Elçin Sadıqov Əvəz Zeynallının əleyhinə ifadə vermək iddiasına cavab verdi: "Həqiqət üzə çıxanda hər kəs biləcək"

evezEv dustaqlığına buraxılan vəkil Elçin Sadıqov həbsdə olan jurnalist Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallının onun barəsində Əvəz Zeynallının əleyhinə ifadə vermək müqabilində azadlığa buraxılması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

araz.az Pravda.az-a istinadən  xəbər verir ki, E.Sadıqov jurnalistlərə müsahibəsində həmin iddiaları rədd edib.

“Tamamilə iftiradır, yalandır, absurd bir şeydir. Belə bir şey olmayıb. Bu, azad olunmuş şəxsi qaralamaq, həm də Əvəz Zeynallını müdafiə etmək niyyəti güdür. Allahın izni ilə həqiqət üzə çıxanda hər kəs biləcək nədir”, - vəkil deyib.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər