"WhatsApp"dan YENİLİK

vatsap

Android qurğularının sahibləri WhatsApp hesablarına "fleş-zəng" vasitəsilə daxil ola biləcəklər.

araz.az  xəbər verir ki, bu barədə "Webetainfo" məlumat yayıb.

Hazırda mesencerdə hesaba daxil olmaq üçün SMS-paroldan istifadə olunur - smartfona birdəfəlik şifrə gəlir.

Yeni funksiya işə düşəndən sonra telefona zəng gələcək, amma ona cavab vermək lazım olmayacaq - tətbiq bunu müstəqil şəkildə özü edəcək. Bunun üçün o, zənglərin tarixçəsinə əlçatanalığın təmin olunmasını istəyəcək.

Yenilik iOS-da əlçatan olmayacaq, çünki bu əməliyyat sistemində tətbiqlər zənglərin tarixçəsinə müdaxilə edə bilmirlər.

 

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər