Müdafiə Nazirliyi məlumat yaydı

mudafiee

Laçın rayonu ərazisində erməni təxribatı zamanı basdırılan daha 100 ədəd mina zərərsizləşdirilib.

 

araz.az bildirir ki, bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənməsi prosesi davam edir.

"Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 19-da Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 100 ədəd Э-001 М tipli piyada əleyhinə mina aşkar edilib.

Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən çıxarılıb.

Ərazidə mühəndis təminatı üzrə görülən işlər davam etdirilir", - nazirlikdən qeyd olunub.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər