Elman Nəsirovdan Hüseynbala Mirələmov olayı ilə bağlı açıqlama: "Xanımın davranışını gördünüz, əlindənmi vurdu, etirazmı etdi?"

elman89

“Təndiq edərkən obyektiv olmaq lazımdır. Araşdırın, görün Hüseynbala Mirələmov nə qədər kitabların, elmi əsərlərin müəllifidir, tamaşaları teatrlarda səhnəyə qoyulub... Ziyalıdır. Təəssüf edirəm ki, bəziləri insanların başına bir iş gələndə sevinirlər”.

araz.az pravda.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

“Aqressivlik göstərirlər. Hüseynbala Mirələmovla bağlı hadisə oldu, ən böyük cəzanı çəkdi. Psixoloji, yaxın ətrafın münasibəti baxımından... Hesab edirəm ki, Mirələmovun şərəf və ləyaqətini alçaltmaq olmaz. Bu məsələyə çox cılız, bəsit yanaşırlar. Xanımın orada davranışını gördünüz? Əlindənmi vurdu, etirazmı etdi? Danışanda insaflı olmaq lazımdır. Avropada analoji vəziyyətdə xanımın davranışına baxırlar. Etiraz edirsə, səs-küy qoparırsa, məsələ qəlizləşir. Dediyim heç də Hüseynbala müəllimi müdafiə kimi başa düşülməsin. Əməli törətdi, cəzasını da aldı. Hər kəs öz hərəkətinə cavabdehdir” – E.Nəsirov qeyd edib.

Əlaqəli xəbərlər