Qarabağ münaqişəsi Moldova mətbuatında: Bu ölkənin mediası, hətta, 62 erməni diversantıyla bağlı məqalə də dərc edib

WhatsApp Image 2021 04 15 at 00.16.00

ADA Universitetində bu günlərdə keçirilən «Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq» adlı konfrasda iştirak edən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının nitqi Moldova KİV-ində geniş işıqlandırılıb. Münaqişədən sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin qurulması məsələsinə bu yazılarda xüsusi diqqət yetirilib. “Алиев допустил мирное соглашение с Арменией” sərlövhəli bir məqalə, Azərbaycan rəhbərinin münaqişə səhifəsinin bağlanmasına inandığı və Ermənistanla sülh sazişinin bağlanmasının mümkünlüyü barədə dedikləri əsasında qələmə alınıb.

Bundan başqa, Moldova mətbuatında, Şuşada aşkarlanan «İskəndər - M» raketinin qalıqları məsələsini Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etdiyi barədə xəbərlər də geniş yer alıb. noi.md xəbər portalında yayımlanan “Алиев сообщил о разговоре с Путиным про обломки «Искандеров» в Карабахе” başlıqlı xəbərdə qeyd olunub ki, Prezident İlham Əliyev Ermənistanın «İskəndər -- M» raketi ilə bağlı bəyanatlarını qəribə adlandırıb. Bu barədə Azərbaycan Prezidentinin dediyi «Onlar gah partlamamış raketlər haqqında danışır, gah da bunun sirr olduğunu deyirlər. Deməli, raketlər hər halda istifadə olunub. Biz Ermənistandan rəsmi cavab gözləyirik. Deyə bilərəm ki, bizdə yetərincə məlumat var, amma biz rəsmi açıqlama gözləyirik” sözləri, bu xəbəri daha kəsərli edib.
Moldova KİV-ində Prezident İlham Əliyevin Azərbaycanın Ermənistanla sərhəddə heç bir hərbi planının olmadığı barədə dedikləri fikirlər əsasında qələmə alınmış xəbərlər də dərc olunub. dosug.md adlı xəbər portalında «Алиев заявил об отсутствии у Азербайджана военных планов на армянской границе» başlığı ilə yayımlanan xəbərdə, İlham Əliyevin sözlərinə istinadən bildirilir ki, Azərbaycan tərəfindən sərhəddə heç vaxt ciddi hadisələr qeydə alınmayıb. Amma ermənilər bilməlidirlər ki, Azərbaycan Ermənistan tərəfinin bütün «revanş» cəhdlərininin qabağını almağa hazırdır. Eyni zamanda, həmin xəbərdə o da qeyd olunur ki, ölkə başçısı emənilərlə azərbaycanlılar arasında mövcud olan danılmaz etnik münaqişələrə yaxın gələcəkdə son qoyulacağına ümid edir.
Moldovanın nüfuzlu "TRİBUNA" informasiya portalında, eləcə də coment.md xəbər saytında isə, “Кем являются 62 члена армянского военного отряда, захваченные азербайджанскими военными в середине декабря прошлого года?” sərlövhəli məqalələr dərc olunub. Bu məqalələrdə, keçən ilin noyabr ayının 10-da imzalanan üçtərəfli Bəyanatdan sonra, bölgədə baş verən proseslər təhlil edilir. Sözügedən Bəyanata əsasən, bölgəyə rus sülhməramlılarının yerləşdirilməsi, Dağlıq Qarabağdakı təmas xətti boyunca Rusiya müşahidə məntəqələrinin qurulması, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması, Rusiya -- Türkiyə ortaq monitorinq mərkəzinin fəaliyyətə başlaması və tərəflərarası əsir mübadiləsinin həyata keçirlməsi həmin yazılarda daha ətraflı verilir. Bu məqalədə o da qeyd olunur ki, razılaşmaya əsasən, hər iki tərəfdən olan qaçqınlar göstərilən ərazilərə qaytarılmalı və Azərbaycan ərazilərindən erməni hərbi qüvvələri çıxarılmalıdır. Di gəl ki, erməni tərəfi bütün prosesləri əngəlləməyə çalışır.WhatsApp Image 2021 04 15 at 00.15.59
Həmin məqalələrdə, Azərbaycan hərbçiləri tərəfindən keçən ilin dekabırında saxlanılan 62 nəfər erməni terrorçu-diversant məsələsinə də ciddi toxunulub. Xüsusi olaraq o vurğulanıb ki, erməni tərəfi, müxtəlif beynəlxalq platformalar da daxil olmaqla, bir çox qurumlarda sistemli şəkildə Azərbaycandakı erməni "əsirləri" məsələsini gündəmə gətirir. Lakin bu şəxslərin «hərbi əsir» deyil, diversant və terrorçu olduqları, onların müharibədən 20 gün sonra törətdikləri təxribat və terror aktları nəticəsində, 4 azərbaycan hərbçisinin həlak olduğu, 1 mülki şəxsin yaralandığı və bu şəxslərin «hərbi əsir» kateqoriyasına daxil olmadıqları da, həmin yazıda xüsusi qeyd olunur. Bildirilir ki, Ermənistan tərəfi Azərbaycan ərazilərinə erməni silahlı qüvvələrinin şəxsi heyətini qanunsuz yollarla yerləşdirmək cəhdlərindən hələ də əl çəkmir. Bütün bunlar isə, gələcəkdə belə təxribatların tez-tez təkrarlanacağını istisna etmir. Buna baxmayaraq, Azərbaycan tərəfinin bölgədə yeni format əməkdaşlığın qurulmasına hazır olduğu, lakin belə təxribatların gələcəkdə təkrarlanacağı halda, qarşı tərəfə adekvat cavab verəcəyi də həmin məqalələrdə xüsusi vurğulanır.WhatsApp Image 2021 04 15 at 00.15.59 1
Həmin məqalələrin sonunda, müəlliflər, Ermənistanı bölgədə yenicə mövcudlaşan yeni reallıqları qəbul etməyə, qonşularla normal münasibətlər qurmağa və bölgədə kommunikasiya xətlərinin açılmasından faydalanmaqla yanaşı, regional layihələrin tam hüquqlu iştirakçısı olmağa çağırır.
Xəbər portalı olaraq, araz.az onu da bildirir ki, həmin yazılar Moldova mətbuatında rus və rumın dillərində də dərc olunub. Onlarla daha ətraflı tanış olmaq isə, aşağıdakı linklərdən mümkündür:

https://tribuna.md/ru/2021/04/13/ru-кем-являются-62-члена-армянского-военн/

http://coment.md/ru/kem-yavlyajutsya-62-chlena-armyanskogo-voennogo-otryada-zahvachennye-azerbajdzhanskimi-voennymi-v-seredine-dekabrya-proshlogo-goda/

https://noi.md/ru/v-mire/aliev-soobshhil-o-razgovore-s-putinym-pro-oblomki-iskanderov-v-karabahe

https://noi.md/ru/v-mire/aliev-dopustil-mirnoe-soglashenie-s-armeniej

https://noi.md/md/in-lume/aliev-a-admis-posibilitatea-incheierii-unui-acord-de-pace-cu-armenia

https://dosug.md/ru/news/1440605/

https://dosug.md/ru/news/1440718/

https://dosug.md/ru/news/1440673/

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər