“Beynəlxalq təşkilatların prosesdə iştirakı Bakı və Yerevanın razılığı ilə mümkündür”

sergeylavrov300920

Rusiya, Almaniya və Fransa xarici işlər nazirləri – Sergey Lavrov, Hayko Maas və Jan-İv Drianın telefon danışığı olub.

XİN rəhbərlərinin müzakirə etdiyi əsas məsələlərdən biri də Azərbaycan-Ermənistan sərhədində və Qarabağ ətrafındakı vəziyyət olub. Onlar həmçinin, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının müddəalarının yerinə yetirilməsini müzakirə ediblər.

“Atəşkəs rejiminə ciddi riayət olunmasının vacibliyi və ortaya çıxan fikir ayrılıqlarının siyasi-diplomatik həllinə ehtiyac olduğu vurğulandı. Nazirlər ATƏT-in Minsk qrupunun Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesindəki rolunu bir daha təsdiqlədilər. Rusiya tərəfi qeyd etdi ki, prosesdə beynəlxalq təşkilatların hər hansı bir iştirakı yalnız Bakı və Yerevanın razılığı ilə mümkündür”.

 

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər