Azərbaycan Moldovada keçirilən XXI Etnik Festivalda təmsil olunub

1663524224593

Sentyabrın 18-də Moldovada Kişineu meriyası və Millətlərarası Əlaqələr Agentliyinin təşkilatçılığı ilə keçirilən XXI Etnik Festivalda ölkəmiz də təmsil olunub.

Bu barədə, Azərbaycanın Moldovadakı Səfirliyinin Mətbuat Xidmətindən araz.az-a daxil olan məlumatda bildirilir. Məlumatda qeyd olunur ki, Festival çərçivəsində, Moldovadakı Səfirliyimiz və diaspor təşkilatımız, Moldovadakı Azərbaycanlılar Konqresinin dəstəyi ilə, Azərbaycan guşəsi yaradıb, habelə Şuşaya həsr edilmiş fotosərgi təşkil ediblər.1663524224630

         Məlumatda sonra bildirilir ki, Moldovada hər il təşkil edilən etnik festivalda ölkə üzrə müxtəlif xalqları təmsil edən guşələr yaradılır, onların milli-mədəni dəyərləri, adət-ənənələri, eləcə də milli mətbəxi nümayiş olunur. Bu ilki festivalda da, Moldovada yaşayan 35 etnik qrupu və 16 yaradıcı kollektivi təmsil edən 40-a yaxın etnomədəni təşkilat iştirakçı olub. Festivala paytaxt meri İon Çeban, Qaqauziyanın rəhbəri İrina Vlax, müxtəlif dövlət rəsmiləri, diplomatik korpusun üzvləri və çoxsaylı icma nümayəndələri baş çəkiblər.1663524224689

        Məlumata görə, ölkəmizin mədəniyyətinin, milli-mənəvi dəyərlərinin Moldovada təbliğ edilməsi məqsədi ilə yaradılmış "Azərbaycan Pavilyonu" festivaldakı ən böyük və ən çox ziyarət edilən guşə olub. Bu Azərbaycan guşəsində milli musiqi və rəqslər, uşaqların ifasında ana dilimizdə müxtəlif şeirlər səsləndirilib. Guşəni böyük maraqla izləyən qonaqlara, milli mətbəxin müxtəlif təamları da təqdim edilib.1663524224548 1
          Bütün bunlardan əlavə, 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi münasibətilə, festival çərçivəsində Şuşaya həsr edilmiş fotoşəkillərdən ibarət sərgi təşkil edilib. Bu sərgidə Şuşa ilə bağlı 40-dan çox foto-şəkil və stend nümayiş etdirilərək, Azərbaycanın mədəniyyət paytaxtı haqqında izahlı məlumatlar verilib. Eyni zamanda, Azərbaycan guşəsinin yüzlərlə ziyarətçisinə Şuşaya dair rumın və rus dillərində hazırlanmış broşürlər paylanıb.1663524224671
       Sərgidə xüsusi olaraq o vurğulanıb ki, sentyabrın 18-i, həm də Azərbaycanın dahi bəstəkarı, Şərqdə ilk operanın müəllifi, Üzeyir Hacıbəyovun doğum günüdür. Musiqişünas alimə dair foto-şəkillər qarşısında isə, onun haqqında geniş məlumatlar verilib, habelə bəstəkara məxsus musiqi əsərləri səsləndirilib.1663524224652

          Məlumatın sonunda isə bildirilir ki, Azərbaycanın bu festivalda təmsil olunması ilə bağlı, Moldovanın kütləvi informasiya vasitələri rumın və rus dillərində məlumatlar da dərc ediblər.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər