AVAKOV UKRAYNA BAŞ NAZİRİNİN MÜAVİNİ OLACAQ?- ERMƏNİ DİASPORU HƏRƏKƏTƏ KEÇDİ

arsenavakov

...Bakı ermənisi Arsen Avakovun Ukraynanın daxili işlər naziri vəzifəsindən istefa verməsindən sonra erməni diaspor təşkilatları onun yenidən Ukraynada yüksək vəzifələrdə olmasına var gücü ilə çalışır.

Ukraynalı facebook istifadəçilərin statuslarında isə onun nazir işlədiyi dövrdə hansı qanunsuz əməllərə imza atdığı vurğulanır... Bu arada Ukraynanın "Xalqın xidmətçisi" fraksiyasının sədri David Araxamiya (erməni əsilli olduğu şübhə doğurmur) keçmiş daxili işlər naziri Arsen Avakovun sentyabr ayında hökumətdə yüksək vəzifəyə qayıda biləcəyinə inandığını bildirib. Bu barədə o, Ukraynanın "Ukrayna24" kanalına açıqlamasında bildirib. Sitat: "Yeni siyasi mövsüm başlayan kimi payızda onu komandada hansısa formada görmək təklifi var ... Bu qərar tərəflərin razılığına əsasən sentyabr ayında veriləcək... Hökuməti götürsək, 3-4 baş nazir müavinimiz var, bu da bir seçimdir... Mənə elə gəlir ki, o, getməlidirsə, yalnız yüksəlmək üçün gedəcək- baş nazir müavini vəzifəsinə doğru".
Daha bir maraqlı detal: Aramaxiya Avakovun müdafiə naziri ola biləcəyinə dair sualı cavablandırarkən isə deyib: "Mənə elə gəlir ki, o müdafiə naziri vəzifəsinə razı olmayacaq."
Gülməli də olsa, Aramaxiya daha böyük vəzifə iddiasında bulunduqlarını gizlətmir. O, hətta Avakovun baş nazir vəzifəsini tuta biləcəyi barədə suala belə cavab verib: "Düşünmürəm ki, buna kifayət qədər səsimiz ola bilər".
Göründüyü kimi, ermənilər var gücü ilə Avakovun yenidən ən yüksək vəzifəyə gətirilməsinə çalışır. Lakin ötən dövrlərin qalmaqalları bir daha təsdiqləyir ki, Ukrayna Radasında çoxluğun Avakovu görməyə gözü yoxdur. Üstəlik, Saakaşvili də dəfələrlə Avakovun nazir vəzifəsindən çıxarılmasının vacibliyini söyləmişdi.

Hər halda, Ukraynanın siyasi və ictimai elitası Avakovun, ümumiyyətlə, ermənilərin kimliyini yaxşı bilir... 

A.MƏMMƏDLİ

Əlaqəli xəbərlər