8 milyon manat ayrılan məktəbin tikintisi 10 ildir ki, başa çatmır- Bərdədə

202918515 4413131242084158 6726480203287256688 n

26news.tv internet televiziyası xəbər verir ki, Bərdə şəhər Nizami Gəncəvi adına 2 saylı Beynəlmiləl Tam orta Məktəb üçün 3 mərtəbədən ibarət yeni binanın inşası tilsimə düşüb, 10 il əvvəl başlayan tikinti yekunlaşmaq bilmir.

Məktəbin direktoru Zülfüqar Əsədovun sözlərinə görə, 2011- çi ildə məktəb binasınin təmiri üçün dövlət büdcəsindən 1.8 milyon manat vəsait ayrılıb. “Binada bir müddət söküntü işləri aparıldıqdan sonra qərar verildi ki, bina təmirə yaramır, yenisi tikilməlidir. Yeni məktəbin tikintisi üçün dövlət büdcəsindən əlavə olaraq 6 milyon manat vəsait ayrıldı. Bir necə il əvvəl məktəb binası sökülərək tikinti işlərinə başlanılsa da inşaat işləri bu günə qədər başa çatmayıb”- deyə Zülfüqar Əsədov bildirib.

Z. Əsədov vurğulayıb ki, hazırda tədris apardıqları bina müasir təhsilin tələbələrinə cavab vermir. 1000- dən çox şagirdin təhsil aldığı məktəbdə cəmi 16 sinif otağı var. Sinif otaqlarının əksəriyyəti dəmir konusturuksiya ilə quraşdırılıb. Yer çatışmadığından məktəbin bir çox şagirdləri yaxınlıqda yerləşən 6 nömrəli məktəbə gedirlər. Bu da öz növbəsində təhsilin keyfiyyətini aşağı salır.

Məktəb direktoru yaranmış xoşagəlməz vəziyyətlə bağlı dəfələrlə aidiyyatı dövlət orqanlarına müraciət edib. Dövlət qurumlarından hər il yeni dərs ilində məktəbin yeni binasının istifadəyə verilməsi vədi verilsə də tikinti işləri 10 ilə yaxındır ki, davam edir.

Qeyd edək ki, Nizami Gəncəvi adına 2 saylı Beynəlmilər orta məktəb rayonda rus dilində tədris aparan yeganə təhsil ocağıdır.

Onu da əlavə edək ki, əsası 1883-cü ildə qoyulan məktəbin bu il 138 illiyidir. Məktəb 25 oktyabr 1883-cü ildə açılıb. Sərəncam Tiflis şəhərində verilib. İlk müəllimləri Qori Müəllimlər Seminariyasının məzunları olub. O vaxt qızları məktəbə götürmədiklərinə görə, bu məktəbin ilk şagirdləri 7 oğlan olub.

araz.az xəbər portalı

Əlaqəli xəbərlər