Deputat: “Qruplaşmaların təyin etdikləri direktorlar naziri də saymırlar, Emin Əmrullayev bilmir?”

etibareliyev5“Millət vəkilləri də daxil olmaqla cəmiyyətimizin bütün təbəqələri qazilərimizə diqqət və qayğı göstərməyə çalışır. Bu bizim mənəvi borcumuzdur. Ancaq 227 saylı tam orta məktəbin direktorunun Qazi qardaşımıza qarşı etdiyi ədəbsizliyə diqqət edin. Belə ki, Qazi polkovnik-leytenant Elşən Umarov övladını 227 saylı tam orta  məktəbdə təhsil alması üçün müraciət edib. Direktor Sevinc Hüseynova “burada şou göstərmək lazım deyil” deyərək qazi zabitə təhqiredici cavab verib, şagirdi məktəbə qeydiyyata almaqdan imtina edib. Dəfələrlə demişəm, indi də deyirəm, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, “5-ci kolon”un görkəmli nümayəndəsi Məhəbbət Vəliyevanın sağ əli olan Mehriban Vəliyeva Bakı məkəblərini bazara döndərib”.

araz.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev bildirib.

E.Əliyev qeyd edib ki, idarənin işi korrupsiya və rüşvət əlindən  iflic vəziyyətə düşüb: “Bu Mehriban Vəliyevanın da sağ əli olan Fuad Babayev direktor təyin etmək üzrə maklerdir. Qruplaşmaların təyin etdikləri direktorlar heç kimi, o cümlədən naziri də saymırlar. Bunu hamı bilir, Emin Əmrullayev bilmir? Elm və Təhsil nazirliyinin yanında İctimai Şuranın üzvü kimi belə rəhbər işçilər barədə ölçü götürülməməsi məni təəccübləndirir”.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər