"Bizi erməni mənəviyyatsızlıq arşınınızla ölçə bilməzsiniz" - Sutenyor meyit alverçiləri...

1623177806 ilhamismayil1 1Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Bakıda saxlanılan hərbiversantlarla bağlı Paşinyanı tənqid edib və ona “oğlun Aşotu ver, əvəzinə 20-25 hərbi əsir al”.  Sarkisyanı “sutenyor” adlandıran Paşinyan da oğlunu əsirlərin azad edilməsi müqabilində Bakıya təklif etdiyi barədə mətbuata informasiya verib. Oğul Paşinyan da hazır olduğunu Facebook-da bildirib. 
Bu təklif də, buna qəsdən razı olmaq da erməni mənəviyyatsızlığının tipik nümunəsidir. Bunlar bizi öz mənəviyyatsız, şərəfsiz arşınları ilə ölçmək istəyirlər. Tarixən imperiyalar qarşısında kölə olub, sonra da xəyanət edənlər, ağılasığmaz qəddarlıqları ilə tanınanlar, məkrləri ilə ad çıxaranlar mərdlik nümunəsi göstərə bilməzlər. Sarkisyanın, Koçaryanın Qarabağ hadisələri başlayandan insan alveri, meyit alveri ilə məşğul olduqlarını hətta Ermənistanda  da yaxşı bilirlər. Beynəlxalq görüşlərdə İrəvandan olan erməni politoloqlar özləri bunu etiraf edirdilər. Paşinyanın məhz Sarkisyana, Koçaryana “sutenyor” deməsi də elə buna əsaslanır. Sarkisyanın dediklərinə diqqət edin:
”əsirlərə orada işgəncə verirlər, zorlayırlar, döyürlər”. Məhz Sarkisyan, Koçaryan özləri bizim əsirlərə belə rəftar ediblər. İndi də öz təfəkkürlərini, xislətlərini dilə gətirirlər. Bu onların düşüncə tərzidir, həyat tərzidir.Təhvil verdiyimiz əsirlərə bir şillə vurulsaydı, indi hər gün onları televiziyaya çıxarıb danışdırardınız. Olmayıb, ona görə azad olanlar da danışmadılar.
Kimi kimlə dəyişirsiniz? Azərbaycanlıların qanını tökən, evini dağıdanlarla, işgəncə verən diversantları verib uşaq Aşotu niyə almalıyıq ki? Paşinyanın oğlu olduğuna görə? Stalinin əsir düşmüş oğlu haqqında dedikləri hamınıza məlumdur. Qatilləri, cinayətkarları bir uşaqla dəyişmək mənəviyyatı yalnız ermənilərə xas olan xislətdir. Bizim hədəfimiz Paşinyan, onun oğlu deyil, bizim  hədəfimiz vətənimizi düşmən işğalından azad etmək, bizə qarşı hərbi-mülki cinayətlər törətmiş erməni cinayətkarları cəzalarına çatdırmaqdır. 
Gərək Paşinyan da Sarkisyana irad tutub deyəydi ki, belə vətənpərvərsən, özün Azərbaycana təslim ol, əsirləri geri al. Baxmayaraq ki, Sarkisyanaın, Koçaryanın Azərbaycana qarşı törətdikləri hərbi-mülki cinayətlər unudulmayıb, biz heç o murdar məxluqları, caniləri də alver predmetinə çevirmərik. Bizi öz murdar arşınınızla ölçə bilməzsiniz. 
Sarkisyan bir alçaq təklif irəli sürür, Paşinyan da utanmadan bu təklifə acıqlı şəkildə olsa da razılıq verir. Bu toplumun içində normal təfəkkürə malik biri tapılmır ki, çıxıb desin: UTANIN.
İlham İSMAYIL.

Əlaqəli xəbərlər