Qərbi Zəngəzur niyə bu qədər müzakirə olunur? Yoxsa...

WhatsApp Image 2021 07 19 at 00.04.12Ermənistan bir proyekt kimi, 1-ci Dünya Müharibəsi zamanı Antanta blokunun təkidi ilə, tarixi Azərbaycan torpaqlarında yaradılıb. Məqsəd isə, Türk dövlətinə və ümumən götürdükdə, Türk etnosuna qarşı ermənilərdən istifadə etmək olub. 1915-ci il Osmanlı Türkiyəsi ərazisində saxta "erməni soyqırımı"nın yaradılması və təbliği bu məqsədin tərkib hissəsinə çevrilib. Sonradan sayı artan Antanta bloku tərkibinə ilk üçlük -- Böyük Britaniya, Fransa və Rusiya daxil olub. Zamanımızda isə, bu dövlətlər, -- Fransa istisna olaraq, -- artıq fərqli düşünüb və yeni siyasi kombinasiya üzərində işləyiblər. Proseslərin ardıcıllığı və analizi onu deməyə əsas verir ki, artıq, onlar üçün, Ermənistanın bir dövlət proyekti kimi istismar müddəti bitmək üzrədir.
Əvvəla, 2-ci Qarabağ Müharibəsində ingilislərin Birləşmiş Millətlər Təşkilatı (BMR) Təhlükəsizlik Şurasında (TŞ) VETO hüququndan istifadə edərək, Azərbaycana ən yüksək siyasi-diplomatik dəstək verməsi, Rusiyanın müharibədə formal neytrallığı, onun dirijoru olduğu hərbi blok Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müharibənin gedişinə Ermənistan tərəfindən müdaxilədən imtinası, Rusiyanın Ermənistan -- Azərbaycan sərhədlərinin delimitasiyasında obyektiv mövqe tutması və bir sıra vacib olaylar Ermənistanın artıq yükə çevrildiyini və Rusiya bu yükdən xilas olmaq haqqında düşündüyünü göstərir.
Ermənistanda böyük narahatçılığa səbəb olan Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Zəngəzur haqqında açıqlaması, Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə münasibətlərə dair yazdığı geniş məqalədə SSRİ dövründə Ermənistana verilmiş Azərbaycan torpaqlarının geri qaytarıla biləcəyinə dair açıq eyhamları bütün erməni dünyasını qorxuya salıb. Mövzunu daha dərinləşdirmək məqsədi ilə, bu arada da, Rusiya Dövlət Arxivindən Qarabağ və Zəngəzur haqqında SSRİ-nin qurucusu Vladimir İliç Leninə 1920-ci il tarixli Teleqramın tirajlanması, sözsüz ki, məqsədlidir.
Avropa İttifaqı (Aİ) Prezidentinin həm Yerevana, həm də Bakıya səfərləri çərçivəsində Aİ-nin Ermənistana 2,6 milyard avro (5 milyard manat) kömək edəcəyini bildirdi. Sözsüz ki, acınacaqlı və böhranlı siyasi, hərbi, iqtisadi durumda olan kiçik Ermənistan üçün, bu rəqəm, olduqca böyükdür -- az qala onun dövlət büdcəsinə bərabər səviyyədədir və Qərb yönümlü Paşinyanın Rusiyadan tam üz çevirməsi üçün geniş imkanlar yaradır. Təbii ki, Aİ-nin də, Ermənistanda istəkləri var -- Ermənistanı Rusiyadan qoparmaq. Yoxsa, Aİ məbləği bu boyda yardımı mənasız və əhəmiyyətsiz yerə ayırmazdı. Ümumiyyətlə, ermənilərin Avropaya inteqrasiyası erməni dövlətinin yox, erməni təfəkkürünün tələbinə çevrilib. Ona görə də, Rusiya Ermənistanı, elə, özünün gündəmə gətirdiyi Qərbi Zəngəzurla cəzalandıra bilər. Həqiqətən də, Azərbaycan üçün çox əlverişli situasiya yaranıb -- Azərbaycan Qərbi Zəngəzuru qaytartmağın astanasındadır. Artıq erməni biliciləri Ermənistanın öz taleyi barədə xorla haray salıblar.
Təbii ki, Ermənistanın tam məhvi o zaman mümkündür ki, türk-rus uzunmüddətli müttəfiqliyi qurulsun, hansı ki, bunun reallaşması tez bir zamanda gözləniləndir. Hətta Rusiya Türk Şurasına müşahidəçi qismində qoşulmaq istəyir. Bəzi məlumatlara görə, Azərbaycan və Türkiyə isə, KTMT-yə müşahidəçi qismində qoşula bilərlər. Bəzi erməni siyasətçiləri, biliciləri vəziyyətdən yeganə çıxış yolunu Rusiyanın tərkibinə qatılmaqda görürlər. Bu variant Rusiya üçün olduqca arzuolunandır. Ermənistan Qərbi Zəngəzurun itkisi qarşısında və erməni dövlətçiliyinin tam məhvi qorxusu şəraitində Rusiya tərkibinə qoşulmağı rəsmən istəyə bilər. Bu isə, həm Rusiyanın, Azərbaycanın və Türkiyənin maraqlarına, həm də qabaqcadan müəyyən etdikləri strategiyaya tam uyğundur.

Vüqar DADAŞOV,
MCP SŞ-nin üzvü, hüquqşünas, Qarabağ qazisi.

Əlaqəli xəbərlər