Milli Xalça Muzeyi Anlaşma Memorandumu imzalayıb

 

WhatsApp Image 2021 07 17 at 22.46.40

Azərbaycan Milli Xalça Muzeyindən araz.az-a daxil olan məlumata görə, muzey Rusiya Federasiyası Çeçenistan Respublikasının Milli Muzeyi ilə Anlaşma Memorandumu imzalayıb. Sənədi hər iki muzeyin direktorları – Şirin Məlikova və Zalina Mamayeva imzalayıblar. İmzalanma mərasimi Ş. Məlikovanın Qroznı şəhərinə ezamiyyəti zamanı baş tutub.

Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyi ölkəmizin Çeçenistan Respublikasının muzeyləri ilə əməkdaşlıq edən ilk muzeyidir. Bu Memorandum da, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı və genişləndirilməsi məqsədi daşıyır. Belə ki, bundan sonra, muzey işi sahəsində tədqiqatlar aparılacaq, elmi işçilərdən ibarət nümayəndə heyətlərinin səfərləri təşkil ediləcək, həmçinin metodiki ədəbiyyat mübadiləsi və birgə sərgi layihələri reallaşdırılacaq.
Bu sənəd Azərbaycan -- Rusiya mədəni əlaqələrinin inkişafına daha bir töhfədir.WhatsApp Image 2021 07 17 at 22.46.46

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər