Sürücülərə ŞAD XƏBƏR: Oktyabrın 1-dən etibarən... - VİDEO

surucu66Mərkəzi Bank Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətə görə ödədəyə icbari sığorta haqqı məbləğlərin hesablanması qaydası"nı təsdiq edib.

Oktyabrın 1-dən avtomobil sahibləri icbari Sığorta üzrə sığorta haqqını yeni qayda ilə ödəyəcək

Yeni qaydalara əsasən sürücülərin məsuliyyətə görə ödədiyi sığorta haqqı onların daşıdığı riskin səviyyəsinə görə müəyyənləşdirililəcək. Yəni, məsuliyyətli və məsuliyyətsiz sürücülər bir-birindən fərqlənəcək.

Baza sığorta haqqı dəyişdirilməyəcək, 50 manat olaraq qalacaq. Lakin, risk səviyyəsinə görə baza sığorta haqqına yeni əmsallar tətbiq ediləcək.

Nəqliyyat vasitələrinin daha sıx, intensiv olduğu yerlərdə yol-nəqliyyat hadisələrinin tezliyi daha yüksək olur. Bu səbəbdən Bakı şəhərinə, Sumqayıt və Abşerona yüksək əmsal tətbiq ediləcək. Digər bölgələrdə sürücülər isə daha az sığorta haqqı ödəyəcəklər. Bununla yanaşı köhnə nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisə tezliyi yüksək olduğundan istismar müddəti 10 ili aşan nəqliyyat vasitələrinə 1,05, 20 ili aşan nəqliyyat vasitələrinə 1,1 əmsalı, istismar müddəti 10 ildən az olan nəqliyyat vasitələri üçün isə 1 əmsalı tətbiq olunacaq.

Yeni qərarla bağlı sürücülərin də fikrini öyrəndik. Onlar deyir ki, bu qərar yol qəzalarının sayını da azaldacaq.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər