Uşaq bağçasının ərzağını belə oğurladılar – FOTOFAKT

seventimes 89e52964bf09465c32d1c10a37ec8509 16uhwrlc3qb2f8zsp7ok 768x403Siyəzən şəhərində Elsəvər Kərimov adına olan 1 saylı (köhnə 9 saylı) uşaq bağçasının ərzaq təminatı bağçanın direktoru tərəfindən oğurlanaraq satılır.

Bu barədə 7times.az-a məlumat verən rayon sakini Elşən Məhərrəmov bildirib ki, bağça direktoru dəfələrlə müəssisə üçün tədarük edilən ərzaq məhsullarının bir hissəsini evinə aparır.

Bağçanın direktoru Nabatxanım Əbdülova bağçaya verilən əti, yağı və digər ərzaq məhsullarını hər gün evinə daşıyıb aparır. Dəfələrlə buna etiraz etsək də nəticə olmayıb.

Bağça direktoru onun bu əməllərinə etiraz etdiyi üçün Elşən Məhərrəmovun anası, bağçanın musiqi müəlliməsi olan Elmira Məhərrəmovanı işdən uzaqlaşdırıb. Səbəb kimi isə onun pensiya yaşına çatdığı göstərilib. Amma buna baxmayaraq Elmira Məhərrəmovanın işdən çıxarılması ilə bağlı əmr ona verilməyib. Vətəndaş bununla əlaqədar olaraq məhkəmə orqanlarına müraciət etməyi planlaşdırır. Bağçanın ərzaq məhsullarının oğurlanması ilə bağlı isə yəqin ki, rayonun hüquq mühafizə orqanları bir tədbir görər.

Şəkillərdə hər iki əlində ərzaq çantası olan şəxs bağça müdirəsi olan Nabatxanım Əbdülovadır. Nəqliyyat vasitəsi isə onun qaynatasına məxsusdur.

seventimes ea6bd02c71fc178a66b9ef1e9b8d04d7 un0ofrelp614ha9v7x8s

Əlaqəli xəbərlər