Rövnəq Abdullayevin SOCAR-da yaratdığı ailə təsərrüfatı...

WhatsApp Image 2021 01 10 at 23.35.04
 
 
..ARDNŞ prezidenti bu "çetedə" birləşən doğma-yaxınlarının əliylə, sərvətlərimizin istismarından əldə edilən milyonları həzmi-rabedən keçirir
  
İctimai-siyasi xadim, Böyük Dayaq Partiyası Təşkilat Komitəsinin sədri, "Tərəqqi""3-cü dərəcəli Vətənə Xidmətə Görə" ordenlərinin laureatı, yazıçı-publisist, 
Azərbaycan və Rusiya Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, diaspor fəalı
kimi yaxşı tanıdığımız Mirkazım Seyidov özünün Facebook səhifəsində ARDNŞ prezidenti Rövnəq Abdullayevlə bağlı maraqlı yazı dərc edib. Sosial şəbəkələrdə böyük marağa səbəb olan həmin yazını olduğu kimi təqdim edirik:
 
"Vətən Müharibəsində mənfur düşmənlə, eləcə də müharibə qədər qorxulu olan öldürücü pandemiya ilə mübarizə aparan xalqımız üçün gərgin keçən belə bir məqamda, ölkəmizdə benzinin və dizel yanacağının qiymətinin qaldırılması üçün Tarif Şurasına təklif verən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin əsl məqsədi başqadır. Yəqin ki, Rövnəq Abdullayev bu dəfə öz oğlu Rəşada 1,5 milyonluq yox, daha bahalı saat almaq üçün, itilənmiş dişlərini qıcayıb. Məhz etdiyi bu və bu kimi xoşagəlməz əməllərinə görədir ki, artıq, el arasında da ARDNŞ-ın açmasını belə ifadə edirlər: "Abdullayev Rövnəqin Dədəsinin Neft Şirkəti". 
 
İllərdi bu qurumda baş verənlər, bu yozumun doğruluğuna şübhə yeri də qoymur. Rövnəq Abdullayevin və ətrafına topladığı doğma-yaxınlarının dövləti necə talamaları barədə mətbuat yazılarına baxmaq kifayətdir ki, bunun doğruluğuna sizlər də şübhə etməyəsiniz. Bu yerdə onu da diqqətinizə çatdırmaq istərdim ki, SOCAR-dakı ən mühüm vəzifələri də, Rövnəq Abdullayevin qohumları və yaxınları tutublar. Deyilənlərin təsdiqi olaraq, gəlin, həmin vəzifə sahiblərinin siyahısına bir daha diqqət yetirək: 
 
-- Anar Əlizadə! SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı oğludur. O, bu neft şirkətinin faktiki sahiblərindən biri kimi özünü təsdiq edib, çoxdan milyarderə çevrilib; 
 
-- Bədəl Əliyev! Anar Əlizadənin bu şirkətdə önəmli vəzifələr tutan qardaşlarından biridir. Çoxdan SOCAR İnformasiya Texnologiyaları Departamentində (rəis İnayət müəllim, onun təchizat üzrə müavini Rövnəq Abdullayevin sinif yoldaşı Azər müəllimdir) satınalmalar üzrə menecer vəzifəsində çalışır;
 
-- Nihad Əliyev! O da Anar Əliyevin qardaşıdır. Vəzifəsi SOCAR-da satış direktorudur;
 
-- Nüsrət Əliyev! Bu isə, Anar Əliyevin atası, Rövnəq Abdullayevin dayısıdır. Öz oğluna ölkənin senzoru olmadığını indiyədək başa sala bilməyən bu ata, Neft Emalı Zavodunda Qaz sektorunun müdiri vəzifəsini tutub;
\WhatsApp Image 2021 01 10 at 23.32.45
 
-- Anar Əliyevin əmisi Azad! Rövnəq Abdullayevin digər dayısıdır. Neft Emalı Zavodunda "Kislorod" deyilən sektorun müdiri vəzifəsi onun adına "özəlləşdirilib";
 
 -- Anar Əliyevin xalası oğlanları! Onların biri “Suraxanı OYL” Əməliyyat Şirkətinin, digəri isə, “Balaxanıneft”in  rəhbərləridir;
-- Anarın əmi nəvəsi Ramil Əliyev! O da, burada mühüm vəzifə tutur -- xeyli vaxtdır “EKOL”un rəisidir;
 
-- Anarın digər əmi nəvəsi Nail Əliyev!  Neft-Yağ Emalı Zavodunun rəisi vəzifəsində özünü möhkəmlədə bilib;
-- Anarın yaxın dostu Vasif müəllim! Onu da Anarın özü burada mühüm bir vəzifəyə gətirib. Daha doğrusu, o, şirkətin Neft Kəmərləri İdarəsinin rəisidir...
 
Bu siyahını hələ çox uzatmaq olardı. Lakin buna hələlik ehtiyac duymadıq. Bu yerdə yalnız onu demək istədik ki, bunlar, sanki Rövnəq Abdullayevin SOCAR-da qəsdən yaratdığı bir aktopod sistemidir və o, hər bir ölkə vətəndaşının payına düşən sərvətlərimizin istismarından əldə edilən milyonlarla vəsaiti, bu aktopod sistemi vasitəsilə həzmi-rabedən keçirir.
 
 Konkret desək, onun SOCAR-da qurduğu ailə təsərrüfatı Azərbaycan xalqından vəsaitləri oğurlamaqda peşəkar olub. Bu peşəkarların başında Anar Əlizadənin durduğu barədə yazılanlar isə, çoxdandır ki, Azərbaycan mediasının "bəzəyinə" çevrilib.  SOCAR-dakı bu “qara dəlik” vasitəsi ilə, dövlət əmlakını özününküləşdirmə mexanizmi, çoxdandır ki, açıq-aşkar fəaliyyət göstərir. 
 
Doğrudan da, bu aktopodların -- "yırtıcılar çetesinin" burada törətdikləri əsl cinayətlərdir. Bütün bunlar sensasion yazılar mövzusudur! Bəs, görəsən, bu yırtıcılardan canımız nə vaxt qurtaracaq?! Axı, bu adamlar öz qanunsuz əməlləri ilə, dövlət başçısı İlham Əliyevin siyasətini sabotaj etməklə məşğuldurlar. Məmurların bu və bu kimi dağıdıcı əməllərinə görədir ki, ölkədə sosial-iqtisadi problemlər bitib-tükənmir, əhalinin güzəranı düzəlmir ki, düzəlmir! 
 
Yəqin ki, cənab Prezident tezliklə yeni bir islahatlar proqramına da start verəcək. İnanıram ki, gün gələcək, Rövnəq və onun bu ailə təsərrüfatında birləşənlər də damlanacaqlar. Çox qalmayıb. Hər "xod gedənin" bir dövranı olur. Nə qədər güclü olsalar da, onlar, Ramiz Mehdiyev və onun ətrafına topladığı dəstədəkilər qədər güclü ola bilməyəcəklər. Gərək, onların başlarına gələnlərdən dərs alaydılar. Amma, ala bilmədilər...".           
 
araz.az xəbər portalı.

Separatçı təfəkkürə malik həmyerlilərimiz, indi də, "AzərRos"u "Talış -- Muğan Respublikasına" çeviriblər -- FOTO-VİDEO FAKTLAR BELƏ BUNUN TƏSDİQİDİR

bandicam 2021 01 08 00 30 53 733
 
Dünyada gedən informasiya müharibəsinin son vaxtlar daha da şiddətləndiyi hamıya məlumdur. Hərtərəfli bu müharibədəki haqq mübarizəsində xalqımızı xarici ölkələrdə təmsil edən diaspor qurumlarımızın apardıqları böyük işlərin miqyas ölçüsü, 44 günlük Vətən Müharibəsinin son nəticəsində də, öz əksini tapdı -- 30 il düşmən tapdağında inləyən Qarabağ uğrunda gedən mübarizədə tarixi qələbəyə imza atdıq. Halbuki informasiya müharibəsindəki son uğurları əvvəlcədən əldə etsəydik, mənfur düşmən qüvvələr tərəfindən illər öncə işğala məruz qalan Qarabağımız uğrunda apardığımız savaşda bu tarixi qələbəni çoxdan qazanardıq.
WhatsApp Image 2021 01 08 at 00.07.47
Çox təəssüf ki, ötən bu 30 ildə bu informasiya müharibəsində əllərinə əsas silahı götürən diaspor qurumlarımız arasında birlik olmadı. Konkret desək, xaricdəki təmsilçilərimiz belə iqtidara, müxalifətə və digər qruplara bölünərək, vahid mövqedən çıxış edə bilmədilər.
Məsələn, xarici ölkələrdə, ələlxüsus Rusiya Federasiyasında məskunlaşan soydaşlarımız, bir ara, bütün dünyada Azərbaycan diasporunun birləşməsi məsələsində, məhz, 1999-cu ildə bu ölkədə təsis edilən və az bir müddət ərzində tərkibində çox sayda təşkilatı birləşdirə bilən Rusiyada Azərbaycanlıların Federal Milli -- Mədəni Muxtariyyətinə -- "AzərRos"a böyük ümidlər bəsləyirdilər. 
Di gəl ki, Rusiya kimi belə bir nəhəng ölkədə fəaliyyət göstərən bu diaspor təşkilatımız da, uzun zaman ayrı-ayrı fərdlərin əlində alətə çevrildi. Təşkilatın rəhbər kürsülərinə məkrli niyyətləri olan kimlər əyləşdirilmədilər?! Bir sözlə, onlar “Milyarderlər İttifaqı”, eləcə də başqa adlar altında öz siyasi ambisiyalarını həyata keçirmək üçün, milli maraqlarımıza zidd ağlasığmaz çirkin məqsədlərə əl atmaqdan belə çəkinmədilər. Ətrafında yaranan bu və bu kimi digər iyrənc oyunlar, hətta, dəfələrlə bu təşkilatın bölünməsi ilə nəticələnən açıq-aşkar dramatik vəziyyətlərlə müşayiət olundu.bandicam 2021 01 08 00 50 27 874
Deyilənlərin bariz nümunələrini, xaricdəki diasporumuzun fəaliyyətini daim işıqlandıran bir mətbu orqanın -- "Araz" Media Qrupunun, araz.az xəbər portalının əməkdaşı olaraq, ötən illərin baş tutan seçkilərində və digər səs-küylü siyasi olaylarında daha çox gördüm. Şahidi oldum ki, ümumiyyətlə, fəaliyyət göstərdiyi illər ərzində bu təşkilat Rusiyadakı Azərbaycan icmalarını gücləndirə, eləcə də onları vahid mərkəz ətrafında birləşdirə bilərdi. Lakin Azərbaycanın sabiq Baş nazirinin müavini Abbas Abbasov bu qurumu yaradanda verdiyi sözlərini yerinə yetirmədi. Rusiya azərbaycanlılarının birləşdirilməsi və "AzərRos"la digər Azərbaycan təşkilatları arasında qarşılıqlı anlaşma mühitinin artırılması əvəzinə, onun rəhbərliyində özlərinə yer edənlər öz şəxsi məqsədləri naminə fitnəkarlıqlar törədərək, bu ictimai təşkilatı parçalayıb, siyasi bəyanatlar üçün platformaya çevirdilər. Elə, onlar, bütün bu hərəkətlərinə görə də, soydaşlarımız tərəfindən "AzərRos"a qarşı nifrət hissləri yaratdılar. 
Xatırladaq ki, "AzərRos"a əvvəllər Söyün Sadıqov, Asif Məhərrəmov kimi məkrli niyyətləri olan ambisiyalı şəxslər rəhbərlik ediblər. Ölkəmiz üçün gərgin və həssas keçən ötən illərdə isə, onun prezidenti postunda Rusiya prezidenti yanında Millətlərarası Əlaqələr Şurasının üzvü, ermənilərlə azərbaycanlıların hər zaman dost olduğunu bildirib, mənfur düşmənə hüsn-rəğbətini gizlətməyən, hətta saxtakar erməni alimlərindən tez-tez  sitatlar gətirməkdən belə çəkinməyən Mehriban Sadıqova əyləşdirilib. Beləcə, Abbas Abbasov kimilərin "əlləri altında" Azərbaycan icmasının nümayəndələrini aldadan, eləcə də Azərbaycan hakimiyyətinə qarşı etibarsızlıq yaradan bu
şəxslər öz dağıdıcı hərəkətləri ilə, Rusiyadakı soydaşlarımızın icmalarını parçalamaqdan və diaspor qurumları daxilində gedən qalmaqalları böyütməkdən heç vaxt çəkinməyiblər.bandicam 2021 01 08 00 50 21 562
Dəhşət ondadır ki, regionda sürətlə dəyişən belə bir mürəkkəb geosiyasi vəziyyətdə də, Rusiya və ətrafında olan postsovet ölkələrinə bir sıra Qərb ölkələri tərəfindən ciddi təzyiq göstərildiyi, bu nəhəng ölkədəki əqidələri təmiz vicdanlı və Azərbaycan sevgisi böyük olan soydaşlarımızın millətlərarası sülh və dözümlüyü təmin etmək üçün çalışdıqları bir vaxtda da, bu qurumu əllərinə alıb, bir alətə çevirənlər yenə dinc dayanmır, milli maraqlarımız əleyhinə işləməyi özlərinin həyat amallarına çevirirlər.
Etibarlı mənbələrdən araz.az-a daxil olan son bir xəbərdə bildirilir ki, bu yaxınlarda Mehriban Sadıqova istefa ərizəsi yazıb, "AzərRos"un prezidenti postuna isə, Xanoğlan Əliyev ad-soyadlı bir iş adamı gətirilib. Dəhşət ondadır ki, Rusiya vətəndaşı olan bu həmyerlimiz də, ötən illər ərzində Azərbaycanın maraqları əleyhinə fəaliyyət göstərən imkan sahibi kimi tanınıb. Azərbaycan qarşısında onun da vətəndaş məsuliyyəti vətənpərvərlik əməllərində heç vaxt nəzərə çarpmayıb. Daha dəqiq desək, Xanoğlan Əliyev öz ətrafı ilə birlikdə, həmişə, ölkəmizin cənub bölgəsində bir vaxtlar "Talış -- Muğan Respublikası" adlı qondarma bir qurum yaratmağa cəhd edən, buna görə layiqli cəzasını alan, həbsdən çıxandan sonra isə, xaricdə özünə "siyasi sığınacaq" tapan Əlikram Hümbətovun dəstəkçisi kimi də tanınıblar. Hətta onlar Rusiyada da, milli maraqlarımız əleyhinə olan belə bir qurum yaradıblar.
 
 
 
 
 
Bu azmış kimi, Əlikram Hümbətovla tez-tez görüşlər keçirib, öz iyrənc məqsədlərinə daha tez çatmaq üçün ondan məsləhətlər alıblar. Əldə etdiyimiz foto-şəkillər də, video-görüntülər də, Xanoğlan Əliyevin və onun ətrafının öz Facebook səhifələrindəki status-yazışmaları da, deyilənlərin sübutudur. Həmin sübutları dəyərli oxucularımızın da diqqətinə çatdırırıq. Qoy, onlar desinlər, fəaliyyəti Azərbaycan əleyhinə tuşlanan belə bir şəxsin, ölkəmizin beynəlxalq aləmdə tanınmasında və güclənməsində rol oynaya biləcək belə bir diaspor təşkilatının rəhbəri vəzifəsinə gətirilməsi nə dərəcədə düzgündür?! Nədən, indiyədək, Azərbaycanın əlaqədar dövlət qurumlarının bu ciddi məsələyə rəsmi reaksiyaları olmayıb?! 
Ümumiyyətlə, "AzərRos"un belə bir aqibətlə üzləşəcəyi gözlənilən idi. Çünki bu təşkilatın rəhbərliyində birləşənlər heç vaxt Azərbaycan üçün Rusiya kimi böyük bir ölkədə uğurlu təmsilçi olmayıblar. Halbuki bunu hər vaxt Azərbaycanın gələcəyi tələb edib.WhatsApp Image 2021 01 08 at 00.06.23
WhatsApp Image 2021 01 08 at 00.06.24
WhatsApp Image 2021 01 08 at 00.06.24 1
 
 
Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.
 
REDAKSİYADAN:
 
 
Son vaxtlar araz.az saytı etibarlı informasiya mənbələrindən buna bənzər digər məlumatlar da əldə edib. Daha doğrusu, həmin məlumatlar da, Rusiya Federasiyasının ayrı-ayrı bölgələrindəki diaspor qurumlarımızı ələ keçirərək, ölkəmiz əleyhinə məkrli planlar əsasında qorxub-çəkinmədən işləyən həmyerlimizin iyrənc əməlləri barəsindədir. Tezliklə Kemerovo, Samara, Rostov və digər bölgələrdə məskunlaşan həmin "diaspor fəallarının" fəaliyyətləri barədə də, geniş yazılar dərc etməyi planlaşdırırıq.

İslam dünyasının ortaq dəyəri – MÜQAVİMƏT VƏ ŞƏHADƏT FƏLSƏFƏSİ

WhatsApp Image 2021 01 02 at 14.37.11
 
İranla Azərbaycanı birləşdirən dəyərlər çoxdur və bu barədə xeyli yazılıb, danışılıb. Tarixi, siyasi, iqtisadi, mədəni, coğrafi, dini, adət-ənənə eyniliklərinin əhatələndiyi və uzadılması mümkün siyahıda məncə, əsas yerlərdən birini də müqavimət və şəhadət fəlsəfəsi tutur.
 
Hərçənd, diqqətli oxucu müəllifə Aləmlərin Rəbbinin sonuncu və ən mütərəqqi səmavi ideologiyasını, müqəddəs Kitabını xatırladaraq, cihadın, şəhidliyin İslami tövsiyələrdən kənara çıxarılmasına eirazını bildirər, hətta müəllifi qınayar da… Yüz faiz razıyam, tamamilə haqlıdır.Amma və lakin… Bizlərdə bir yandan sovet imperiyasının təzyiqi və bəzi ərəb dövlətlərinin loyallığı, digər tərəfdən isə Qərbin qurama din modeli təlqini ilə İslam barədə elə yanlış stereotiplər formalaşıb ki, bu barədə düşünəndə gözlər önündə yalnız namaz-oruc ibadəti və dəfn mərasimi canlanır… Həmin səbəbdən irticanın illərlə zehinlərin dar küncünə pərçimləməyə çalışdığı İmam Hüseyn Məktəbi zülmə etiraz hayqırtısı ilə bütün buxovları qırdı və beləliklə, “bölmə, şöbə, filial” çərçivəsindən çıxaraq “müstəqil idarəçilik” kimi fəaliyyət göstərməyə başladı.WhatsApp Image 2021 01 02 at 14.36.48
 
Və məhz Müqavimət və Şəhadət Dərsləri sayəsində Azərbaycan erməni quldurları tərəfindən ilhaq edilmiş cənnət-məkan ərazilərinə qovuşdu, İran haqsız təzyiq və sanksiyalara tab gətirə bildi, Fələstinin hər günü mason-sionist rejimlə cihadda keçir, Türkiyə dövlət çevrilişinə cəhd kontekstində dinc əhalinin qırğınından son anda qurtuldu və sair.     
 
Azərbaycan və İranın uzaq-yaxın keçmişinə ekskurs hər iki ölkənin, dövlətin və xalqın demək olar ki, oxşar tale yaşadıqlarını bir daha yəqinləşdirir. Allahın əlverişli geopolitik mövqe və zəngin təbii sərvətlər bəxş elədiyi bu torpaqlar lap qədimdən mürtəce qüvvələrin iştahası altına düşüb, vətənimizə müstəmləkə, bizlərə qul, kölə münasibəti ilə üstümüzə diş qıcıyıblar, varidatımızı talayıb aparıblar.
 
Məmləkətlərimiz zaman-zaman Papaların xeyir-dua verdiyi səlib yürüşlərinə tuş gəlib, qərbli işğalçıların ayaqlarında tapdalanıb… Arazın o tayında şah rejimi, bu tərəfində isə “qırmızı imperiya” tərəfindən xalq kütlələri əzilib, azadlıq mücahidlərinə divan tutulub… 1920-ci il aprelin 28-də Şərqdə ilk demokrat təsisat olan Xalq Cümhuriyyəti sovetlərin qanlı caynaqları ilə boğulub, 1979-cu il İslam inqilabının qələbəsi zəminində qurulan İslam Respublikasının üzərinə ABŞ-ın təhriki ilə İraqdakı Səddam rejimi qaldırılıb, iki qonşu, qardaş savaşında xeyli qanlar axıdılıb, qurbanlar verilib.WhatsApp Image 2021 01 02 at 14.37.27
 
1991-ci ilin 18 oktyabrında Dövlət Müstəqilliyi Aktı imzalayıb zorən qoşulduğu İttifaqdan çıxan Azərbaycan Ermənistanla açıq müharibəyə cəlb olunub və yalnız 29 il sonra təcavüzə məruz qalmış torpaqlarını azad edə bilib. İrana birbaşa hücuma cəsarətləri çatmayan irticaçı qüvvələr antiterror koalisiyası adı ilə pərdələnərək 2011-ci ilin martından Suriyaya bomba yağdırır və Tehranı da həmin münaqişəyə çəkməyə çalışırlar.
 
İkicə aydan sonra 10 yaşı bitəcək “vətəndaş savaşı” kimi qələmə verilən dəhşətli genosid nəticəsində xarabazarlığa çevrilən bu ölkə əslində bufer zona rolunu oynamaq məcburiyyətində qalıb. 1992-ci ildə ABŞ Konqresində ölkəmizə birbaşa dövlət yardımını yasaqlayan "Azadlığa Dəstək" Aktına 907-ci düzəliş qəbul olunub; işə bax, guya Azərbaycan Dağlıq Qarabağı "işğal etmək", Ermənistanı isə “blokadaya salmaq” istəyirmiş… Məntiqinə və təklifinə lənət, senator Con Makkeyn!.. 2016-cı ildən Tramp komandası Amerikanı “Birgə Hərtərəfli Fəaliyyət Planı” adlandırılan nüvə sazişindən çıxararaq İrana qarşı amansız sanksiyalar tətbiq edib. İllərdir ki, rəsmi Bakı boşboğaz bəyanatları ilə daşnak dəyirmanına su tökən ATƏT-in Minsk qrupunun, rəsmi Tehran 6+1 formatına daxil yayğın, öz imzaladıqları sənədə hömət göstərməyən dövlətlərin nazını çəkir. Nə isə… Oxşar tale yollarında başımıza gətirilən müsibətlər, qarşımıza qoyulan süni maneələr saymaqla bitib tükənən deyil.
 
Ancaq, həmd-səna olsun Uca Tanrıya ki, bütün əngəlləri dəf etməyi bacardıq və Şəhadət Məktəbindən mənimsədiyimiz eşq şanlı mücadilələrdə köməyimizə çatdı. Azərbaycan Ali Baş Komandanın uzaqgörən siyasəti, dövlət-xalq birliyi, müzəffər ordumuzun rəşadəti sayəsində 30 ilə yaxındır, erməni işğalında inləyən torpaqlarımızı azadlığa, həqiqi sahiblərinə qovuşdurdu. 8 illik müharibədə şəhidpərvər İran xalqı nə İslam inqilabına xələl gəlməyə qoydu, nə də bir qarış ərazisini güzəştə getdi. Qeyri-insani sanksiyalar dövründə müdrik idarəçilik, insanlarınn dözümü və zəhmətkeşliyi sayəsində milli resurslardan istifadə, daxili istehsalı artırmaqla ayaq üstdə durdu, büdrəmədi, düşmənə boyun əymədi…WhatsApp Image 2021 01 02 at 14.38.53
 
Amma bütün bunlar itkisiz, qurbansız olmur təəssüf ki… Və eyni rakursdan İran da, Azərbaycan da terrora, təxribata, ikili standartlara məruz qalan dövlətlərdir. Fərqi yoxdur, passiv kütləvi (məsələn, embarqolar zəminində aviasiya ehtiyat hissələri qıtlığı üzündən təyyarə qəzalarındakı itkilər, yaxud zəruri dərman pereparatları çatışmazlığına görə ölüm halları…), ya da aktiv fərdi (yəni, ölkənin tərəqqisində xüsusi xidmətlərə malik, düşmən təxribatına sinə gərən siyasi liderin, hərbçinin, alimin aradan götürülməsi) terror olsun - məqsəd, nəticə, hüquqi qiymət fərqlənmir - qatı cinayət aktıdır, önlənməli, pislənməli, lənətlənməli, sifarişçi və icraçılar beynəlxalq tribunallarda cavab verməlidirlər.
 
Elə ötən əsrin başlanğıcından mənfur daşnakların əli ilə respublikamıza, xalqımıza qarşı törədilən soyqırımları kiçikdən-böyüyə hamıya məlumdur. Soydaşlarımız dörd dəfə (1905-1907, 1918- 1920, 1948-1953, 1988-1993- cü illərdə) erməni millətçilərinin etnik təmizləmə və deportasiyası ilə üzləşmişlər. 1937-ci il repressiya dalğasında Firudin bəy Köçərli, Əhməd Cavad, Yusif Vəzir Çəmənzəminli, Salman Mümtaz, Xədicə Qayıbova, Mikayıl Müşfiq, Abbas Mirzə Şərifzadə və digər minlərlə ziyalımız məhv edildi. Görkəmli dövlət xadimi Nəriman Nərimanov, yenilməz sərkərdə Həzi Aslanov, dünya şöhrətli müğənni Rəşid Behbudov, tanınmış şərqşünas, akademik Ziya Bünyadov, peşəkar hərbçi general-leytenant Rail Rzayev və başqalarının müəmmalı ölümü, yaxud qətli üzərindən sirr pərdəsi hələ də qalxmayıb… Milli qəhrəmanlarımız - general Polad Həşimov, Mübariz İbrahimov və minlərlə şəhidimizin sıralarımızdan qoparılması, cismani yoxluqları ürəyimizi göynədir…
 
Bu məqamda dünyanın müxtəlif ölkələrində ASALA terrorçularının bombalı hücumunda həlak olmuş türk diplomatlarının əziz xatirəsini də hörmət və rəhmətlə yad edirik.   
İslam İnqilabının, İran dövlətinin və xalqının cəsur müdafiəçiləri, hərbi taktika, strategiya və müasir texnologiyaların biliciləri Şəhid Fəllahi, Şəhid Hemmat, Şəhid Camiran, Şəhid Bakiri, Şəhid Babayi, Şəhid Doran, Şəhid Xarrazi məhz Qərb və mason-sionist irticasının terror hədəfinə tuş gəldilər. Suriyada legitim hakimiyyətin dəvəti ilə zəruri obyektlərin və müqəddəs məkanların qorunmasına qatılmış onlarla sərdar və hərbi mütəxəssis həyatını itirdi. Birinci Qarabağ savaşının ilk günlərində Azərbaycana köməyə gələn iranlılar arasında da sağlamlığı ziyan çəkənlər, şəhidlik məqamına yüksələnlər var.
 
Yola saldığımız ilin əvvəlində, daha dəqiq, yanvar ayının 3-də SEPAH-ın Qüds briqadasının komandanı, igid general Qasim Süleymani Bağdad aeroportunda əyləşdiyi maşının raketlə vurulması nəticəsində şəhadətə qovuşdu. Onu qarşılayan Haşdi-Şabi özünümüdafiə qüvvələrinin komandir müavini Əbu Mehdi Əl-Mühəndis və təhlükəsizlik əməkdaşları da şəhid oldular. Rəsmi dövlət adamı, öz ölkəsinin prezidentindən İraq rəhbərliyinə məktub aparan şəxsin bölgədə sülh və əminamanlığın bərpası, İŞİD tör-töküntüləri ilə mübarizə istiqamətində fəaliyyəti, haqq işi təbii ki, həmin terrorçulara himayə göstərənlər tərəfindən önləndi. Rəsmi Tehran amansız terrorda 48 nəfərin iştirakını artıq müəyyənləşdirib ki, onların da başında prezident kürsüsündən qopmaq istəməyən rüsvayçı Donald Tramp dayanır…
 
Bir ay əvvəl, noyabrın 2-də İranın dincməqsədli nüvə proqramının əsas simalarından biri, Müdafiə nazirinin müavini Möhsün Fəxrizadə Dəmavənd əyalətinin Absərd bölgəsində avtomobilinə silahlı hücum nəticəsində ağır yaralandı və xəstəxanada dünyasını dəyişdi. Cinayət aktı araşdırılır, hələ yekun rəy açıqlanmasa da izlər yenə də beynəlxalq sionizmə tərəf aparır…
 
Terrorun, terrorçunun vətəni, milləti, dini olmur, deyirlər. Qismən razıyıq. Lakin mərkəzi, yönəldicisi, ilhamvericisi, maliyyəçisi ki var… Əlahəzrət faktlar son hadisələrin tamamilə Qərbdən qaynaqlandığını təsdiqləyir. Onlar bizlərlə döyüş meydanında üzbəüz gəlməyə qorxurlar, genimizə, ruhumuza hopan şəhadət fəlsəfəsindən ehtiyatlanırlar… Həzrət Məhəmməd (s) idarəçiliyinin, İmam Hüseyn (ə) Məktəbinin, İntizar Fəlsəfəsinin, İmam Zamanın (əc) necə və harada zühur edəcəyinin öyrənilməsinə milyonlar xərcləyirlər. Siyasi, iqtisadi, elmi, mədəni, dini, insani əzəmətimizə paxıllıqlarından, qısqanclıqlarından doğan qisasçılıqlarını isə terrorla, sui-qəsdlə söndürməyə çalışırlar… Bu, sağlam mübarizə yolu deyil, psixopatların, manyakların, vəhşilərin boğuşma tərzidir, hansı ki, bəşəriyyəti yeni toqquşmalar müstəvisinə, uçuruma, məhvə sürükləyir…WhatsApp Image 2021 01 02 at 14.39.09
Qurban CƏBRAYIL,
“Qələm” Yazarlar Birliyinin sədri.

1 -dən səhifə 7

Əlaqəli xəbərlər