Azərbaycanda stadion tikintisi yarımçıq dayandırıldı, yoxlamalar başladı

img 20210311 wa0003

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda aparılan tikintinin 1 aydan artıqdır yarımçıq dayandırılmasının səbəbi məlum olub.

Sportino.az-ın məlumatına gbrə, bu, maliyyə yoxlamalarının başlaması ilə əlaqədardır.

Güman ki, inşaata ayrılan vəsaitin istiqaməti üzrə xərclənməsinə dair ciddi şübhələr var. Odur ki, Sumqayıt İcra Hakimiyyəii audit yoxlamalarını labud sayıb.

10 min nəfər tutumu olacaq bütün tribunaların tikintisi başa çatıb.

Hazırda əsas işlər arenanın daxilindəki hörgünün aparılmasıdır. Daha sonra fasadın çəkilməsi nəzərdə tutulub. Meydança da paralel olaraq tikinti materiallarından təmizlənib və toxum səpininə hazırlanıb.

Yeni qazon Niderlanddan gətiriləcək və bununla bağlı danışıqlara da başlanılıb.

 

 

araz.az

Əlaqəli xəbərlər