alman professoru Vilhelm Rentgen yeni tipli elektron lampalar ilə təcrübə apararkən qəribə şüalanmalar aşkar edir. Bu kəşfin dəqiq yaranma şəraiti məlum deyil, çünki Rentgenin gündəlikləri məhv olub, ancaq alimin bioqraflarının fikrincə hadisə bu cür baş verib: fizik barium və lüminessensiya birləşməsi ilə örtülü ekranda zəif yaşılımtıl işıqlanma müəyyən edir. Bununla məlum işıq ekranda lazımı qədər əks olunmur. Alim bu qənaətə gəlir ki, bu maddə hansısa görünməyən şüaya görə reaksiya verir. Rentgen lampa ilə ekranın arasına müxtəlif materiallar qoyur, lap axırda isə insan əlinin dəqiq rəsmini çəkə bilir. Əfsanəyə görə bu onun həyat yoldaşının əli idi. Qadın rəsmi görəndə qışqırıbmış: “Bu mənim ölümümdür.” Həqiqətdə isə rentgen rəsmində alimin laborantının əli əks olunmuşdu.

Süni dadlandırıcı

1879-cu ildə bütün günü “kömür qətranı” adlı qarışıq üzərində çalışan kimyaçı Konstantin Falberq evə gələndən sonra əllərini yumadan (Siz belə etməyin!) masa arxasına keçib yemək yeməyə başlayır. Kimyaçı müəyyən edir ki, toxunduğu hər şey şirin dadmağa başlayır. Səhəri gün o “saxarin” adlandırdığı yeni maddəni kəşf edir. Çirkli əllər adətən inkişafın qarşısını aldığı halda bəzən irəli də aparır.

Post-it qeyd kağızları

1968-ci ildə “3M” adlı kompaniyada işləyən kimyaçı Spenser Silver heç bir səthdə iz buraxmayan zəif yapışqan əldə edir. Qəribədir ki, o tamamilə əksinə, olduqca güclü yapışqan hazırlamağa çalışırdı. Heç kəs bilmirdi ki, bu yeni kəşfi harda tətbiq etmək olar. Ta ki, başqa bir alim özünün kilsə himnlərinin yazıldığı kağızların qırağına bu yapışqanı çəkənə qədər. Bundan sonra Post-it stikerləri olduqca geniş yayılır. Hətta müasir incəsənətin əsas alətlərindən birinə çevrilir.

Heç vaxt eşitmədiyiniz maraqlı faktlar (SİYAHI)

1516522025_lemon_620x330_71481526718 (1).jpg

ayda gerçəkliklə doludur. 
 
Araz.az Qaynarinfo ya əsasən oxuduqca təəccüblənəcəyiniz bəzi məlumatları təqdim edir:
 
- Dünyada hansı irqdən olmasına baxmayaraq bütün yeni doğulan körpələr 440 hz yüksəkliyində və "la" notu ilə ağlayır.
 
- Xiyarın tərkibinin 96 faizi sudur.
 
- Bal xarab olmayan yeganə qidadır.
 
- Dünyada 4300-ə yaxın fərqli din var.
 
- Ay işığının bizə çatması 1,3 saniyə çəkir.
 
- Buqələmunların dili bədənlərindən iki qat uzundur.
 
- Liftdə ayna qoyulmasının əsas səbəbi qapılar açılarkən kabinənin yerində olduğunu görməkdir.
 
- Fillərin rəngi əslində boz deyil, qızılı-torpaq rəngidir. Boz görünmələrinin səbəbi palçıqlı suların üzərilərində qurumasıdır.
 
- Qiymətli daşların çoxu bir neçə elementin birləşməsindən meydana gəlir, yalnız brilyant tamamilə karbondan əmələ gəlir.
 
- Albert Eynşteyn 9 yaşından sonra tam danışmağa başlayıb. Buna görə də ailəsi onun əqli cəhətdən qüsurlu olduğunu düşünüb.
 
- "Santa Klaus"un paltarı əslində yaşıl rəngdədir. Ancaq bir kola markası onu qırmızı-ağ olaraq dünyaya tanıdıb.
 
- Qütb ayıları isti və nəmli mühitdə qaldıqları zaman kürklərinin rəngi yaşıla çevrilir.
 
- Alma, soğan və kartofun dadı eynidir. Yalnızca qoxuları fərqlidir. Əslində hamısı şirindir.
 
- Göytürklər turşuyan qatığın turşuluğunu azaltmaq üçün üzərinə su töküblər. Beləliklə özləri də bilmədən ayranı kəşf ediblər.
 
- Dünyanın ən sürətli böyüyən bitkisi bambuk ağacıdır. Ağac gündə 90 santimetr uzanır.
 
- Dünyada ən çox satılan telefon "Nokia" markasının 2003-cü ildə satışa çıxardığı, 250 milyon ədəd satılan "Nokia 1100"dır.
 
- Soğan doğradığınız zaman gözünüzün yaşarmasını istəmirsinizsə, saqqız çeynəyin.
 
- İnsanın saçı üç kilo ağırlıq qaldıra biləcək gücdədir.
 
- Ölüm anında toxunma və görmə hissindən sonra eşitmə bacarığı itirilir. Ürək dayandıqdan sonra insan beyni 2 dəqiqə boyunca səslər qəbul edilə bilir.
 
- Yuxusuzluq şikayəti ilə həkimə müraciət edən insanların IQ səviyyəsinin normadan yüksək olduğu müşahidə edilir.
 
- İnsanlar yuxuladığı zaman qoxu ala bilmirlər.
 
- Niaqara şəlaləsindən düşüb sağ qala bilən ilk insan Bobbi Liç evdə portağal qabığına basaraq yıxılıb və daxili qanaxma səbəbilə dünyasını dəyişib.
 
- Dəniz atı dünyanın ən sədaqətli canlısıdır. Çünki həyat yoldaşı öldükdən qısa bir müddət sonra o da ölür.
 
- İnsan ildə ən az 1460 ədəd yuxu görür.
 
- "Karaoke" sözü Yapon dilində "quru orkestr" sözünün qısaldılmasıdır. "Kara" Yapon dilində boş deməkdir.
 
- Ördəyin səsi əks-səda vermir.
 
- Ən böyük quş yumurtası dəvəquşunundur. Yumurta 15 - 20 santimetr uzunluğunda və ortalama 1,7 kiloqram ağırlığındadır. Qaynadılaraq bişirilməsi isə 40 dəqiqə çəkir.
 
- Ən ağıllı canlılardan biri olan qarğalar, insanlar kimi yaşlı valideynlərini illər sonra gedib ziyarət edirlər.
 
- Ağcaqanadlar əllərini ovuşdurup başlarından keçirmə hərəkətini, uçarkən əllərinə yapışan molekulları təmizləmək məqsədi ilə edirlər.
 
- Bir kilo limonda bir kilo çiyələkdən daha çox şəkər var. 

Mədə qıcqırmasını,qəbizliyi yox edən MÖCÜZƏVİ BİTKİ

aloe_vera_nedir_faydalari_4_c15150f35828b85f2fe4caf55ac925d6-300x200.jpg

Əksər hallarda aloe vera adını eşidir, demək olar ki, bir çox dərmanların, gözəllik vasitələrinin tərkibində ondan istifadə olunduğunu bilirik. Bəs görəsən aloe veranı özəl edən xüsusiyyətləri hansılardır?

Araz.az-ın Ailem.az saytına istinadən bununla bağlı sizə geniş məlumat verəcək.

Aloe vera bitgisi Afrika mənşəli kaktus kimi tikanları olan bir bitkidir. 360 növü olduğu bildirilir. Cənubu Amerika, Cənubi Afrika kimi tropik ərazilərdə də yetişir. Bəzək bitkisi kimi də becərilən aloe vera daha çox tibbi və kosmetik məqsədlər üçün istifadə edilir.

Yarpaqlarında olan aloe vera geli adətən nəmləndirici olaraq istifadə olunur. Bu gel jelatin miqdarı baxımından olduqca zəngindir. Aloe vera gelinin tərkibində 18 amin turşusu, 20 mineral, 12 vitamin var. Bu bitkinin boyu içində olan aloe vera suyu sayəsində dörd metrə qədər uzana bilər.

Aloe vera bitkisinin 4 min il əvvəl də istifadə olunduğu təxmin edilir. Şumer yazılarında aloe vera bitkisi “gənclik bulağı” olaraq göstərilir. Aloe vera çiçəyi makedoniyalı İskəndərin müharibədə yaralananlar üçün istifadə etdiyi bir bitkidir.

Aloe veradan necə istifadə edilir?

Aloe vera bitkisinin iki şəkildə istifadəsi geniş yayılıb. Birincisi ağız yolu ilə, ikincisi isə dəridə krem şəklində istifadədir. Ağız yolu ilə istifadədə ağız içindəki yaraların yaxşılaşmasında, həzm sistemində faydası var. Krem şəklində istifadədə isə aleo vera bitkisinin kökə ən yaxın yerdəki yarpağından bir hissə götürülür. Həmin hissə bölünür və ortaya çıxan gel dəriyə sürtülür. Aleo vera saç üçün istifadə edildiyi təqdirdə saça canlılıq və parlaqlıq verir. Bu bitkidən istifadə zamanı diqqət edilməsi lazım olan ən əhəmiyyətli nöqtə həmin şəxsin allergiyaya həssas olub-olmamasıdır. Allergiyası olan insanlar həkim tövsiyəsi ilə istifadə etməlidir. Aloe vera bitkisi bir çox krem, şampun, diş məcunu, losyonların tərkibində olur.

Aloe veranın faydaları nələrdir?

– Mikrob öldürücü olaraq istifadə edilir

– Orqanizmi mineral və vitaminlə təmin edir

– Sədəf xəstəliyinin təsirlərini azaldır

– Xərçəngin irəliləməsinin qarşısını alır

– Evdə saxlarkən həmin yerdə radiasiyanı azaldır

– Diabetə faydası var

– Sızanaqları yox edir

– Baş dərisindəki yaraları sağaldır

– Saça parlaqlıq verir. Saçların uzanmasına yardımçı olur

– Mədə qıcqırmasını aradan qaldırır

– Qəbizlik hallarında alma ilə aloe vera suyu istifadə edildikdə mükəmməl nəticə göstərir

– Suyu qaynadılaraq içildiyində astma xəstəliyinə faydalı olur

– Göz iltihablanmasında istifadə olunur

– Həşərat sancmalarında kömək edir

– Pəhrizlərdə arıqladıcı kimi istifadə edilir

Aloe veranın mənfi təsirləri

Aloe vera bir çox faydaya sahib olmasına baxmayaraq, əks təsirləri də var. Buna görə hansı məqsədlə istifadə edilməsindən asılı olmayaraq, həkim məsləhəti mütləqdir.

– Allergik reaksiyalar verə bilər

– Qarın ağrımalarına səbəb ola bilər

– Qanda potasium səviyyəsini azaldıb halsızlıq, düzənsiz ürək döyüntüsü və əzələlərin yumşalması kimi problemlərə səbəb olur

– Aloin maddəsi tərkibi sayəsində xərçəng xəstələrinin istifadəsi zamanı xərçəng hüceyrələrinin sürətli çoxalmasına səbəb olur.

– Qan şəkərini aşağı saldığı üçün diabetdə problemlər ola bilər

– Çox istifadəsi orqanizmi susuzlaşdırır, sidiyin qırmızı rəngdə gəlməsi ilə nəticələnən ciddi problemlərə yol açar

– Ciddi yanıqlar və cərrahi yaralarda yaraların gec sağalmasına səbəb olur

– Günəşə çıxmadan əvvəl istifadə edilərsə, günəş ləkələrinə səbəb olur

– Hamilələrdə uşaqlıq yolunda erkən sıxılmalara səbəb olub, düşmə ilə nəticələnə bilər. Buna görə hamilələrin istifadə etməsi məsləhət deyil

– Hansısa cərrahi əməliyyat olacaqsa ondan əvvəl istifadəsi dayandırılmalıdır. Əgər dayandırılmasa əməliyyatlarda ölümlə sonuclana bilər.

– Menstruasiya zamanı qanamanı artırır

Kliniki ölümün sirri açılır: Yeni təcrübə… – Alimlərdən yeni şok iddia

kliniki.jpg

Kliniki ölüm zamanı yaşananlar beyin fəallığından əmələ gələn dalğaların intensivliyi fonunda sıçrayışın nəticəsi ola bilər.

Araz.az xarici mediaya istinadla xəbər verir ki, alimlər kliniki ölümdən dərhal sonra beyin qabığında törənən elektromaqnit dalğaların intensivliyinin kəskin artdığını bildirir.

Bu isə öz növbəsində həmin anlarda beyin fəallığının güclənməsindən xəbər verir.

ABŞ-ın Miçiqan Universitetinin elmi qrupu hesab edir ki, kliniki ölümdən həyata qayıtmış insanların təəssüratları, ölüm astanasında gördükləri yuxuların təsviri həmin anlarda beyin fəaliyyətinin kəskin fəallaşması barədə elmi fərziyyələri sübut edir.

Miçiqan Universitetində ölən sıçovullar üzərində aparılmış tədqiqatlar nəticəsində gəmiricinin öldüyü anlarda beyin qabığında elektrik dalğaların intensivliyində kəskin yüksəliş qeydə alınıb.

Elmi qrup hesab edir ki, kliniki ölüm vəziyyətini yaşamış xəstələrin həmin anlarda sankı səyahət etdikləri, özlərinə kənardan baxdıqları, həyati hisslər keçirdikləri barədə söylədikləri də məhz həmin prosesin nəticəsidir.

Lakin Kardif Universitetinin professoru Kris Çambers alimləri tələsik nəticələr çıxarmamağa çağırıb. Onun qənaətincə, siçovul beyninin öyrənilməsi gedişində əldə edilmiş nəticələri insan beyninin fəaliyyətilə bağlı proseslərə birbaşa şamil etmək düz olmaz.

Milyarder 33 milyonunu uşaqlara bağışladı

170201_src.jpg

"Amazon" şirkətinin təsisçisi Cef Bezos həyat yoldaşı ilə birlikdə miqrant uşaqlarının təhsil alması ilə məşğul olan “TheDream.US” qeyri-kommersiya təşkilatına 33 milyon dollar bağışlayıb.

Arar.az xəbər verir ki, bu barədə məlumat təşkilatın saytında dərc edilib. Təşkilatın nümayəndəsi bu məbləğin onların tarixində ən böyük yatırım olduğunu bildirib. O bu məbləğin kollecə daxil olacaq minlərlə gəncə təqaüd vermək üçün kifayət olduğunu söyləyib.

Qeyd edək ki, “Blomberq”in məlumatına əsasən, yanvarın 8-də Bezosun sərvəti 105,1 milyard dollara çatıb.

Paltar sabununa şəkər tozu qatın, elə bir şeyi 1 gündə sağaldacaq ki, inanmayacaqsınız...

paltar-sabunu.jpg

1. Əgər uzun və sıx saçlara sahib olmaq və yaxud kəpəkdən xilas olmaq istəyirsənsə, o zaman "paltar sabunu”ndan təsirli vasitə tapmaq qeyri-mümkündür. Əvvəlcə şampundan istifadə et, daha sonra isə saçlarına sabun vur. Sabunu saçlarınızdan yuyun və son olaraq, suya 1-2 çay qaşığı üzüm sirkəsi qatılmış su ilə yaxalayın. Bu üsul həm də yağlı saçları olan insanlar üçün faydalıdır. 

2. Depilyasiyadan sonra dərinizdə səpkilərin əmələ gəlməməsi üçün dərhal həmin yerə "paltar sabunu” sürtün.

3. Heç olmasa həftədə 2 dəfə bu sabunla yuyunun. Bu, dərinizin cavan qalmasına yardım edəcək. Yuyunduqdan sonra üzünüzə uşaq kremi vurun. Belə yuyunmaların effekti əvəzolunmazdır.

4. Duş qəbul etməyi sevənlər üçün məsləhət. Buxarda yumşalmış cildinizi bu sabundan hazırlanmış suya kisəni batıraraq sürtsəniz, cildinizdəki məsamələrə dolmuş çirklər tamamilə təmizlənər.

5. Soyuqdəymənin ilk əlamətlərini hiss edərkən, bu sabunu çox az həddə əridib, suya qatın. Pambıqdan düzəldilmiş tampona batırıb, burun dəliklərinə yerləşdirin.

6. Bu vasitə həm də göbələk xəstəliklərinin qarşısını tamamilə alır. Zədələnmiş yeri sabuna batırılmış diş fırçası ilə yaxşı-yaxşı təmizləyin, daha sonra həmin yeri yodlayın.

7. Diş fırçanızı bu sabunla yuyun və bir qat sabun üzərində qalmaq şərtilə gecədən səhərədək saxlayın. O, bütün mikrobları məhv edəcək.

8. Şişın yatması üçün, eləcə də göyərmiş yerlərinizi bu sabundan hazırlanmış məhlul vasitəsilə sürtün. Bu prosesi gündə 2 dəfə etmək məsləhətdir.

9. İrinlənmiş yerə yatmazdan əvvəl 1:1 nisbətində rəndələnmiş soğan, paltar sabunu və şəkər tozunu qarışdırıb maz şəklinə salırsınız və sürtüb, bintləyirsiniz.

10.Dabanın çatlamış yerinə 2 litr qaynar suya 1 çay qaşığı soda və 1 xörək qaşığı sürtülmüş paltar sabununu qarışdırıb "vanna” edirsiniz.

11. Günəşdən yanan cildinizə "paltar sabunu” sürtün və qurumağını gözləyin. Bu dərinin yandığı yeri bərpa edəcək və uçuqlamasına imkan verməyəcək.

Göründüyü kimi, "paltar sabunu” kimi tanıdığınız bu vasitə min dərdə çarə ola bilir. 

31 -dən səhifə 41

Əlaqəli xəbərlər