“NEPTUN” supermarketlər şəbəkəsinin əməkdaşı “Yurd və Millət Fədaisi” diplomu ilə təltif olundu

 

   Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidlərini daha çox gənc nəslə bağlayır və bu danılmaz bir həqiqətdir. Belə bir səbəbdən də, gənc nəslin sağlam ruhda yetişməsi və formalaşması istənilən ölkə üçün ən başlıca vəzifələrdən biri hesab olunur. Qeyd edək ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur.WhatsApp Image 2022 01 14 at 11.26.09 1

Odur ki, gənclər hər bir tarixi dönəmdə vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrildikləri üçün, onlar zaman-zaman cəmiyyətin aparıcı təbəqəsi hesab olunublar. Hal-hazırda müstəqil Azərbaycan Respublikasında gənclərə xüsusi diqqət və qayğının göstərilməsi, onların mükəmməl təhsil almaları, hərtərəfli formalaşıb inkişaf etmələri üçün lazımi şəraitin yaradılması və s. heç də təsadüfi deyildir. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə gənclərin üzərinə xüsusi missiyalar düşüb və onlar təmsil etdikləri ölkələrin, dövlətlərin inkişafına hər zaman sanballı töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar.

   Bəli, bu gün ölkəmizdə əksəriyyətə nümunə ola biləcək çoxsaylı gənclərimiz var ki, onlardan biri də “NEPTUN” supermarketlər şəbəkəsinin 5 saylı filialının müdir müavini Elməddin Hümbət oğlu Balakişiyevdir. Qeyd edək ki, bu şəxs özündə ən ülvi insani keyfiyyətləri cəmləşdirməklə bərabər, qəlbən xalqına, Vətəninə və onun hər qarış torpağına bağlı olan bir gənc olduğunu əməli addımları ilə ortaya qoymağı da bacarır. Ona görə də, bu gün ona qarşı nəinki çalışdığı kollektiv üzvləri tərəfindən, hətta geniş bir çevrənin sonsuz rəgbəti hissi formalaşıb. Unutmaq olmaz ki, Elməddin Balakişiyev çalışdığı sahədə əmək fəaliyyəti ilə məşğul olsa da, o, xalqımızın taleyüklü məsələlərinin həllində hər zaman həmrəylik nümayiş etdirmiş, xalqına və dövlətinə qarşı hər zaman sevgi hissini ortaya qoymağı da bacarmışdır. Məsələn, bu şəxs “NEPTUN” supermarketlər şəbəkəsinin 5 saylı filialının yaxın ərazisində yaşamış və Vətən müharibəsində bənzəri olmayan qəhrəmanlıqlar göstərərək Murovdağ silsiləsi uğrunda həyata keçirilən döyüş əməliyyatlarında qəhrəmancasına şəhid olan Xüsisi Təyinatlı Qüvvələrin kapitanı Hüseynzadə Həmidağa Bağı oğlunun əziz xatirəsini heç zaman unutmur. Belə ki, o, rəhbərliyinin dəstəyi sayəsində ötən ilin 8 noyabrında Zəfər Günü ilə əlaqədar çalışdığı mağazanın qarşısında tədbir təşkil edir, Dövlət Himni səsləndirilir, şəhid Həmidağa Hüseynzadənin unudulmaz xatirəsi yada salınır, onun keçdiyi döyüş yollarından bəhs olunur, vətənpərvərlik ruhunda bir neçə mahnılar oxunur. Bundan əlavə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində isə, şəhid Həmidağa Hüseynzadənin 2-ci Fəxri Xiyabandakı məzarı 5 saylı filialın bir neçə əməkdaşı, o cümlədən Elməddin Balakişiyev tərəfindən ziyarət olunur, onun ruhuna dualar oxunur, məzarı üstünə gül dəstələri düzülür və digər şəhidlərin də əziz xatirələri ehtiramla anılır. Hətta, şəhid Həmidağa Hüseynzadənin ailəsinə kollektiv üzvləri adından bayram sovqatları da çatdırılır. Bütün bunlar onu sübut edir ki, “NEPTUN” supermarket mağazalar şəbəkəsində, o cümlədən 5 saylı filialda çalışan kollektiv üzvlərinin hər biri şəhid adını uca tutur, şəhid ruhuna hörmət və ehtiramla yanaşırlar. Bu da onu söyləməyə əsas verir ki, bu kollektivdə çalışanlar hər zaman xalqının, dövlətinin yanında olmağı bacarırlar, əsl vətəndaş mövqelərini ortaya qoyurlar.
   Bu yöndə atılan addımlar yalnız və yalnız ümumilli maraqlarımızın həllinə cavab verdiyindən, biz bir media qurumu olaraq hər kəsin, o cümlədən “NEPTUN” supermarketlər şəbəkəsinin 5 saylı filialının müdir müavini Elməddin Balakişiyevin fəaliyyətini də qiymətləndirməyi özümüzə borc bildik və onu “Araz” Media Qrupunun təyin etdiyi “Yurd və Millət Fədaisi” diplomu ilə təltif etdik. İnanırıq ki, o, bir Azərbaycan gənci olaraq bundan sonra da əməli addımları ilə xaqlına, dövlətinə layiqincə xidmət göstərib, nümunəvi vətəndaş mövqeyini ortaya qoymağı bacaracaq.

Kamal MİRZƏ

Əlaqəli xəbərlər