"Qazdığı “İsgəndər -- M” quyusuna Rusiyanın özü düşdüyündən..." HÜQUQŞÜNASIN AÇIQLAMASI

WhatsApp Image 2021 01 11 at 22.41.43

...Azərbaycan üçün olduqca əlverişli manevr imkanları yaranıb

Ümumiyyətlə, heç nə dəyişməyib. Azərbaycan vəziyyəti dəyişsə də, Rusiyanın ölkəmizə qarşı siyasəti, ermənilərin də həyasızlığı və terror mahiyyətli düşüncəsi dəyişməz olaraq qalıb. Bütün analizlər, təhlillər, necə deyərlər, ancaq bir nöqtənin “ətrafında və yaxınlığında” xırdalanır. Həmin nöqtə odur ki, Rusiya Azərbaycana qarşı imperialist fikirlərindən əl çəkməyib, çəkən də deyil. Həqiqət isə odur ki, Rusiya, nə olursa olsun, Qarabağ münaqişəsinin tarixə keçməsinə mane olur.”
Bu epizod tanınmış hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşovun araz.az-a daxil olan fikirlərindən götürülüb. Hüquqşünas: "Ancaq qazdığı “İsgəndər -- M” quyusuna Rusiyanın özü düşdüyündən, bu, Azərbaycana olduqca əlverişli manevr imkanları yaradıb. Bir sözlə, “İsgəndər -- M” kartı Azərbaycanı daha böyük hədəflərə çatdıra bilər. Görünən də odur ki, “pişik küncə sıxışdırılıb”; Rusiyanın yeganə çıxış yolu ondadır ki, günahlarını etiraf etsin və Azərbaycan xalqından üzr istəsin. Lakin məsələnin bu cür, yəni, dividentsiz həlli mümkünsüzdür. Prezident İlham Əliyevin həm “Hərbi Qənimətlər Parkı”ndakı, həm də ADA Universitetində bu günlərdə keçirilən «Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq» adlı konfransdakı çıxışları həmin dividentin anonsudur!" -- deyə, həmin fikirlərini belə davam etdirib:
"Qarabağ məsələsinin canlanması ona işarədir ki, Rusiya ilə Qərbin maraqları çoxluqla üst-üstə düşür. ATƏT-in bu məsələyə girişməsi Azərbaycan üçün heç bir müsbət nəticə verə bilməz, hətta, fəaliyyəti hümanitar xarakterli olsa belə. Deyərdim ki, 44 günlük müharibə dövründən sonra, ATƏT-in formal xarakterli görünüşü belə Azərbaycanın maraqlarına zərbədir. Bu təşkilat və onun nəzdində olan qurumlar (məsələn, Minsk Qrupu) üçün siyasi dairələrin maraqlarına qulluqdan əlavə, öz çərəkliyini göstərmək üçün, bu münaqişənin (və ya hər hansı bir digər münaqişənin) mövcudluğu mütləqdir.
Digər tərəfdən, Türkiyənin dünyada artan nüfuzu və söz sahibinə çevrilməsi, Qərb dünyasını olduqca narahat edir. Çoxlarını düşündürən bir sual var idi: “Türkiyə Qərbin, ya Rusiyanın yanında olacaq?!”. Ancaq, artıq bəllidir ki, Türkiyə heç kimin yanında deyil, əksinə, Türkiyənin yanında olmaq üçün yarışa start verilib. Yeri gəlmişkən, ABŞ prezidenti Baydenin Rusiya Prezidenti Vladimir Putinlə danışığa, görüşə can atması, əsasən, Türkiyə ilə bağlıdır. Bu gün tranzit su hövzələrində olan vəziyyət və Ukrayna ilə Rusiyanın müharibə ssenarisinin mümkünlüyü Türkiyənin addımlarından asılıdır. Odur ki, Baydenlə Putinin mümkün danışığının, görüşünün əsas müzakirə mövzusu Türkiyə və Ərdoğandır. Ancaq, fakt odur ki, siyasi maraqlar naminə, hələlik, Rusiya Türkiyə ilə birlikdə "zindana çəkic vurmaqda" davam edəcək.
Yeri gəlmişkən, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri 30 ilə yaxın idi ki, icra edilmirdi. Ermənistan və ona “fas” verənlər, beynəlxalq hüququ və eləcə də dünyanın ən nüfuzlu siyasi təşkilatı BMT-nin nüfuzunu, imicini sıfıra endirmişdi. Azərbaycan BMT-nin bu biabırçı vəziyyətinə son verdi, nüfuzunu bərpa etdi, onu hümanitar təşkilat kimi hesab edənləri bir daha düşündürdü. Bəs, BMT, nədən, icrasız qalan qətnamələrinin icrasına görə, Azərbaycana təşəkkürünü bildirməyib. Və ya, BMT, niyə, uzun müddət həmin o qətnamələrin icrasında maraqlı deyildi? Bəlkə, elə, bu səbəbdən “təşəkkür” yoxdur.
Həqiqətdə, kiminlə vuruşduğumuzu anlasaq, zəfər dolu qələbəmizin masştabının nə qədər möhtəşəm və böyük olduğunu görərik. ABŞ-ın sabiq Prezidenti Barak Obama memuarında yazdığı kimi, nüvə silahı və BMT-də “veto” hüququ olan birindən təhlükəli nə ola bilərdi ki?!”

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər