“Cinayət işimdəki 213-cü maddənin dürtülməsində rolu olanlardan biri də Alimpaşa Məmmədovdur”

alimpasa3

“Bir sənədi axtarıram, o səbəbdən cinayət işimi vərəqləyirəm. Qarşıma nə çıxsa, yaxşıdır. Sən demə, cinayət işimdəki 213-cü maddənin o işə dürtülməsində rolu olanlardan biri də Alimpaşa Məmmədovdur”.

araz.az pravda.az-a istinadən xəbər verir ki , bunu jurnalist Əvəz Zeynallı deyib.

“Alimpaşa Məmmədov - 4 milyonluq parkı oğluna 40 manata satan "maral" Alimpaşa. O zaman vergilərdə işləyirmiş - Fazil Məmmədovun yaxın adamı kimi. Heç diqqətimi çəkməyib. Qəbirqazanlardan biri imiş... Vikipediyaya baxıram, 30 aprel 2021-ci ildə gecə yarısı bütün bilgiləri siliblər - üzqızardıcı nə var ki?! Bax belə... Mənim cinayət işimdə Alimpaşa da varmış...” – Ə.Zeynallı qeyd edib.

Əlaqəli xəbərlər