Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Mingəçevir Regional idarəsi qanunsuzluğa göz yumur – FOTOFAKT

1631388506 inshot 20210911 225400465 scaled
 
Bolge.tv-nin əməkdaşları təbiətin mühafizəsi ilə bağlı reportaj hazırlayarkən Kür çayının Kürdəmir rayonundan keçən ərazisində, Çərtiyəz kəndində olublar.

Araşdırma aparan əməkdaşlarımız müşahidələr zamanı ərazidə çoxaylı qovaq ağaclarının kəsilməsinin , tor ilə, quraşdırılmış vintillər vasitəsilə qanunsuz balıq ovunun, qazıntının şahidi olublar.

Məsələ bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məlumatlandırılsa da, heç bir tədbir görülməyib.

Ümumiyyətlə bu tipli məlumatlar dəfələrlə Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzərinə çatdırılsa da qurum qanun pozuntuları ilə bağlı addım atmayıb.

Görünür Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin regionlarda ekologiyanın qorunması ilə bağlı tapşırılarını bəzi Regional Ekologiya və Təbii Sərvətlər İdarələri yerinə yetirmir.

Lakin ümid edirik, təqdim etdiyimiz kadrlardan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən məsələ ilə bağlı ciddi tədbir görüləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Mingəçevir Regional idarəsi qanunsuzluğa göz yumur – FOTOFAKT






 
araz.az xəbər portalı.

Əlaqəli xəbərlər